Məhkəmə qərarları › İş №e-2(015)-691/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-691/2025

13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-691/2025 13.05.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, İddiaçı «X3 Azərbaycan» QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyən etdi : «X3 Azərbaycan» QSC məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli 282558 nömrəli kredit müqaviləsi üzrə 1739,33 manat əsas, 75,99 manat faiz, 77,98 manat cərimə olmaqla, cəmi 1893,3 manat borcun, xx.xx.2023-cü il tarixli, 288907 nömrəli kredit müqaviləsi üzrə 2620,96 manat əsas, 112,59 manat faiz, 53,59 manat cərimə olmaqla, cəmi 2787,14 manat borcun və 66,8 manat dövlət rüsumunun «X3 Azərbaycan» QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsində «X3 Azərbaycan» QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə tələb edilən məbləğ 5000 manatdan az olduğundan, mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması mümkün hesab edilmiş, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlilləri və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Ağstafa Rayon Məhkəməsinə təqdim edilməsi barədə bildiriş göndərilmiş, lakin onun iddiaçının tələbinə dair əsaslandırılmış etirazı və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, işə iddiaçının təqdim etdiyi sənədlər əsasında baxılmalı və işin həllinə dair iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, «X3 Azərbaycan» QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 282558 nömrəli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 36 ay müddətinə illik 15 % olmaqla, 7350 manat məbləğində kredit verilmişdir. Həmçinin «X3 Azərbaycan» QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 288907 nömrəli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 36 ay müddətinə illik 12 % olmaqla, 5600 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, borc öhdəliklərini icra etməkdən boyun qaçırmışdır. 19 mart 2025-ci ilədək cavabdehin iddiaçı təşkilata xx.xx.2022-ci il tarixli 282558 nömrəli kredit müqaviləsi üzrə 1739,33 manat əsas, 75,99 manat faiz, 77,98 manat cərimə olmaqla, cəmi 1893,3 manat borcu, xx.xx.2023-cü il tarixli, 288907 nömrəli kredit müqaviləsi üzrə 2620,96 manat əsas, 112,59 manat faiz, 53,59 manat cərimə olmaqla, cəmi 2787,14 manat borcu yaranmışdır. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilsə də o, borcu ödəməmişdir. İş materiallarında olan 19 mart 2025-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixədək Cavabdeh «X3 Azərbaycan» QSC-nə xx.xx.2022-ci il tarixli 282558 nömrəli kredit müqaviləsi üzrə 1739,33 manat əsas, 75,99 manat faiz, 77,98 manat cərimə olmaqla, cəmi 1893,3 manat borcu, xx.xx.2023-cü il tarixli, 288907 nömrəli kredit müqaviləsi üzrə 2620,96 manat əsas, 112,59 manat faiz, 53,59 manat cərimə olmaqla, cəmi 2787,14 manat borcu qalmışdır. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış kredit müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdeh üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə məsuliyyət daşıyır və bu səbəbdən iddiaçı qarşısında cavabdehlik daşıyır, iddiaçının isə məhkəmə qaydasında borcun ödənilməsi tələbi hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci mаddəsinə əsаsən öhdəliyin əmələ gəlməsi üçün оnun iştirаkçılаrı аrаsındа müqаvilə оlmаlıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, «X3 Azərbaycan» QSC tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 66,80 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, «X3 Azərbaycan» QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 282558 nömrəli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 36 ay müddətinə illik 15 % olmaqla, 7350 manat məbləğində kredit verilməsi, həmçinin «X3 Azərbaycan» QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 288907 nömrəli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 36 ay müddətinə illik 12 % olmaqla, 5600 manat məbləğində kredit verilməsi, lakin cavabdehin müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri pozaraq ödənişi icra etməməsi, 19 mart 2025-ci il tarixədək «X3 Azərbaycan» QSC-nə xx.xx.2022-ci il tarixli 282558 nömrəli kredit müqaviləsi üzrə 1739,33 manat əsas, 75,99 manat faiz, 77,98 manat cərimə olmaqla, cəmi 1893,3 manat borcunun, xx.xx.2023-cü il tarixli, 288907 nömrəli kredit müqaviləsi üzrə 2620,96 manat əsas, 112,59 manat faiz, 53,59 manat cərimə olmaqla, cəmi 2787,14 manat borcunun qalması sübuta yetirildiyindən iddia təmin edilməli, cavabdehdən xx.xx.2022-ci il tarixli 282558 nömrəli kredit müqaviləsi üzrə 1739,33 manat əsas, 75,99 manat faiz, 77,98 manat cərimə olmaqla, cəmi 1893,3 manat borc, xx.xx.2023-cü il tarixli, 288907 nömrəli kredit müqaviləsi üzrə 2620,96 manat əsas, 112,59 manat faiz, 53,59 manat cərimə olmaqla, cəmi 2787,14 manat borc və 66,80 manat məbləğində dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 282558 nömrəli kredit müqaviləsi üzrə 1739,33 manat əsas, 75,99 manat faiz, 77,98 manat cərimə olmaqla, cəmi 1893,3 manat borc, xx.xx.2023-cü il tarixli, 288907 nömrəli kredit müqaviləsi üzrə 2620,96 manat əsas, 112,59 manat faiz, 53,59 manat cərimə olmaqla, cəmi 2787,14 manat borc və 66,80 manat məbləğində dövlət rüsumu «X3 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar