Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-119/2025 10.03.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X5 Natiq oğlunun sədrliyi Cəbrayılova Könül Alov qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 12000 AZN əsas borcun və dövlət rüsumu olaraq ödənilmiş 126 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il saat 12:30 radələrində Ağsu rayonu ərazisində Cavabdeh idarə etdiyi “Vaz 21214” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərindən CSP ********* saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsinin kasko sığortası növü üzrə sığotalanmış “Renault Captur” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. Ağsu RPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş İXP4230057 saylı X2 Protokola əsasən Cavabdeh yol nəqliyyat hadisəni törətməkdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli hesab edilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş Qiymətləndirmə aktında göstərilmişdir ki, “Renault Captur” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 23.674 manat təşkil edir. Avtonəqliyyat vasitəsinə dəymiş zərər avtomobilin dəyəri olan 25.000 manatın 75%-dən çoxunu təşkil etdiyindən nəqliyyat vasitəsi tam itkiyə qalmış hesab edilərək qalıq dəyəri müəyyənləşdirilmişdir. Müstəqil ekspert tərəfindən “Renault Captur” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin qalıq dəyərinin 8.000 manat olduğu müəyyənləşdirilmişdir. Həmçinin, zərərvuran nəqliyyat vasitəsinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta edən "xxxx" ASC tərəfindən Cəmiyyətimizə dəymiş zərər üzrə icbari sığorta ödənişinin yuxarı həddi olan 5.000 manat ödənilmişdir. Hadisə ilə əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə CSP ********* saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə qalıq məbləğ çıxılmaqla 17.000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Ödənilmiş sığorta ödənişindən 5.000 manat çıxılmış və 12.000 manat məbləğində sığorta ödənişini sub roqasiya qaydasında "xxxx" ASC-nin hesabına ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş, lakin cavabdeh dəymiş zərəri ödəməkdən yayınmışdır. İddiaçı "xxxx" ASC məhkəməyə elektron ərizə ilə müraciət edərək baxış iclaslarını iştirakları olmadan keçirərək iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 24 sentyabr 2021-ci il tarixli, sığorta aktından aydın olur ki, "xxxx" ASC tərəfindən CSP 95196 saylı sığorta aktı üzrə (“Renault Captur” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün) 17.000 manat məbləğində ödəniş edilmişdir. - "xxxx" ASC-nin bildirişlərindən görünür ki, Cavabdeh dəfələrlə 12.000 manat məbləğində sığorta ödənişini subroqasiya qaydasında "xxxx" ASC-nin aşağıda qeyd olunmuş bank hesabına və ya Milli Ön aparatlarından 7 iş günü ərzində köönüllü ödənilməsi təklif olunmuşdur. - xx.xx.2021-ci il tarixli qüsur aktından görünür ki, “Renault Captur” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyata dəymiş zərərin cəmi təmir xərci 23.674 manat təşkil edir. - xx.xx.2021-ci il tarixli ilkin rəydən grünür ki, müstəqil X4 ilə "xxxx" ASC arasında imzalanmış müqaviləyə əsasən, onun tərəfindən “Renault Captur” minik markalı ** XN *** DQN olan nəqliyyat vasitəsinin bazar dəyərinin müəyyən edilməsi üçün qiymətləndirmə işi həyata keçirilmiş, Azərbaycan Respublikası DİN BDYPİ QİS tərəfindən verilmiş AD № 857414 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən qeyd olunan nəqliyyat vasitəsi mülkiyyət hüquqi üzrə X1ma məxsusdur. Uyğun metodların tətbiqi, eyni zamanda, etibarlı mənbələrdən alınmış məlumatların təhlili nəticəsində apardığı hesablamalara uyğun olaraq Renault Captur minik markalı ** LN *** DQN olan, nəqliyyat vasitəsinin 10 Dekabr 2021-ci il tarixinə qalıq dəyəri, 8000 (səkkiz min) AZN təşkil edir. Məhkəmə hazırkı iddia tələbinin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı və 1108-ci maddələrinə əsasən iddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsində göstərilən tələbləri irəli sürməkdə haqlıdır. Belə ki, mülki işin məhkəmə tərəfindən mübahisəsiz müəyyən edilmiş hallarından aydın olur ki, Cavabdeh xx.xx.2021-ci il saat 12:30 radələrində Ağsu rayonu ərazisində Cavabdeh idarə etdiyi “Vaz 21214” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərindən CSP ********* saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsinin kasko sığortası növü üzrə sığotalanmış “Renault Captur” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. Ağsu RPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş İXP4230057 saylı X2 Protokola əsasən Cavabdeh yol nəqliyyat hadisəni törətməkdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli hesab edilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş Qiymətləndirmə aktında göstərilmişdir ki, “Renault Captur” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 23.674 manat təşkil edir. Avtonəqliyyat vasitəsinə dəymiş zərər avtomobilin dəyəri olan 25.000 manatın 75%-dən çoxunu təşkil etdiyindən nəqliyyat vasitəsi tam itkiyə qalmış hesab edilərək qalıq dəyəri müəyyənləşdirilmişdir. Müstəqil ekspert tərəfindən “Renault Captur” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin qalıq dəyərinin 8.000 manat olduğu müəyyənləşdirilmişdir. Qeyd edilən hadisə nəticəsində “Renault Captur” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilə təmir edildiyi üçün "xxxx" ASC tərəfindən CSP 95196 saylı sığorta aktı üzrə 17.000 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1 və 936.2-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh 12000 manat məbləğində pul vəsaiti "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Bundan sonra MPM 119.1ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 126 manat dövlət rüsumu Cavabdeh aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 12000 manat məbləğində pul vəsaiti və iddianın qaldırılması ilə əlaqədar ödənilmiş 126 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №e-2(016)-119/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-119/2025
10.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver