Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-767/2025 25.06.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, İddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı «X1 Azərbaycan» QSC Cavabdeh2 və Cavabdeh1 müştərək (birgə) qaydada əsas məbləğ üzrə borc 2186,24 (iki min yüz səksən altı manat 24 qəpik) manat, faiz borcu 439,45 (dörd yüz otuz doqquz manat 45 qəpik) manat, cərimə borcu 8221,77 (səkkiz min iki yüz iyirmi bir manat 77 qəpik) manat, cəmi borc 10847,46 (on min səkkiz yüz qırx yeddi manat 46 qəpik) manat dövlət büdcəsinə köçürülmüş 122.54 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, «X1 Azərbaycan» QSC tələbini onunla əsaslandırmışdır ki, «X1 Azərbaycan» QSC ilə borclu Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü ildə «X1 Azərbaycan» QSC və Cavabdeh2 Nurəddin oğlu arasında 112876 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, bank tərəfindən borcalan Cavabdeh2 Nurəddin oğluna istehlak yönümlü 3000 manat (üç min manat) məbləğində pul ayrılmışdır və o, 36 (otuz altı) ay müddətində kreditin əsas məbləği və ona illik 18% (on səkkiz) dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. İstehlak kreditinin ayrılması və qaytarılması üçün borcalan və müqavilə üzrə zamin Cavabdeh1 müqavilə və qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri üzərlərinə götürmüşdür. «X1 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Cavabdehlərin kredit müqaviləsinə əsasən «X1 Azərbaycan» QSC-yə olan borcu əsas məbləğ üzrə borc 2186,24 (iki min yüz səksən altı manat 24 qəpik) manat, faiz borcu 439,45 (dörd yüz otuz doqquz manat 45 qəpik) manat, cərimə borcu 8221,77 (səkkiz min iki yüz iyirmi bir manat 77 qəpik) manat, cəmi borc 10847,46 (on min səkkiz yüz qırx yeddi manat 46 qəpik) manat təşkil edir. Ona görə də, iddiaçı təşkilat hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
a) Məhkəmə icraatı iştirakçının izahatı: 3.İddiaçı «X1 Azərbaycan» QSC ərizə göndərərək iddia ərizəsinə onların iştirakı olmadan baxaraq, tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.Məhkəmə iclasında Cavabdeh2 iştirak etməmiş, məhkəməyə iddia tələbini qəbul etdiyini bildirmişdir. 5.Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.«X1 Azərbaycan» QSC ilə borclu Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü ildə 112876 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, istehlak kreditinin ayrılması və qaytarılması üçün borcalan və müqavilə üzrə zamin Cavabdeh1 müqavilə və qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri üzərlərinə götürmüşdür. 8.Maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2025-ci il tarixə kredit müqaviləsi üzrə «X1 Azərbaycan» QSC-yə 2186,24 manat əsas, 439,45 manat faiz, 8221,77 manat cərimə olmalqa, cəmi 10847,46 manat məbləğində borcu yaranmışdır. 9.xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, «X1 Azərbaycan» QSC tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 122,54 manat dövlət rüsumu ödənilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 10.«X1 Azərbaycan» QSC ilə borclu Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü ildə 112876 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Bank tərəfindən borcalan Cavabdeh2 istehlak yönümlü 3000 manat (üç min manat) məbləğində pul ayrılmışdır və o, 36 (otuz altı) ay müddətində kreditin əsas məbləği və ona illik 18% (on səkkiz) dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. İstehlak kreditinin ayrılması və qaytarılması üçün borcalan və müqavilə üzrə zamin Cavabdeh1 müqavilə və qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri üzərlərinə götürmüşdür. Cavabdehlərin kredit müqaviləsinə əsasən «X1 Azərbaycan» QSC-yə olan borcu əsas məbləğ üzrə borc 2186,24 (iki min yüz səksən altı manat 24 qəpik) manat, faiz borcu 439,45 (dörd yüz otuz doqquz manat 45 qəpik) manat, cərimə borcu 8221,77 (səkkiz min iki yüz iyirmi bir manat 77 qəpik) manat, cəmi borc 10847,46 (on min səkkiz yüz qırx yeddi manat 46 qəpik) manat təşkil edir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) nəticəsiz qalmış və kreditor «X1 Azərbaycan» QSC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 11.Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 12.Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış kredit və zaminlik müqavilələrinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehlər üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə məsuliyyət daşıyır və bu səbəbdən iddiaçı qarşısında cavabdehlik daşıyırlar, iddiaçının isə məhkəmə qaydasında borcun ödənilməsi tələbi hüququ yaranır. 13.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. 14.Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 15.Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 16.Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 17.Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 18.Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 19.Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 20.Həmin Məcəllənin 462.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 21.Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 22.Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh1 ilə iddiaçı təşkilat arasında zaminlik müqaviləsi bağlanıldığından o da Cavabdeh2 ilə iddiaçı təşkilat arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış öhdəliklərə görə birgə məsuliyyət daşıyır. 23.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 24.Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 25.Məhkəmə iddiaçı təşkilatın cavabdehlərdən tələb etdiyi cərimə borcuna münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 26.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 27.Həmin Məcəllənin 462.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 28.Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 29.Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 30.Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi dəbbə pulu tənasübsüz yüksək surətdə hesablandığından həmin məbləğ azaldılaraq xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən 2186,24 manat əsas borc, 439,45 manat faiz borcu, 20 manat məbləğində cərimə borcu, cəmi 2645,69 manat məbləğində borc müəyyən edilməlidir. 31.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 32.Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı təşkilat tərəfindən cavabdehlərə qarşı məhkəmədə iddia qaldırılması üçün 122,54 manat dövlət rüsumu ödənilmişdir. 33.Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 34.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 35.Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 36.Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, «X1 Azərbaycan» QSC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən 2186,24 manat əsas borc, 439,45 manat faiz borcu, 20 manat cərimə borcu, cəmi 2645,69 manat məbləğində borc və 122,54 manat məbləğində dövlət rüsumu «X1 Azərbaycan» QSC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır.
Nəticə hissəsi: 37.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək (birgə) qaydada 2186,24 (iki min yüz səksən altı manat iyirmi dörd qəpik) manat məbləğində əsas borc, 439,45 (dörd yüz otuz doqquz manat qırx beş qəpik) manat məbləğində faiz borcu, 20 (iyirmi) manat məbləğində cərimə borcu, cəmi 2645,69 (iki min altı yüz qırx beş manat altmış doqquz qəpik) manat məbləğində borc və 122,54 (yüz iyirmi iki manat əlli dörd qəpik) manat məbləğində dövlət rüsumu «X1 Azərbaycan» QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Heyran Mürsəlova