Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-704/2024 29.08.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı ASC "xxxx" Bankının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC "xxxx" Bankının Cavabdeh1 və Cavabdeh2 qarşı “xx.xx.2021-ci il tarixli DKM/013N05A00820921 nömrəli kredit müqaviləsi üzrə borc məbləğinin birgə qaydada borc alandan və zamindən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: ASC "xxxx" Bankı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixli DKM/013N05A00820921 nömrəli kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısında 6.934,90 manat əsas borc, xx.xx.2024-cü il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 870,07 manat məbləğində adi faizlər üzrə borc, vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış manat məbləğində penya, cəmi 8.001,32 manat məbləğində pul vəsaiti və xx.xx.2024-cü il tarixdən qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 16 % dərəcəsi ilə hesablanan adi faizlər və illik 15% dərəcəsi ilə hesablanan penyanın, iddia ərizəsinin verilməsinə görə 100,01 manat məbləğində dövlət rüsumunun birgə qaydada cavabdehlər Cavabdeh2 və ƏlCavabdeh1 iddiaçı ASC "xxxx" Bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilatın etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 məhkəmə baxış iclasında iştirak edərək iddia tələbini onunla əsaslandırmışdır ki, ASC "xxxx" Bankı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli DKM/013N05A00820921 nömrəli kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən borc alana 36 ay müddətinə, illik 16 % ödənilməsi şərtilə 10.000 manat məbləğində kredit verilmişdir. İddiaçı ilə digər Cavabdeh1 arasında həmin tarixli müqaviləyə əsasən zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə və onun 1 №-li əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən Cavabdeh2 hər ay bərabər məbləğdə müəyyən ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh2 öz öhdəliklərini kobud şəkildə pozmuş və bu günə qədər kredit üzrə əsas borc məbləğinin bir hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Cavabdeh2 kreditor qarşısında gecikdirilmiş borcu 7.804,97 manat təşkil edir ki, bunun da 6.934,90 manatı vaxtı keçmiş əsas borcdan 870,07 manat isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. xx.xx.2024-cü il tarixinə 15% dərəcəsi ilə hesablanmış penya 196,35 manat təşkil edir. Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixli DKM/013N05A00820921 nömrəli kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısında 6.934,90 manat əsas borc, xx.xx.2024-cü il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 870,07 manat məbləğində adi faizlər üzrə borc, vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış manat məbləğində penya, cəmi 8.001,32 manat məbləğində pul vəsaiti və xx.xx.2024-cü il tarixdən qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 16 % dərəcəsi ilə hesablanan adi faizlər və illik 15% dərəcəsi ilə hesablanan, iddia ərizəsinin verilməsinə görə 100,01 manat məbləğində dövlət rüsumunun penyanın birgə qaydada cavabdehlər Cavabdeh2 və ƏlCavabdeh1 iddiaçı ASC "xxxx" Bankın xeyrinə tutulmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli DKM/013N05A00820921 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə, illik 16% ödəmək şərtilə 10.000 manat məbləğində kredit verilmişdir. İddiaçı ilə digər Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli DKM/013N05A00820921 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 borclu Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsi əsasında, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə uyğun olaraq, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixli DKM/013N05A00820921 saylı kredit xətti müqaviləsi bağlayarkən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən Cavabdeh1 və Cavabdeh2 iddiaçı təşkilata borcu qalmışdır. Həm bu səbəbdən və həm də yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, bank Cavabdeh1 və Cavabdeh2 borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddia qismən təmin olunmalı, xx.xx.2021-ci il tarixli DKM/013N05A00820921 saylı kredit xətti müqaviləsi üzrə Cavabdeh1 və Cavabdeh2 6.934,90 manat, 870,07 manat faiz, 10 manat cərimə, iddia ərizəsinin verilməsinə görə 100,01 manat məbləğində dövlət rüsumu ASC "xxxx" Bankının xeyrinə tutulmalı iddia qalan hissədə təmin edilməməlidir. Lakin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, ASC "xxxx" Bankının cavabdehdən tələb etdiyi 196,35 manat məbləğində cərimə tənasübsüz surətdə yüksək hesablandığından həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Əsas borc kimi 6.934,90 (altı min doqquz yüz otuz dörd manat doxsan qəpik) manat, faiz borcu kimi 870,07 (səkkiz yüz yetmiş manat yeddi qəpik) manat, cərimə kimi 10 (on) manat manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ASC "xxxx" Bankın xeyrinə tutulsun. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100,01 (bir yüz doxsan altı manat otuz beş qpik) manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ASC "xxxx" Bankın xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №e-2(015)-704/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-704/2024
29.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver