Məhkəmə qərarları › İş №e-2(015)-983/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-983/2024

02.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-983/2024 02.10.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X7 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı "xxxx" QSC iddia ilə məhkəməyə müraciət edərək, ADY-yə vurulmuş 3011,08 (üç min on bir manat 08 qəpik) manat məbləğində zərər və 51 (əlli bir) manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 3062,08 (üç min altmış iki manat 08 qəpik) manat yetkinlik yaşına çatmayan X6 və X3 qanuni nümayəndəsi Cavabdeh tutularaq ADY-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib göstərdi ki, Sumqayıt dəmir yolu mənzilində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (ADY) məxsus STADLER EŞ2-018 markalı Bakı-Xırdalan-Sumqayıt xətti ilə hərəkət edən sürətli elektrik qatarına kənardan daş atılması nəticəsində vaqonun qapısının şüşəsi sınaraq əhəmiyyətli dərəcədə zədə almışdır. Hadisə nəticəsində ADY-yə 3011,08 (üç min on bir manat 08 qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Hadisə ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X5 Polis İdarəsinin X10 şöbəsində araşdırma aparılmışdır. X10 şöbəsindən ADY-yə daxil olmuş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, aparılmış araşdırma zamanı zərər verən şəxslərin yetkinlik yaşına çatmayan, X6 və xx.xx.2010-cu il təvəllüdlü X4 olması müəyyən olunmuşdur. X6 və X4 verdikləri izahatında qatara daş atdıqlarını etiraf etmişlər. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərdi ki, o, ailəsi ilə birlikdə Sumqayıt şəhərində dəmir yolunun yaxınlığında yaşayır. Yetkinlik yaşına çatmayan X6 və X4 adlı uşaqlar onun övladlarıdır. Belə ki, uşaqlar ərazidə futbol oynayan zaman qonşular uşaqları qovmuş, onlar da dəmir yolu priyezinin yaxınlığında oynamağa başlamışlar. Qatar priyezə çatan zaman siqnal vermiş, uşaqlar da arxasınca daş atmışlar. Ona görə qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını nəzərdən keçirib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Sumqayıt dəmir yolu mənzilində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (ADY) məxsus STADLER EŞ2-018 markalı Bakı-Xırdalan- Sumqayıt xətti ilə hərəkət edən sürətli elektrik qatarına kənardan daş atılması nəticəsində vaqonun qapısının şüşəsi sınaraq əhəmiyyətli dərəcədə zədə almışdır. Hadisə nəticəsində ADY-yə 3011,08 (üç min on bir manat 08 qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Hadisə ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X5 Polis İdarəsinin X10 şöbəsində araşdırma aparılmışdır. X10 şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, aparılmış araşdırma zamanı xx.xx.2024-cü il tarixində saat 12:15 radələrində Sumqayıt dəmir yolu mənzilində (51-ci km-də) ADY-yə məxsus STADLER EŞ2-018 markalı Bakı-Xırdalan-Sumqayıt xətti ilə hərəkət edən sürətli elektrik qatarının qapısına kənardan daş atılması nəticəsində qapının şüşə hissəsinə zərər verən şəxslərin yetkinlik yaşına çatmayan, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X4 olması müəyyən olunmuşdur. Bununla əlaqədar onların qanuni nümayəndəsi, valideyni Cavabdeh bölməyə dəvət olunmuş, onun iştirakı ilə övladları X6 və X3 izahatı alınmışdır. X6 və X4 verdikləri izahatında qatara daş atdıqlarını etiraf etmişlər. Həmçinin qərardan görünür ki, hadisə nəticəsində ADY-yə 3011,08 (üç min on bir manat 08 qəpik) manat məbləğində maddi ziyan dəyməsi araşdırma zamanı təsdiq olunmuşdur. Ona görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan DYNPİ-nin Sabunçu st.XPŞ-nin İST.TQ-nin müstəntiqi polis mayoru Aydın Musayevin 11 iyun 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X6 xx.xx.2010-cu il təvəllüdlü və X4 xx.xx.2010-cu il təvəllüdlü olduqlarından İXM-nə əsasən məsuliyyətə cəlb etmə yaş həddi 16 yaşdan nəzərdə tutulduğundan barələrində inzibati icraatın açılmasında imtina edilmiş, dəymiş ziyanın tələbi ilə bağlı olaraq ərazi aidiyyatı üzrə rayon məhkəməsinə müraciət etməsi "xxxx" QSC-nə izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1104.2-ci maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 72.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Sadalanan maddi hüquq normalarını tətbiq edərək məhkəmə hesab edir ki, iş üzrə "xxxx" QSC-nə xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X4 tərəfindən vurulmuş 3011,08 (üç min on bir manat 08 qəpik) manat məbləğində maddi ziyanı qaytarmaq öhdəliyini onların atası, Cavabdeh daşıyır. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 51 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməli, "xxxx" QSC-nə xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X4 tərəfindən vurulmuş 3011,08 (üç min on bir manat 08 qəpik) manat məbləğində maddi ziyan və 51 manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" QSC-nə ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. "xxxx" QSC-nə xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X4 tərəfindən vurulmuş 3011,08 (üç min on bir manat 08 qəpik) manat məbləğində maddi ziyan və 51 manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" QSC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar