Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-757/2023 28.09.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Ramal Məhəmməd oğlu Qasımzadənin katibliyi, Cavabdeh nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə müraciət edərək, Cavabdeh 186,70 ABŞ dolları əsas, 101,21 ABŞ dolları faiz, 1392,63 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 31,44 ABŞ dolları faiz borcu olmaqla cəmi 1711,98 ABŞ dolları borcun və 49,11 manat dövlət rüsumunun LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan sənədlərlə müəyyən olunur ki, iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona şəxsi istehlak məqsədləri üçün illik 29 % olmaq şərtilə 24 ay müddətinə 3800 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə bağlanmış 01 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişə (restrukturizasiya) əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 3704,11 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti isə xx.xx.2020-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8 faiz ödənilməli idi. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi, Vəkil iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə müraciət edərək, iddia müddətini pozublar. Belə ki, borc müqaviləsi 2015-ci ildə bağlanmış, 2017-ci ildə əlavə saziş kimi müqavilə bağlanılmış və 2020-ci ilin iyun ayının 21-i isə həmin müqavilənin müddəti bitmişdir. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu restrukturizasiya olunması ilə bağlı cənab Prezidentin vermiş olduğu Fərmana uyğun olmayaraq hərəkət etmişdir. Nümayəndəsi olduğu şəxsdən götürmüş olduğu ilkin olaraq 3800 ABŞ dollar pulun iki qat artığını almışlar və bu barədə onlarda çox saylı qəbzlər mövcuddur. Hazırda da vermiş olduqları iddia tələbində, onlar yenidən əsas borc, əlavə borc, cərimə borcu dəbbə pulunu tələb edirlər. İddaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehdən cəmi borc 1711.98 ABŞ doları, 186.70 ABŞ doları əsas, 101.21 ABŞ doları faiz, 1392.63 ABŞ doları cərimə, 31.44 ABŞ doları, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 31.34 ABŞ doları və iş üzrə ödənilmiş 49.11 manat dövlət rüsümünü cavabdehdən tutulmasını xahiş etmişdir.Həmin kreditin 2017-ci ildən 2020-ci ilə qədər restruturizasiya olması barədə əlavə müqavilə bağlanılmış və dolların məzənnəsi 1,4 vurmaqla edilib. Əslində verilmiş olan artıq pullar dollar ilə götürülmüşdürsə, artıq pullar cavabdehə qayıtmalı idi, çünki cavabdeh artıq dərəcədə pullar ödəmiş və həmin pulları dəbbə pulu, cərimə, faiz borcu kimi hesablamaqla özləri sistemə müdaxilə ediblər və nümayəndəsi olduğu şəxsdən əlavə pulları almışlar. 2017-ci ildə yeni bağlanmış müqavilə ilə yeni şərtlər müəyyən edilmiş, həmin şərtlərə belə əməl edilməmiş, belə ki, restukturizasiya olunan vaxtı, ödənilmiş olan dollar məzənnəsi üzrə tərəfin ödəmiş olduğu pulları, hesablayıb ordan çıxılmamışdır. Eyni zamanda, iddianın məhkəməyə daxil olduğu müddətdən əvvəlki müddətə təsadüf etdiyinə görə, hesab edir ki, iddia müddəti keçmişdir. Ona görə də iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə təqdim edib, iddia müddətini tətbiq edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və və vaxtı barədə iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək mülki işə onların iştirakı olmadan baxılıb iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün saymışdır. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona şəxsi istehlak məqsədləri üçün illik 29 % olmaq şərtilə 24 ay müddətinə 3800 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə bağlanmış 01 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişə (restrukturizasiya) əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 3704,11 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti isə xx.xx.2020-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8 faiz ödənilməli idi. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İş üzrə Cavabdeh nümayəndəsi, Vəkil ərizəsindən görünür ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddia müddətini tətbiq edərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində ümumi iddia müddəti on il, müqavilə tələbləri, habelə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə – üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə isə altı il müəyyən olunmuşdur. Bundan başqa, mülki qanunvericilikdə tələblərin ayrı-ayrı növləri üçün ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Republikası MM-nin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Göründüyü kimi, tərəflər arasında bağlanılmış kredit müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. İş materiallarından görünür ki, LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona şəxsi istehlak məqsədləri üçün illik 29 % olmaq şərtilə 24 ay müddətinə 3800 ABŞ dolları məbləğində kredit verilmiş, kredit müqaviləsi üzrə bağlanmış 01 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişə (restrukturizasiya) əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 3704,11 ABŞ dolları təşkil etmişdir, restrukturizasiya edilmiş kreditin müddəti isə xx.xx.2020-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit müqaviləsinin müddəti həmin müqaviləyə əlavə də nəzərə alınmaqla müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti xx.xx.2023-cü il tarixdə başa çatmışdır. Hazırki iddia ərizəsi isə məhkəməyə xx.xx.2023-cü il tarixdə, yəni müqavilə üzrə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdən 14 gün sonra daxil olmuşdur. İddia müddətinin axımı isə xx.xx.2020-ci il tarixdən başlamaqla xx.xx.2023-cü il tarixədək təşkil edir və həmin müddət ərzində iddiaçı cavabdehə qarşı hazırki tələblə məhkəməyə müraciət edə bilərdi. Lakin iddiaçının iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və iddiaçı tərəfindən üç illik iddia müddəti ötürülmüşdür. Azərbaycan Republikası MM-nin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, Cavabdeh nümayəndəsi, Vəkil iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi nəzərə alınaraq mülki iş üzrə iddia müddəti tətbiq edilməlidir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 01 nömrəli restrukturizasiya müqaviləsinin müddəti həmin müqaviləyə əlavə də nəzərə alınmaqla müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti xx.xx.2023-cü il tarixdə başa çatdığından, iddia ərizəsi isə məhkəməyə xx.xx.2023-cü il tarixdə, yəni müqavilə üzrə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdən 14 gün sonra daxil olduğundan, Cavabdeh nümayəndəsi, Vəkil iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edildiyindən, hazırki mülki iş üzrə iddia müddəti tətbiq edilməli, iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası təmin edilməməlidir. İş üzrə ödənilmiş 49,11 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 49,11 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №e-2(015)-757/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-757/2023
28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver