Məhkəmə qərarları › İş №e-2(016)-1200/2025

Ağsu Rayon Məhkəməsi Qərardad — İş №e-2(016)-1200/2025

10.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № e-2(016)-1200/2025 10.12.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X3 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəbrayılova Könül Alov qızının katibliyi ilə İddiaçı ASC-nin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 6.213,12 (altı min iki yüz on üç ABŞ dolları 12 sent) ABŞ dolları borcun - bundan 2.785,10 (iki min yeddi yüz səksən beş ABŞ dolları 10 sent) ABŞ dolları əsas, 627,30 (altı yüz iyirmi yeddi ABŞ dolları 30 sent) ABŞ dollarıfaiz, 2.393,95 (iki min üç yüz doxsan üç ABŞ dolları 95 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 406,77 (dörd yüz altıABŞ dolları 77 sent) ABŞ dollarıfaiz borcu və iş üzrə ödənilmiş 121,69 (bir yüz iyirmi bir Manat 69 qəpik) Manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər aşağıdakı məzmunda barışıq sazişi imzalanmış və məhkəməyə ərizə təqdim edərək, həmin barışıq sazişinin təsdiq edilməsini və bunun əsasında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Tərəflər hazırkı Sazişi imzalamaqla aralarında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həllinə dair razılığa gəlirlər və qeyd olunan mübahisənin aşağıdakı şərtlərlə həll edilməsini öz öhdələrinə götürürlər: Sazișin mövzusunu (maddə 1) xx.xx.2014-cü il tarixli ********* saylı Kredit müqaviləsi əsasinda bağlanmış xx.xx.2017-ci il tarixli 02 sayl Əlave saziş (bundan sonra - "Kredit müqaviləsi adlanacaq üzre cemi 6.213,12 (altı mìn iki yüz on üç ABŞ doliarl, 12 sent) AB$ dollari- bundan 2.785,10 (ik nin yeddi yüz səksən beș AB$ dolları, 10 sent) AB$ dollari asas, 627,30 (altr yűz iyirmi yeddi ABS dolları, 30 sent) ABŞ dolları faiz, 2.393,95 (iki min üç yüz doxsan üç AB$ dolları, 95 sent) AB$ dollar cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cũ il tarixl Plenum qərarina asasen hesablanmış 406,77 (dörd yüz altı AB$ dollari, 77 sent) AB$ dollari faiz porcu və iş üzra ödenilmiş 121,69 (bir yüz iyirmi bir manat, 69 qəpik) manat dövlat rüsumunun cavabdehlər hmədova Mətanət Ağalar qızı və Cavabdeh1 qizından müştərək qaydada lağv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulmasına dair Ağsu Rayon Məhkəməsinin icraatında olan mülki mübahisənin barışıą yolu il həll edilməsi təşkil edir. Barışığın şərtləri (maddə 2): 2.1. Terəflər təsdiq edirlər ki, Cavabdeh-Borclunun Kredit müqaviləsi üzre xx.xx.2025-ci il tarixine BƏS-də 2.785, 10 (iki min yeddi yüz səksən beș AB$ dolları, 10 sent) AB$ dolları asas, 627,30 (alt yüz iyirmi yeddi AB$ dollari, 30 sent) AB$ dolları faiz, 2.081,43 (iki min səksen bir ABS dollar, 43 sent) ABŞ dolları köçürülmüş faizlər və 312,52 (üç yüz on iki AB$ dolları, 52 sent) AB$ dollan cerime borc öhdəliyi mövcuddur. 2.2. Tərəflər tasdiq edirlər ki, Kredit müqaviləsi üzre əsas borcdan 80 (saksen) manat va faiz porcundan 1.420 (bir min dörd yüz iyirmi) manat olmaqla, ümumilikda 1.500 (bir min beş yūz) manat 1 ABŞ dolları=1,40 manat məzənnəsi) məbləğində ödənişin 30 (otuz) iş günü müddətinde ödənilməsinin ilkin ödəniş kimi qabul edilməsini ve bundan sonra qalıq 3.820 (üç min səkkiz yüz iyirmi) manat (1 ABŞ dolları=1,40 manat məzənnəsi) məblağində borcun 18 (on sekkiz) ay müddətina bərabər hissələrə bölünməklə, yəni 2025-ci ilin noyabr ayından başlayaraq, har ay 212,23 (iki yüz on iki manat, 23 qəpik) manatın ödənilməsi öhdəliyini Cavabdeh-Borclu öz üzərinə götürür. 