Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-1116/2023 27.11.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X3 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Esma Kərim qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında audio və video yazı ilə aparılmaqla baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2022-ci il tarixli, SMLMB-07238 saylı kredit müqaviləsi üzrə kreditə görə 1257,94 manat əsas, faiz borcuna görə 196,36 manat, cərimə borcuna görə 278 manat, borcun cəmi mələği 1732,3 manat pul və dövlət rüsumu kimi ödənilmiş 37,33 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş Qarnitur – 01 ədəd, çəkisi – 20 qr, əyarı – 585; Qolbaq – 01 ədəd, çəkisi – 2,95 qr, əyarı – 585; Üzük – 01 ədəd, çəkisi – 2,6 qr, əyarı – 500; Üzük – 01 ədəd, çəkisi – 2,5 qr, əyarı – 375; Cəmi 28,05 qr. qızıl-zinət əşyalarına yönəldilməsi, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2022-ci il tarixli, SMLMB-07238 saylı kredit müqaviləsi üzrə kreditə görə cəmi 1732,3 manat pul və dövlət rüsumu kimi ödənilmiş 37,33 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracda satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2022-ci il tarixli, SMLMB-07238 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa Cavabdeh qalan borcun ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmışdir. İdiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, SMLMB-07238 saylı kredit müqaviləsinə əsasən illik 30% dərəcəsi olmaqla 24 ay müddətinə 1390 manat məbləğində cavabdehə kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının nümayəndələrinin iştirakı olmadan keçirilərək tələblərinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - X1 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, SMLMB-07238 nömrəli müqavilədən və ona əlavələrdən görünür ki, cavabdeh illik 30 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 1390 manat məbləğində cavabdehə krediti müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2023-cü il tarixli Kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, SMLMB-07238 nömrəli kredit müqaviləsi üzrə İddiaçı ASC-dən 1390 manat pulu almışdır. - İddiaçı ASC-nin “Saxlanc girovun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair” xx.xx.2022-ci il tarixli, SMLMB-07238 nömrəli Aktın surətindən görünür ki, Cavabdeh cəmi dəyəri 2180,90 manat olan - cəmi 28,05 qr olmaqla: Qarnitur – 01 ədəd, çəkisi – 20 qr, əyarı – 585; Qolbaq – 01 ədəd, çəkisi – 2,95 qr, əyarı – 585; Üzük – 01 ədəd, çəkisi – 2,6 qr, əyarı – 500; Üzük – 01 ədəd, çəkisi – 2,5 qr, əyarı – 375 olan qızılzinət əşyalarını girov qoyaraq kassaya təhvil vermişdir. - “Saxlanc girovu haqqında” xx.xx.2022-ci il tarixli, SMLMB-07238 nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, SMLMB-07238 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi cəmi dəyəri 2180,90 manat olan qızıl-zinət əşyalarını girov qoymuşdur. - xx.xx.2023-cü tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 1257,94 manat əsas, faiz borcuna görə 196,36 manat, cərimə borcuna görə 278 manat olmaqla cəmi 1732,3 manat borcu vardır. - xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdeh borcu ödəmədiyi təqdirdə barəsində məhkəmə qaydasında iddia qaldırılacağı barədə xəbərdar olunmuşdur. - Mədaxil qəbzindən görünür ki, xidmət haqqı ilə birgə 37,33 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 427.3, 442, 443.1, 448.1 və 462.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını, habelə cavabdeh tərəfindən həyata keçirilmiş ödənişləri nəzərə alaraq hesab edir ki, 278 manat miqdarında cərimə pulu 1257,94 manat miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılaraq 50 manat saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin “tələbin girov qoyulmuş əşyaya yönəldilməsi” hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də əsaslıdır. MM-in 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi girovla təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin girovla yüklü edilmiş göstərilən əşyalara yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi girovla yüklü edilmiş göstərilən əşyaya yönəldilməlidir. Məhkəmə, eyni zamanda tələbin girovla yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin girov qoyulmuş əşyalara yönəldilməsi girovla yüklü edilmiş göstərilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. MM-in 297-ci maddəsinə əsasən, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün “Rabitəbank " ASC tərəfindən xidmət haqqı ilə birgə 37,33 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 37,33 manat dövlət rüsumunun 4,91 manatı iddiaçıya, 32,42 manatı cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il SMLMB-07238 saylı kredit müqaviləsi üzrə kreditə görə 1257,94 manat əsas, faiz borcuna görə 196,36 manat, cərimə borcuna görə 50 manat olmaqla, cəmi 1504,3 manat pul və 32,42 manat ödənilmiş dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, tutma Cavabdeh məxsus olan girov qoyulmuş 1 ədəd çəkisi 20 qram, əyarı 585 olan Qarnitura, 1 ədəd çəkisi 2,95 qram, əyarı 585 olan Qolbağa, 1 ədəd çəkisi 2,6 qram, əyarı 500 olan Üzük (1 qaş yox), 1 ədəd çəkisi 2,5 qram, əyarı 375 olan Üzük, cəmi 28,05 qram qızıl-zinət əşyalarına yönəldilməli, bu əmlaklar açıq hərracda satılmalı və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2022-ci il SMLMB-07238 saylı kredit müqaviləsi üzrə kreditə görə 1504,3 manat pul və 32,42 manat ödənilmiş dövlət rüsumu ödənilməli, girov predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2022-ci il SMLMB-07238 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh qalan borc ümumi qaydada tutulmalı, ödənilmiş dövlət rüsumunun 4,91 manatı iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il SMLMB-07238 saylı kredit müqaviləsi üzrə kreditə görə 1257,94 manat əsas, faiz borcuna görə 196,36 manat, cərimə borcuna görə 50 manat olmaqla, cəmi 1504,3 manat pul və 32,42 manat ödənilmiş dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma Cavabdeh məxsus olan girov qoyulmuş 1 ədəd çəkisi 20 qram, əyarı 585 olan Qarnitura, 1 ədəd çəkisi 2,95 qram, əyarı 585 olan Qolbağa, 1 ədəd çəkisi 2,6 qram, əyarı 500 olan Üzük (1 qaş yox), 1 ədəd çəkisi 2,5 qram, əyarı 375 olan Üzük, cəmi 28,05 qram qızıl-zinət əşyalarına yönəldilsin. Bu əmlaklar açıq hərracda satılsın və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2022-ci il SMLMB-07238 saylı kredit müqaviləsi üzrə kreditə görə 1504,3 manat pul və 32,42 manat ödənilmiş dövlət rüsumu ödənilsin. Girov predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2022-ci il SMLMB-07238 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh qalan borc ümumi qaydada tutulsun. Ödənilmiş dövlət rüsumunun 4,91 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №e-2(016)-1116/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-1116/2023
27.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver