Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-688/2024 29.05.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Zamiq Akif oğlu Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, İddiaçı “FİNCA Azerbaijan” Məhdud Məsuliyyətli Qeyri-bank Kredit Təşkilatının (MM QBKT) cavabdehlər Təhləyev Elvin Rövşən oğluna və Əhmədov Arif Həsən oğluna qarşı “borc tələbi barədə” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə dair mülki işə Ağstafa Rayon Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : “FİNCA Azerbaijan” “FİNCA Azerbaijan” Məhdud Məsuliyyətli Qeyri-bank Kredit Təşkilatı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Təhləyev Elvin Rövşən oğlundan və Əhmədov Arif Həsən oğlundan 1.669,53 manat əsas, 227,00 manat faiz, 17,75 manat cərimə borcu olmaqla cəmi 1.914,28 manat borcun və ödənilmiş 39,15 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı “FİNCA Azerbaijan” “FİNCA Azerbaijan” Məhdud Məsuliyyətli Qeyri-bank Kredit Təşkilatı ilə Təhləyev Elvin Rövşən oğlu arasında bağlanmış 27.12.2022-ci il tarixli, 04153240000072 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28 faiz dərəcəsi olmaqla 18 ay müddətinə 2.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 137 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş kredit kartında təqdim edilir. Həmçinin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təminat olaraq eyni tarixli zaminlik müqaviləsi ilə Əhmədov Arif Həsən oğlu zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin cavabdeh Təhləyev Elvin Rövşən oğlu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə 13.03.2024-cü il tarixinə olan maliyyə arayışına əsasən kredit müqaviləsi üzrə borcun məbləği 1.669,53 manat əsas, 227,00 manat faiz, 17,75 manat cərimə borcu olmaqla cəmi 1.914,28 manat təşkil edir. Cavabdehlərə rəsmi qaydada bildiriş göndərilərək bildirişdə iddiaçının tələbinə dair cavabdehlərin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdehlərdən məhkəməyə iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə ərizəni və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə cavabdeh Təhləyev Elvin Rövşən oğlu arasında bağlanmış 27.12.2022-ci il tarixli, 04153240000072 saylı kredit müqaviləsinə əsasən ona 18 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 2.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Əhmədov Arif Həsən oğlu ilə zaminlik müqaviləsi bağlanmışdır. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh Təhləyev Elvin Rövşən oğlu müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir, onun iddiaçının qarşısında 1.669,53 manat əsas, 227,00 manat faiz, 17,75 manat cərimə borcu olmaqla cəmi 1.914,28 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM)-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Qeyd edilən Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmçinin MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439, 442, 448, 739 və 741-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü tələb əsaslıdır, lakin 17,75 manat məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir. Ona görə də Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, cərimə azaldılaraq 1 manat müəyyən edilməlidir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 39,15 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 284-1 - 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Təhləyev Elvin Rövşən oğlundan və Əhmədov Arif Həsən oğlundan müştərək qaydada 1.669,53 manat əsas, 227,00 manat faiz, 1 manat cərimə borcu olmaqla cəmi 1.897,53 (bir min səkkiz yüz doxsan yeddi manat əlli üç qəpik) manat məbləğində və ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 39,15 (otuz doqquz manat on beş qəpik) manat məbləğində pul tutularaq “FİNCA Azerbaijan” Məhdud Məsuliyyətli Qeyri-bank Kredit Təşkilatına verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim:Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №e-2(015)-688/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-688/2024
29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver