Məhkəmə qərarları › İş №e-2(015)-826/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-826/2024

16.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-826/2024 16.10.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X2 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Türkən Qoşqar qızı Hüseynlinin katibliyi ilə, İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1429,17 ABŞ dolları əsas, 336,37 ABŞ dolları faiz, 1265,40 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 209 ABŞ dolları faiz borcu olmaqla cəmi 3239,94 ABŞ dolları borcun və 75,08 manat dövlət rüsumunun LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2(015)-826/2024 saylı qərardadı ilə mülki iş üzrə Cavabdeh2 xx.xx.2019-cu il tarixdə öldüyündən ona qarşı olan tələb üzrə icraata xitam verilmiş, iddiaçıya onun vərəsəsini müəyyən etdikdən sonra həmin vərəsəyə qarşı iddia ilə müraciət etmək hüququ izah olunmuşdur. Ləğv prosesində olan İddiaçı ASC tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qazax filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə cavabdehə “Əsas vəsaitin artırılması” məqsədi ilə 18 ay müddətinə illik 20.5% dərəcəsi ilə 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən kredit Borcalana “Əsas vəsaitin artırılması” məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə Cavabdeh2 vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir (İnternet Vergi İdarəsinin portalından çıxarış qoşmaya əlavə edilmişdir). Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 250008285/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 01 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 3701.13 USD təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Ona görə də iddiaçı təşkilat hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Rəşad Tağızadə məhkəməyə ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılıb iddianın təmin olunmasını, Cavabdeh1 isə məhkəməyə ərizə göndərərək iddia müddəti ötürüldüyündən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qazax filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə cavabdehə “Əsas vəsaitin artırılması” məqsədi ilə 18 ay müddətinə illik 20.5% dərəcəsi ilə 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən kredit Borcalana “Əsas vəsaitin artırılması” məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə Cavabdeh2 vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir (İnternet Vergi İdarəsinin portalından çıxarış qoşmaya əlavə edilmişdir). Cavabdeh2 kredit verilərkənCavabdeh1ilə Bank arasında 250008285/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 01 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 3701.13 USD təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilməli idi. Borclular yazılı və çox saylı şifahi müraciətlərə baxmayaraq borcu ödəməkdən imtina etmişlər və iddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmək qərarına gəlmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 3239.94 (üç min iki yüz otuz doqquz ABŞ dolları 94 sent) ABŞ dolları təşkil edir. Bundan 1429.17 (bir min dörd yüz iyirmi doqquz ABŞ dolları 17 sent) ABŞ dolları əsas, 336.37 (üç yüz otuz altı ABŞ dolları 37 sent) ABŞ dolları faiz, 1265.40 (bir min iki yüz altmış beş ABŞ dolları 40 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 209 (iki yüz doqquz) ABŞ dolları faiz borcu təşkil edir. Məhkəmə iddiaçı təşkilatın zamin Cavabdeh1 zaminlik müqaviləsi bağladığından həmin müqavilə üzrə yaranmış öhdəliklərə görə digər Cavabdeh2 ilə birgə məsuliyyət daşımasını əsas gətirərək ondan da borc tələb etməsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə hesab edir ki, zamin X1 iddiaçı təşkilat qarşısında mülki məsuliyyət daşıması barədə iddia müddəti ötürülmüşdür. Belə ki, iddia müddətləri və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etmişdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin burada bəzi istisnalar mövcuddur. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Göstərilənlərlə yanaşı iddia müddətləri kəsici müddətlərdən digər xüsusiyyətlərinə görə də fərqlənir. Belə ki, iddia müddəti pozulmuş hüququn müdafiə edilməsi üçün xarakterikdir. Kəsici müddət isə hüququn pozulub-pozulmamasından asılı olmayaraq ona xitam verir. Digər tərəfdən, iddia müddəti konkret borclunun konkret tələb üzrə müdafiə vasitələrindən biridir (bu səbəbdən də cavabdehin ərizəsi ilə tətbiq edilir), kəsici müddət isə üçüncü şəxslərin və ümumiyyətlə mülki dövriyyənin maraqları naminə müəyyən edilir (bu səbəbdən də məhkəmənin öz təşəbbüsü ilə tətbiq edilir). Qeyd edilməlidir ki, zaminlik müqaviləsi hər hansı əsasla etibarsız olduqda (imzanın zaminə aid olmaması və s.) zaminliklə bağlı hüquq münasibətləri meydana gəlmədiyi üçün mübahisəyə Mülki Məcəllənin 477.0.4-cü maddəsində göstərilən müddətlərin tətbiqi üçün əsas yaranmır. Belə ki, həmin normada əks olunan müddətlər etibarlı müqavilə əsasında əmələ gəlmiş zaminliyə xitam verən kəsici müddətlərdir. Bu halda hüquqi hadisə kimi zaminliyin xitamı məhkəmə aktı əsasında deyil, qanuna əsasən baş tutur. Ona görə də həmin normada zaminliyə xitam verən müddətin keçməsi müəyyən olunduqda zaminə qarşı yönəlmiş tələb işi mahiyyəti üzrə həll edən qətnamə ilə rədd edilməlidir.. Göründüyü kimi, iddiaçı təşkilatla cavabdehlər arasında olan xx.xx.2015-ci il tarixli Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 01 saylı, xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı olan 3701,13 ABŞ dolları təşkil etmiş, kreditin müddəti isə xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Mülki iş üzrə Cavabdeh2 xx.xx.2019-cu il tarixdə öldüyündən Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2(015)-826/2024 saylı qərardadı ilə ona qarşı olan tələb üzrə icraata xitam verilmişdir Əsas öhdəliyin icrası müddəti xx.xx.2021-ci il tarixdə başa çatmış, iddiaçı təşkilat isə borclu və zaminlərə qarşı borcun tutulması tələbi ilə xx.xx.2024-cü il tarixdə, yəni müqavilə üzrə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdən 2 il 11 ay 20 gün sonra daxil olmuşdur. İddiaçı təşkilat zaminə qarşı borcun tutulması tələbi ilə əsas öhdəliyin icrası başa çatdıqdan sonra, yəni xx.xx.2022-ci il tarixədək məhkəməyə müraciət edə bilərdi. İddiaçı təşkilatın əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində hansı səbəblərə əsasən zaminə qarşı borcun tutulması barədə iddia irəli sürməməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Həmin hal isə ona əsas verir ki, zamin Cavabdeh1 iddiaçı təşkilat qarşısında mülki məsuliyyət daşıması barədə iddia müddəti ötürülmüşdür. Həmin müddət kəsici müddət olduğundan məhkəmənin öz təşəbbüsü ilə tətbiq edilərək iddiaçının zamin Cavabdeh1 qarşı olan borc öhdəliyinin tutulmasına tələbi rədd edilməlidir. İş üzrə ödənilmiş 75,08 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 75,08 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar