Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-741/2024 15.08.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi və Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun alınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 14.589,68 (on dörd min beş yüz səksən doqquz manat altmış səkkiz qəpik) manat əsas, 643,03 (altı yüz qırx üç manat üç qəpik) manat faiz, cəmi 15.232,71 (on beş min iki yüz otuz iki manat yetmiş bir qəpik) manat borcun, ödənilmiş 136,10 (yüz otuz altı manat on qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. «Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 şəxsi məqsədləri üçün 48 ay müddətinə nəğd şəkildə istifadə olunmaqla 15.000 (on beş min ) manat məbləğində kredit verilmiş və bununla bağlı «Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2023-cü il tarixli 1158458/36928 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh1 ona zamin durmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə, borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zaminlər, borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Kredit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 xx.xx.2024-cü il tarixinə əsas borcu 14.589,68 (on dörd min beş yüz səksən doqquz manat altmış səkkiz qəpik) manat əsas, 643,03 (altı yüz qırx üç manat üç qəpik) manat faiz, cəmi 15.232,71 (on beş min iki yüz otuz iki manat yetmiş bir qəpik) manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh2 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Bununla da cavabdehlər kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmiş və eyni zamanada hesablara, mühasibat uçotuna dəqiq və düzgün əməl etmədiyindən kredit müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda cavabdehlərin kredit müqaviləsinə əsasən «Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinə olan əsas və ona hesablanmış faiz borcu cəmi 15.232,71 (on beş min iki yüz otuz iki manat yetmiş bir qəpik) manat təşkil edir ki, bu borcun da cavabdehlər tərəfindən ödənilməsi təmin edilməlidir. Ona görə də «Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 14.589,68 (on dörd min beş yüz səksən doqquz manat altmış səkkiz qəpik) manat əsas, 643,03 (altı yüz qırx üç manat üç qəpik) manat faiz, cəmi 15.232,71 (on beş min iki yüz otuz iki manat yetmiş bir qəpik) manat borcun, həmçinin ödənilmiş 136,10 (yüz otuz altı manat on qəpik) manat dövlət rüsumunun tutlması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı «Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək iddiaçı tərəfin iştirakı olmadan iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 138.4-cü maddəsinə əsasən məhkəmənin tapşırığı ilə Cavabdeh1 məhkəmə bildirişi göndərilsə də, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 etiraf edərək məhkəməyə bildirdi ki, iddia tələbini qəbul edir. Kredit götürdüyü zaman həmin məbləği ödəyə biləcəyini düşünmüş, lakin hal-hazırda işləmir həmin məbləğdə pulu ödəməyə imkanı çatmır. Borcu birdəfəyə ödəmək iqtidarında deyil. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 48 ay müddətinə 15.000 (on beş) manat məbləğində kredit verməyi, cavabdeh isə müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq iddiaçı ilə Cavabdeh1 arasında həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə borcalan kreditin bütün məbləğini, əsas borcu, kreditdən istifadəyə görə bu Müqaviləyə əsasən hesablanmış faizləri, dəbbə pulunu, borcların yığılması ilə əlaqədar digər xərcləri (məhkəmə, qiymətləndirmə, hərrac və sair) ödəyir. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, borclu Cavabdeh2 xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsinə əsasən 14.589,68 (on dörd min beş yüz səksən doqquz manat altmış səkkiz qəpik) manat əsas, 643,03 (altı yüz qırx üç manat üç qəpik) manat faiz, cəmi 15.232,71 (on beş min iki yüz otuz iki manat yetmiş bir qəpik) borcu yaranmışdır. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh2 vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir. Cavabdeh2 iddiaçının qarşısında əsas borc kimi 14.589,68 (on dörd min beş yüz səksən doqquz manat altmış səkkiz qəpik) manat əsas, 643,03 (altı yüz qırx üç manat üç qəpik) manat faiz, cəmi 15.232,71 (on beş min iki yüz otuz iki manat yetmiş bir qəpik) manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439, 442, 448, 462, 470, 472, 739 və 741-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun ödənilməsi barədə iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü tələb əsaslıdır. Kredit müqaviləsinin ləğv edilməsi barədə tələb Mülki Məcəllənin 421-ci maddəsinin göstərişinə uyğun olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə zaminliyə də xitam verilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 136.10 (yüz otuz altı manat on qəpik) manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc kimi 14.589,68 (on dörd min beş yüz səksən doqquz manat altmış səkkiz qəpik) manat əsas, 643,03 (altı yüz qırx üç manat üç qəpik) manat faiz, cəmi 15.232,71 (on beş min iki yüz otuz iki manat yetmiş bir qəpik) manat məbləğində pul iddiaçı «Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 136,10 (yüz otuz altı manat on qəpik) manat məbləğində pul Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada «Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim:Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №e-2(015)-741/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-741/2024
15.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver