Məhkəmə qərarları › İş №e-2(015)-854/2024

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №e-2(015)-854/2024

29.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № e-2(015)-854/2024 29.08.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X6 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər X2 və Cavabdeh2 qarşı kredit borcunun cavabdehlərdən tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı məhkəməyə müraciət edərək, cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada 2554 manat əsas, 1028,93 manat faiz olmaqla, cəmi 3582,93 manat borcun və 55,82 manat dövlət rüsumunun İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X5 bildirdi ki, cavabdeh X4 tərəfindən xx.xx.2024-cü il tarixdə kredit borcu tam şəkildə ödənildiyindən iddia tələbindən imtina etdiklərini, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının iddiadan imtinasını qəbul edib mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Eyni zamanda iş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən "xxxx" ASC-nin ödəmə terminalı olan K0110268 terminalı vasitəsilə əməliyyat nömrəsi ********* olmaqla 18057 qəbz nömrəsi ilə 142211 saylı xidmət adı ilə GPP ********** qəbz nömrəsi ilə məhkəmənin hesabına 56 manat dövlət rüsumu ödənilmişdir. Qanunvericiliyə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Göründüyü kimi, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, mülki iş üzrə iddiaçı iddiadan imtina edərək mülki iş üzrə icraata xitam verilməsini xahiş etdiyindən, cavabdeh etiraz etmədiyindən, mülki prosossesual qanunvericiliyə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilməsi mümkün olduğundan İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər X2 və Cavabdeh2 qarşı kredit borcunun cavabdehlərdən tutulması tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilərək mülki iş üzrə icraata xitam verilməli, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən "xxxx" ASC-nin ödəmə terminalı olan K0110268 terminalı vasitəsilə əməliyyat nömrəsi ********* olmaqla 18057 qəbz nömrəsi ilə 142211 saylı xidmət adı ilə GPP ********** qəbz nömrəsi ilə məhkəmənin hesabına ödənilmiş 56 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 114, 261, 263- 264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər X2 və Cavabdeh2 qarşı kredit borcunun cavabdehlərdən tutulması tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilsin və mülki iş üzrə icraata xitam verilsin. İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən "xxxx" ASC-nin ödəmə terminalı olan K0110268 terminalı vasitəsilə əməliyyat nömrəsi ********* olmaqla 18057 qəbz nömrəsi ilə 142211 saylı xidmət adı ilə GPP ********** qəbz nömrəsi ilə məhkəmənin hesabına ödənilmiş 56 manat dövlət rüsumu İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına qaytarılsın. Dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Ağstafa rayonu üzrə Maliyyə şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar