Məhkəmə qərarları › İş №e-2(016)-1111/2025

Ağsu Rayon Məhkəməsi Qərardad — İş №e-2(016)-1111/2025

08.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № e-2(016)-1111/2025 08.12.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada onun xeyrinə 2.521,4 ABŞ dolları əsas, 728,04 ABŞ dolları faiz, 2.346,45 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 358,75 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5.954,64 ABŞ dolları borc və dövlət rüsumu olaraq ödənilmiş 120,37 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdehlərlə barışıq sazişi bağladığını bildirərək, məhkəmədən barışıq sazişinin təsdiq edilməsini və işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında çıxış edərək iddiaçı ilə ankla aralarında bağlanmış Barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli barışıq sazişinə əsasən: Maddə 1. Sazişin mövzusu Bu Sazişin mövzusunu xx.xx.2014-cü il tarixli ********* saylı Kredit müqaviləsinə əsasən bağlanmış xx.xx.2017-ci il tarixli, 2 nömrəli Əlavə saziş (bundan sonra – “Kredit müqaviləsi” adlanacaq) üzrə cəmi 5.954,64 ABŞ dolları – bundan 2.521,4 ABŞ dolları əsas, 728,04 ABŞ dolları faiz, 2.346,45 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 358,75 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 120,37 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmasına dair Ağsu Rayon Məhkəməsinin icraatında olan mülki mübahisənin barışıq yolu ilə həll edilməsi təşkil edir. Maddə 2. Barışığın şərtləri 2.1. Tərəflər təsdiq edirlər ki, cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə X2 2.521,4 ABŞ dolları əsas, 728.04 ABŞ dolları faiz, 2.989,67 ABŞ dolları köçürülmüş faizlər və 356,78 ABŞ dolları cərimə borc öhdəliyi mövcuddur. 2.2. Tərəflər təsdiq edirlər ki, Kredit müqaviləsi üzrə faiz borcundan 1.000 (bir min) manat (1 ABŞ dolları=1,40 manat məzənnəsi) məbləğində ödənişin 30 (otuz) iş günü müddətində ödənilməsinin ilkin ödəniş kimi qəbul edilməsini və bundan sonra qalıq 4.200 (dörd min iki yüz) manat (1 ABŞ dolları=1,40 manat məzənnəsi) məbləğində borcun 6 (altı) ay müddətinə bərabər hissələrə bölünməklə, yəni 2025-ci ilin noyabr ayından başlayaraq, hər ay 700 (yeddi yüz) manatın ödənilməsi öhdəliyini Cavabdeh-Borclu öz üzərinə götürür; 2.3. İddiaçi bu Sazişin 2.2-ci bəndində göstərilən 4.200 (dörd min iki yüz) manat borc məbləğinin Cavabdeh-Borclu tərəfindən ödənilməsinə 6 (altı) ay müddətinə möhlət verilməsi öhdəliyini Öz üzərinə götürür; 2.4. Tərəflər təsdiq edirlər ki, Cavabdeh-Borclu bu Sazişin 2.2-ci bəndindəki öhdəliyini ardıcıl olaraq 2 (iki) ay ərzində və ya hər hansı ardıcıllıqla 3 dəfə vaxtında və lazımi qaydada icra etmədikdə bu Sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və belə olan halda verilmiş güzəştlər ləğv edilərək bu Sazişin 1-ci bəndində göstərilən borc məbləği tam şəkildə Cavabdeh-borclu və Cavabdeh-Zamindən tutulacaqdır. İddiaçı Cavabdeh-Borcluya və Cavabdeh-Zaminə bildiriş vermədən dərhal bu Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafiq Məhkəmə və ya İcra orqanlarına müraciət edəcəkdir; 2.5. Tərəflər təsdiq edirlər ki, bu Sazişin 2.2-ci bəndi cavabdeh-Borclu tərəfindən lazımınca və vaxtında icra edildikdən sonra X1q borc məbləğinin güzəşt tətbiq edilərək silinməsi öhdəliyini iddiaçı öz üzərinə götürür. Maddə 3. Digər şərtlər 3.1. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 3.2. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü icra edilməmə Sazişin 2.1, 2.2, 2.3, 2.4, 2.5ci bəndləri ilə müəyyən edilmiş şərtlərin pozulması başa düşülür. 3.3. Bu Saziş məhkəmə tərəfindən təsdiq edilmədikdə, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. 3.4. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.5. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.6. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.7. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.7.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.7.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.7.3. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.7.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.7.5. yaxın qohumlara; 3.7.6. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə. 3.8. Bu Sazişin məzmununun Sazişin 3.7.1. və 3.7.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır.

4. Yekun müddəalar

4.1. Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 4.2. Bu Sazişin hər hansı müddəasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin Sazişin digər müddəalarının və bütövlükdə müqavilənin etibarsızlığına səbəb olmur. 4.3. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 5 (beş) nüsxədə tərtib olunur və imzalandığı gündən qüvvəyə minir. Məhkəmə hesab edir ki, tərəflər artıq razılığa gələrək, mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən, tərəflər arasında artıq mübahisə mövcud deyildir. Buna görə də işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Bu səbəbdən, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. MPM-in 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. MPM-in 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə xitam verilir. Məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından və bu barışıq sazişi tərəflərin iradə ifadəsi olduğundan, habelə mübahisə tərəflərinin hər bir iştirakçısı barışıq sazişinin nəticələrini qəbul etdiklərindən və sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən işə mahiyyəti üzrə baxılması üçün əsas yoxdur. Buna görə də artıq mövcud olmayan və mübahisə doğurmayan iddia tələbinə mahiyyəti üzrə baxıla bilməz. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir.

Yuxarıda göstərilənlərə və MPM-in 52, 191 və 263-264-cü maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

Ləğv prosesində olan İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında 03 oktyabr 2025-ci il tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin:

Maddə 1. Sazişin mövzusu Bu Sazişin mövzusunu xx.xx.2014-cü il tarixli ********* saylı Kredit müqaviləsinə əsasən bağlanmış xx.xx.2017-ci il tarixli, 2 nömrəli Əlavə saziş (bundan sonra – “Kredit müqaviləsi” adlanacaq) üzrə cəmi 5.954,64 ABŞ dolları – bundan 2.521,4 ABŞ dolları əsas, 728,04 ABŞ dolları faiz, 2.346,45 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 358,75 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 120,37 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmasına dair Ağsu Rayon Məhkəməsinin icraatında olan mülki mübahisənin barışıq yolu ilə həll edilməsi təşkil edir.

Maddə 2. Barışığın şərtləri

2.1. Tərəflər təsdiq edirlər ki, cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə X2 2.521,4 ABŞ dolları əsas, 728.04 ABŞ dolları faiz, 2.989,67 ABŞ dolları köçürülmüş faizlər və 356,78 ABŞ dolları cərimə borc öhdəliyi mövcuddur. 2.2. Tərəflər təsdiq edirlər ki, Kredit müqaviləsi üzrə faiz borcundan 1.000 (bir min) manat (1 ABŞ dolları=1,40 manat məzənnəsi) məbləğində ödənişin 30 (otuz) iş günü müddətində ödənilməsinin ilkin ödəniş kimi qəbul edilməsini və bundan sonra qalıq 4.200 (dörd min iki yüz) manat (1 ABŞ dolları=1,40 manat məzənnəsi) məbləğində borcun 6 (altı) ay müddətinə bərabər hissələrə bölünməklə, yəni 2025-ci ilin noyabr ayından başlayaraq, hər ay 700 (yeddi yüz) manatın ödənilməsi öhdəliyini Cavabdeh-Borclu öz üzərinə götürür; 2.3. İddiaçi bu Sazişin 2.2-ci bəndində göstərilən 4.200 (dörd min iki yüz) manat borc məbləğinin Cavabdeh-Borclu tərəfindən ödənilməsinə 6 (altı) ay müddətinə möhlət verilməsi öhdəliyini Öz üzərinə götürür; 2.4. Tərəflər təsdiq edirlər ki, Cavabdeh-Borclu bu Sazişin 2.2-ci bəndindəki öhdəliyini ardıcıl olaraq 2 (iki) ay ərzində və ya hər hansı ardıcıllıqla 3 dəfə vaxtında və lazımi qaydada icra etmədikdə bu Sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və belə olan halda verilmiş güzəştlər ləğv edilərək bu Sazişin 1-ci bəndində göstərilən borc məbləği tam şəkildə Cavabdeh-borclu və Cavabdeh-Zamindən tutulacaqdır. İddiaçı Cavabdeh-Borcluya və Cavabdeh-Zaminə bildiriş vermədən dərhal bu Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafiq Məhkəmə və ya İcra orqanlarına müraciət edəcəkdir; 2.5. Tərəflər təsdiq edirlər ki, bu Sazişin 2.2-ci bəndi cavabdeh-Borclu tərəfindən lazımınca və vaxtında icra edildikdən sonra X1q borc məbləğinin güzəşt tətbiq edilərək silinməsi öhdəliyini iddiaçı öz üzərinə götürür.

Maddə 3. Digər şərtlər

3.1. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 3.2. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü icra edilməmə Sazişin 2.1, 2.2, 2.3, 2.4, 2.5ci bəndləri ilə müəyyən edilmiş şərtlərin pozulması başa düşülür. 3.3. Bu Saziş məhkəmə tərəfindən təsdiq edilmədikdə, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. 3.4. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.5. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.6. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.7. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.7.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.7.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.7.3. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.7.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.7.5. yaxın qohumlara; 3.7.6. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə. 3.8. Bu Sazişin məzmununun Sazişin 3.7.1. və 3.7.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır.

5. Yekun müddəalar

4.1. Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 4.2. Bu Sazişin hər hansı müddəasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin Sazişin digər müddəalarının və bütövlükdə müqavilənin etibarsızlığına səbəb olmur. 4.3. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 5 (beş) nüsxədə tərtib olunur və imzalandığı gündən qüvvəyə minir. Tərəflər “Barışıq sazişi”nin məhkəmə tərəfindən təsdiq olunmasını və iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair e-2(016)-1111/2025 nömrəli mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirlər. Barışıq şərtlərinə əməl olunmazsa, “Barışıq sazişi” üzrə razılaşmanın məcburi qaydada icra olunmasına tərəflər etiraz etmirlər. Tərəflər MPM-in 262-ci maddəsinin nəticələri barədə xəbərdar olunurlar və onlar bu nəticələrlə razılaşırlar. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.

Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar