Məhkəmə qərarları › İş №e-2(015)-722/2025

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №e-2(015)-722/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № e-2(015)-722/2025 03.04.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, “X1” ASC-nın Cavabdeh qarşı kredit, kredit faizinin və cərimənin ödənilməsi tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi : İddiaçı “X1” ASC Cavabdeh qarşı kredit, kredit faizinin və cərimənin ödənilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 4413,49 manat əsas, 703,57 manat faiz, 14,21 manat cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 5131,27 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 71.72 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyü ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir. Göründüyü kimi, ərizədə "xxxx" Kommersiya Bankı ASC qeydiyyat ünvanı qismində ünvan 1işdir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, hazırki ərizə verilərkən ərazi aidiyyəti qaydaları pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda, iş materiallarında olan ödəniş qəbzindən görünür ki, "xxxx" Kommersiya Bankı ASC tərəfindən məhkəmənin hesabına 71,72 manat dövlət rüsumu ödənilmişdir. Qanunvericiliyə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Göründüyü kimi, hazırki ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Ona görə də məhkəmə hesab edir ki, "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı kredit, kredit faizinin və cərimənin ödənilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılmalı, ərizəçi tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 71,72 manat dövlət rüsumu ona qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 35, 149-152, 263- 264, 267-268 və 309.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı kredit, kredit faizinin və cərimənin ödənilməsi tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. İddiaçı "xxxx" Kommersiya Bankı ASC tərəfindən məhkəmənin hesabına ödənilmiş 71,72 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan iddiaçı tərəfindən, qərardad ona rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar