Məhkəmə qərarları › İş №e-2(015)-912/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-912/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-912/2024 08.10.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit təşkilatı İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bank Olmayan Kredit təşkilatı İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 5.175,70 manat əsas, 12,00 manat faiz və 1 manat cərimə borcu olmaqla cəmi 5.188,70 manat məbləğində kredit borcunun və dövlət rüsumu kimi ödənilmiş 71,88 manat pulun Bank Olmayan Kredit təşkilatı İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bank Olmayan Kredit təşkilatı İddiaçı ilə Cavabdeh2 arasında bağlanılmış 09120/3 nömrəli, 22 iyun 2022-ci il tarixli kredit müqavilsəinə əsasən ona 36 ay müddətinə azalan balansla illik 28 faiz ödəmək şərti ilə 9.000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh3 və Cavabdeh1 ilə borclunun kreditor qarşısında öhdəliklərinin icrasının təmini kimi 09120/3 nömrəli, xx.xx.2022-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Cavabdehə borc məbləğinin ödənilməsi barədə şifahi və rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq, o, müxtəlif bəhanələrlə kredit borcunu ödəməkdən imtina etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 5.175,70 manat əsas, 12,00 manat faiz və 1 manat cərimə borcu olmaqla cəmi 5.188,70 manat məbləğində kredit borcunun və dövlət rüsumu kimi ödənilmiş 71,88 manat pulun Bank Olmayan Kredit təşkilatı İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi X2 məhkəməyə ərizə göndərərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iştirakı olmadan işə baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli 09120/3 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə, illik 28% ödəmək şərtilə 9.000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli 09120/3 nömrəli zaminlik müqaviləsinə əsasən zaminlər Cavabdeh3 və Cavabdeh1 Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsi əsasında, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə uyğun olaraq, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddia təmin olunmalı, xx.xx.2022-ci il tarixli 09120/3 saylı kredit xətti müqaviləsi üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 5.175,70 manat, 12.09 manat faiz, 1 manat cərimə, iddia ərizəsinin verilməsinə görə 5.188,70 manat məbləğində kredit borcunun və 71,88 manat dövlət rüsumu Bank Olmayan Kredit təşkilatı İddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 5.175,70 manat, 12.09 manat faiz, 1 manat cərimə, iddia ərizəsinin verilməsinə görə 5.188,79 manat məbləğində kredit borcu müştərək qaydada Bank Olmayan Kredit təşkilatı İddiaçın xeyrinə tutulsun. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 71,88 manat məbləğində pul Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada Bank Olmayan Kredit təşkilatı İddiaçın xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar