Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-78/2025 10.01.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 08 sentyabr 2023-cü il tarixli, İBF/628 saylı kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 45 625,96 (qırx beş min altı yüz iyirmi beş manat 96 qəpik) manat əsas borc, 1514,84 (bir min beş yüz on dörd manat səksən dörd qəpik) manat faiz borcu olmaqla ümumilikdə 47140,80 (qırx yeddi min bir yüz qırx manat 80 qəpik) manat borcun və 231,57 (iki yüz otuz bir manat əlli yeddi qəpik) manat dövlət rüsumunun, 52 (əlli iki) manat ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun tutulması, tutmanın Cavabdeh Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, 13 sentyabr 2023-cü il qeydiyyat tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********30-11301 olan çıxarışa əsasən məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu. Maştağa qəsəbəsi, 167 (Yeni qaydalarla: AZ1039, ünvan 1 ünvanında yerləşən 0,197 ha torpaq sahəsinə və onun üzərindəki fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, əmlakın satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun cavabdehin digər gəlirləri və əmlakı hesabına ödənilməsi barədə qətnamə xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında imzalanmış 08 sentyabr 2023-cü il tarixli, İBF/628 saylı kredit müqaviləsinə əsasən daşınmaz əmlakın alınması məqsədi ilə “Bank” tərəfindən cavabdehə illik 7,5 % hesablanmaqla, 300 ay müddətinə qaytarılmaq şərti ilə 46 000 (qırx altı min) manat məbləğində kredit vəsaiti ayrılmışdır. Verilmiş kreditin təminatı olaraq “Bank”la Cavabdeh (alıcı, borcalan və ipoteka qoyan) arasında 08 sentyabr 2023-cü il tarixdə İBF/628 saylı alqı-satqı və ipoteka müqaviləsi imzalanmış, həmin müqaviləyə əsasən Cavabdeh mülkiyyətinə keçmiş və Bakı şəhəri, Sabunçu rayonu. Maştağa qəsəbəsi, 167 (Yeni qaydalarla: AZ1039, ünvan 1 ünvanında yerləşən 0,197 ha torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evi İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir Alqı-satqı və ipoteka müqaviləsi notarial qaydada təsdiqləndikdən sonra ipotekanın dövlət qeydiyyatı Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlak dövlət reyestrində 221 nömrəli reyestr kitabının 21533 nömrəli vərəqində qeydiyyata alınmış və buna dair 13 sentyabr 2023-cü il tarixli yüklülük çıxarışı “Bank”a təqdim edilmişdir. Cavabdeh tərəfindən ona ayrılmış kredit vəsaiti təyinatı üzrə istifadə edilsə də, kredit öhdəliklərinin ödəniş qrafikində nəzərə tutulmuş qaydada icra edilməsi həyata keçirilməmiş, nəticədə tərəflər arasında imzalanmış kredi müqaviləsinin şərtləri “Cavabdeh” tərəfindən birtərəfli qaydada pozulmuşdur. Belə ki, tərəflər arasında imzalanmış 08 sentyabr 2023-cü il tarixli, İBF/628 saylı kredit müqaviləsinin 3.1.6-cı bəndinə əsasən “Bank” “Borcalan” tərəfindən ödəniş cədvəli üzrə ona verilmiş kredit üzrə əsas borc hissəsinin və onun faizinin ödənilməsini 90 (doxsan) gün və daha çox müddədə gecikdirdikdə müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam vermək hüququna mlaik olmaqla kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını tələb etmək hüququna malikdir. Öhdəliklərin lazımı qaydada icra olunmaması səbəbindən “Bank” tərəfindən cavabdehə 15 avqust 2024-cü il tarixdə 02/1750 saylı xəbərdarlıq məktubu göndərilmiş, borcun 3 iş günü müddətində ödəməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi onların diqqətinə çatdırılmışdır. Eyni zamanda bank tərəfoindən 15 avqust 2024-cü il tarixdə 02/1749 saylı ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş cavabdehə ünvanlanmış, bildirişdə mövcud mübahisə ilə bağlı məhkəməyə və ya notariusun icra qeydinin aparılması ilə bağlı notariat orqanına müraciət ediləcəyi göstərilmişdir. 10 sentyabr 2024cü il tarixə hesablanmaqla cavabdehin bank qarşısında ümumilikdə 47 140,80 (qırx yeddi min bir yüz qırx manat 80 qəpik) manat məbləğində icra edilməmiş öhdəliyi mövcuddur. Həmin məbləğdən 45 625,96 (qırx beş min altı yüz iyirmi beş manat 96 qəpik) manat əsas borcu, 1514,84 (bir min beş yüz on dörd manat 84 qəöpik) manat faiz borcunu ehtiva edir. Öhdəliklər lazımı qaydada icra olunmadığından “Bank” tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 01 saylı BakıƏrazi İdarəsinə müraciət edilərək ipoteka predmeti olan və Bakı şəhəri, Sabunçu rayonu. Maştağa qəsəbəsi, 167 (Yeni qaydalarla: AZ1039, ünvan 1 ünvanında yerləşən 0,197 ha torpaq sahəsinə və onun üzərindəki fərdi yaşayış evinə münasibətdə “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 34-36-cı maddələrinə uyğun olaraq tutmanın yönəldilməsinə dair bildirin qeydiyyatının aparılmasına dair ərizə təqdim edilmiş və ərizə ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.. Ona görə də iddiaçı təşkilat hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
3. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə Qurban oğlu ərizə göndərərək iddia ərizəsinə onların iştirakı olmadan baxaraq tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh iştirak etməmiş, məhkəməyə ərizə göndərərək iddia tələbini qəbul etdiyini bildirərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.
5. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İş materiallarında olan müavillədən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında imzalanmış 08 sentyabr 2023-cü il tarixli, İBF/628 saylı kredit müqaviləsinə əsasən daşınmaz əmlakın alınması məqsədi ilə bank tərəfindən cavabdehə illik 7,5 % hesablanmaqla, 300 ay müddətinə qaytarılmaq şərti ilə 46 000 (qırx altı min) manat məbləğində kredit vəsaiti ayrılmışdır.
8. İş materiallarında olan ipoteka müqaviləsindən ki, bankla Cavabdeh arasında 08 sentyabr 2023-cü il tarixində İBF/628 saylı alqı-satqı və ipoteka müqaviləsi imzalanmış, həmin müqaviləyə əsasən Cavabdeh mülkiyyətinə keçmiş və Bakı şəhəri, Sabunçu rayonu. Maştağa qəsəbəsi, 167 (Yeni qaydalarla: AZ1039, ünvan 1 ünvanında yerləşən 0,197 ha torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evi İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir.
9. İş materiallarında olan çıxarışdan görünür ki, alqı-satqı və ipoteka müqaviləsi notarial qaydada təsdiqləndikdən sonra ipotekanın dövlət qeydiyyatı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlak dövlət reyestrində 221 nömrəli reyestr kitabının 21533 nömrəli vərəqində qeydiyyata alınmış və buna dair 13 sentyabr 2023-cü il tarixli yüklülük çıxarışı banka təqdim edilmişdir.
10. İş materiallarında olan bildirişdən görünür ki, 15 avqust 2024-cü il tarixində 02/1749 saylı ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş cavabdehə ünvanlanmış, bildirişdə mövcud mübahisə ilə bağlı məhkəməyə və ya notariusun icra qeydinin aparılması ilə bağlı notariat orqanına müraciət ediləcəyi göstərilmişdir.
11. .İş materiallarında olan maliyyə arayışından görünür ki, 10 sentyabr 2024-cü il tarixinə hesablanmaqla cavabdehin İddiaçı ASC qarşısında ümumilikdə 47 140,80 (qırx yeddi min bir yüz qırx manat 80 qəpik) manat məbləğində icra edilməmiş öhdəliyi mövcuddur. Həmin məbləğdən 45 625,96 (qırx beş min altı yüz iyirmi beş manat 96 qəpik) manat əsas borcu, 1514,84 (bir min beş yüz on dörd manat 84 qəöpik) manat faiz borcunu ehtiva edir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar
12. İddiaçı ASC ilə Cavabdeh arasında imzalanmış 08 sentyabr 2023-cü il tarixli, İBF/628 saylı kredit müqaviləsinə əsasən daşınmaz əmlakın alınması məqsədi ilə İddiaçı ASC tərəfindən cavabdehə illik 7,5 % hesablanmaqla, 300 ay müddətinə qaytarılmaq şərti ilə 46 000 (qırx altı min) manat məbləğində kredit vəsaiti ayrılmışdır. Verilmiş kreditin təminatı olaraq bankla Cavabdeh arasında 08 sentyabr 2023-cü il tarixində İBF/628 saylı alqı-satqı və ipoteka müqaviləsi imzalanmış, həmin müqaviləyə əsasən Cavabdeh mülkiyyətinə keçmiş və Bakı şəhəri, Sabunçu rayonu. Maştağa qəsəbəsi, 167 (Yeni qaydalarla: AZ1039, ünvan 1 ünvanında yerləşən 0,197 ha torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evi İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir Alqı-satqı və ipoteka müqaviləsi notarial qaydada təsdiqləndikdən sonra ipotekanın dövlət qeydiyyatı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlak dövlət reyestrində 221 nömrəli reyestr kitabının 21533 nömrəli vərəqində qeydiyyata alınmış və buna dair 13 sentyabr 2023-cü il tarixli yüklülük çıxarışı banka təqdim edilmişdir. Cavabdeh tərəfindən ona ayrılmış kredit vəsaiti təyinatı üzrə istifadə edilsə də, kredit öhdəliklərinin ödəniş qrafikində nəzərə tutulmuş qaydada icra edilməsi həyata keçirilməmiş, nəticədə tərəflər arasında imzalanmış kredi müqaviləsinin şərtləri cavabdeh tərəfindən birtərəfli qaydada pozulmuşdur. Belə ki, tərəflər arasında imzalanmış 08 sentyabr 2023-cü il tarixli, İBF/628 saylı Kredit müqaviləsinin 3.1.6-cı bəndinə əsasən “Bank” “Borcalan” tərəfindən ödəniş cədvəli üzrə ona verilmiş kredit üzrə əsas borc hissəsinin və onun faizinin ödənilməsini 90 (doxsan) gün və daha çox müddədə gecikdirdikdə müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam vermək hüququna mlaik olmaqla kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını tələb etmək hüququna malikdir. Öhdəliklərin lazımı qaydada icra olunmaması səbəbindən “Bank” tərəfindən cavabdehə 15 avqust 2024-cü il tarixdə 02/1750 saylı xəbərdarlıq məktubu göndərilmiş, borcun 3 iş günü müddətində ödəməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi onların diqqətinə çatdırılmışdır. Eyni zamanda tərəfimizdən 15 avqust 2024-cü il tarixində 02/1749 saylı ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş cavabdehə ünvanlanmış,bildirişdə mövcud mübahisə ilə bağlı məhkəməyə və ya notariusun icra qeydinin aparılması ilə bağlı notariat orqanına müraciət ediləcəyi göstərilmişdir. 10 sentyabr 2024-cü il tarixinə hesablanmaqla cavabdehin “Bank” qarşısında ümumilikdə 47 140,80 (qırx yeddi min bir yüz qırx manat 80 qəpik) manat məbləğində icra edilməmiş öhdəliyi mövcuddur. Həmin məbləğdən 45 625,96 (qırx beş min altı yüz iyirmi beş manat 96 qəpik) manat əsas borcu, 1514,84 (bir min beş yüz on dörd manat 84 qəöpik) manat faiz borcunu ehtiva edir. Öhdəliklər lazımı qaydada icra olunmadığından “Bank” tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 01 saylı BakıƏrazi İdarəsinə müraciət edilərək ipoteka predmeti olan və Bakı şəhəri, Sabunçu rayonu. Maştağa qəsəbəsi, 167 (Yeni qaydalarla: AZ1039, ünvan 1 ünvanında yerləşən 0,197 ha torpaq sahəsinə və onun üzərindəki fərdi yaşayış evinə münasibətdə “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 34-36-cı maddələrinə uyğun olaraq tutmanın yönəldilməsinə dair bildirin qeydiyyatının aparılmasına dair ərizə təqdim edilmiş və ərizə ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
13. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
14. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış kredit və ipoteka müqavilələrinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilələr üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır.
16. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
17. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
19. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
20. Həmin Məcəllənin 739-cu maddəsinə görə müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
21. Məhkəmə hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında imzalanmış 08 sentyabr 2023-cü il tarixli, İBF/628 saylı kredit müqaviləsinə əsasən daşınmaz əmlakın alınması məqsədi ilə bank tərəfindən cavabdehə illik 7,5 % hesablanmaqla, 300 ay müddətinə qaytarılmaq şərti ilə 46 000 (qırx altı min) manat məbləğində kredit vəsaiti ayrılması, həmin krediti 300 ay müddətinə ödəməyi öhdəsinə götürməsi, lakin cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozaraq ödənişi tam icra etməməsi, 10 sentyabr 2024-cü il tarixinə hesablanmaqla cavabdehin bank qarşısında ümumilikdə 47 140,80 (qırx yeddi min bir yüz qırx manat 80 qəpik) manat məbləğində icra edilməmiş öhdəliyi mövcuddur. Həmin məbləğdən 45 625,96 (qırx beş min altı yüz iyirmi beş manat 96 qəpik) manat əsas borcu, 1514,84 (bir min beş yüz on dörd manat 84 qəpik) manat faiz borcunun yaranması sübuta yetirildiyindən Cavabdeh 45 625,96 (qırx beş min altı yüz iyirmi beş manat 96 qəpik) manat əsas borcu, 1514,84 (bir min beş yüz on dörd manat 84 qəpik) manat faiz borcu olmaqla, cəmi 47 140,80 (qırx yeddi min bir yüz qırx manat 80 qəpik) manat borc, həmçinin 231,57 (iki yüz otuz bir manat 57 qəpik) manat dövlət rüsumunun, 52 (əlli iki) manat ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır.
22. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələbindən göründüyü kimi, borclu öz öhdəliyini icra etmədiyi və ya lazımınca icra etmədiyi halda, ipoteka saxlayanın tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etmək hüququ yaranır.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.
24. MM-nin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
25. MM-nin 296.1-ci maddəsinə əsasən, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir.
26. MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
27. MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
28. “İpoteka haqqında” Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 33- və 36.1-ci maddələrinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka saxlayan bu qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər.
29. Həmin Qanunun 33-cu maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələblərinin yönəldilməsi üçün tutma ipoteka predmetinə yönəldilə bilər.
30. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır.
31. Məhkəmə hesab edir ki, borclu öz öhdəliyini icra etmədiyindən, X1 ilə bank arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə tutma Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, 13 sentyabr 2023-cü il qeydiyyat tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********30-11301 olan çıxarışa əsasən məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu. Maştağa qəsəbəsi, 167 (Yeni qaydalarla: AZ1039, ünvan 1 ünvanında yerləşən 0,197 ha torpaq sahəsinə və onun üzərindəki fərdi yaşayış evinə yönəldilərək, həmin əmlak ixtisaslaşdırılmış hərraclar tərəfindən açıq hərracda satılmalıdır.
32. Eyni zamanda, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir.
33. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
34. Məhkəmə hesab edir ki, fərdi yaşayış evinin ilkin satış qiymətinin 68000 manat olmasına dair dair ipoteka qoyanla ipoteka saxlayanın razılaşma olduğundan həmin məbləğ ilkin satış qiyməti kimi müəyyən edilməlidir.
35. Məhkəmə iddia tələbinin ipoteka predmetinin satışından əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh digər gəlirləri və əmlakı hesabına ödənilməsi hissəsində aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
36. Məhkəmə iş materiallarını və qeyd edilən hüquq normalarını nəzərdən keçirib hesab edir ki, iddiaçı cavabdehdən tələb etdiyi əsas borcu 45 625,96 (qırx beş min altı yüz iyirmi beş manat doxsan altı qəpik) manat əsas borcu, 1514,84 (bir min beş yüz on dörd manat səksən dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 47 140,80 (qırx yeddi min bir yüz qırx manat səksən qəpik) manat borc, həmçinin 231,57 (iki yüz otuz bir manat 57 qəpik) manat dövlət rüsumunun, 52 (əlli iki) manat təşkil etdiyindən, ipoteka ilə yüklü edilmiş yaşayış evinin ilkin satış qiyməti 68000 manat müəyyən edildiyindən, cavabdehin iddiaçı təşkilat qarşısında olan pul öhdəliyi isə həmin məbləğdən az olduğundan iddia tələbi satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh digər gəlirləri və əmlakı hesabına ödənilməsi hissəsində təmin oluna bilməz.
37. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Nəticə hissəsi:
40. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 45 625,96 (qırx beş min altı yüz iyirmi beş manat, doxsan altı qəpik) manat əsas borcu, 1514,84 (bir min beş yüz on dörd manat, səksən dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 47 140,80 (qırx yeddi min bir yüz qırx manat, səksən qəpik) manat borc, həmçinin 231,57 (iki yüz otuz bir manat, əlli yeddi qəpik) manat dövlət rüsumu, 52 (əlli iki) manat ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, 13 sentyabr 2023cü il qeydiyyat tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********30-11301 olan çıxarışa əsasən məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu. Maştağa qəsəbəsi, 167 (Yeni qaydalarla: AZ1039, ünvan 1 ünvanında yerləşən 0,197 ha torpaq sahəsinə və onun üzərindəki fərdi yaşayış evinə yönəldilərək, həmin əmlak ixtisaslaşdırılmış hərraclar tərəfindən açıq hərracda satılsın. İpoteka predmetinin ilkin satış qiyməti 68000 (altmış səkkiz min) manat müəyyən edilsin. Satışdan əldə edilmiş vəsaitdən 45 625,96 (qırx beş min altı yüz iyirmi beş manat, doxsan altı qəpik) manat əsas borcu, 1514,84 (min beş yüz on dörd manat, səksən dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 47 140,80 (qırx yeddi min yüz qırx manat, səksən qəpik) manat borc, həmçinin 231,57 (iki yüz otuz bir manat, əlli yeddi qəpik) manat dövlət rüsumu, 52 (əlli iki) manat ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Borc məbləği ödənildikdən sonra qalan pul vəsaiti mülkiyyətçi Cavabdeh qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Heyran Mürsəlova