2.3. İddiaçı bu Sazișin 2.2-ci bəndində göstərilən 3.820 (üç min səkkiz yüz iyirmi) manat borc məbləğinin Cavabdeh-Borclu tərəfindən ödənilməsinə 18 (on səkkiz) ay müddətinə möhlət verilməs öhdəliyini öz üzərinə götürür. 2.4. Tərəflər təsdiq edirlər ki, Cavabdeh-Borclu bu Sazișin 2.2-ci bəndindəki öhdəliyini ardıcıl olaraq 2 (iki) ay ərzində və ya hər hansı ardıcıllıqla 3 dəfə vaxtında və lazımi qaydada icra etmədikdə bu Sazişin 2.2-ci bəndinin șərtlərinin pozulması kimi qiymətləndiriləcək və bela olan halda verilmis güzeştlər ləğv edilərək bu Sazişin 1-ci bəndində göstərilan borc məbləği tam şəkildə Cavabdeh- Borclu ve Cavabdeh-Zamindan tutulacaqdir. İddiaçı Cavabdeh-Borcluya və Cavabdeh-Zaminə bildiriş vermədən dərhal bu Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafiq Məhkəmə və ya lcra orqanlarına müraciət edəcəkdir. 2.5. Tərəflər tesdiq edirlər ki, bu Sazişin 2.2-ci bəndi Cavabdeh-Borclu terəfindən laziminca və vaxtında icra edildikdən sonra X1iq borc məbləğinin güzəșt tətbig edilərək silinməsi öhdəliyini lddiaçı öz üzərinə götürür. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar, məhkəmə iclasına gəlməmişdirlər, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iş həcminin çoxluğunu nəzərə alaraq məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini və Bankla cavabdehlər arasında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq Sazişinin təsdiq edilməsini xahiş etmişdir. Cavabdeh2 ilə telefon vasitəsilə əlaqə saxlanılan zaman səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini, iddiaçı ilə razılığa gəldiklərini və aralarında barışıq sazişi imzaladıqlarını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) maddəsinə əsasən, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında barışıq sazişi əldə olunduğuna görə barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. MPM-in: 52.3-cü mаddəsində göstərilir ki, tərəflər məhkəmə işini bаrışıq sаzişi bаğlаmаqlа qurtаrа bilərlər. 52.5-cü mаddəsinin mənаsındаn görünür ki, tərəflərin bаrışıq sаzişi qаnunаzidd dеyilsə və yа hər hаnsı bir şəхsin hüquqlаrını və qаnunlа qоrunаn mənаfеyini pоzmursа, məhkəmə bеlə hərəkətləri qəbul еdir. 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. 191.2-ci mаddəsinin mаhiyyətindən görünür ki, işə bахаn məhkəmə tərəflərin bаrışıq sаzişini təsdiq еtdikdə, həmin sаzişin şərtləri göstərilməklə qərаrdаd çıхаrаrаq, bu qərаrdаdlа еyni zаmаndа iş üzrə icrааtа хitаm vеrir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqdan sonra və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən iddiaçı İddiaçı ASC-yə (ləğv prosesindədir) tərəfindən ASAN ödəniş sistemi vasitəsi ilə **********70 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 121,69 (bir yüz iyirmi bir manat altmış doqquz qəpik) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuхаrıdа göstərilənlərə əsаsən və MPM-in 52, 114, 191, 261-264 və 268-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə İddiaçı ASC (ləğv prosesindədir) ilə Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişi аşаğıdаkı şərtləri ilə təsdiq edilsin: Barışığın şərtləri (maddə 2): 2.1. 2.1. Terəflər təsdiq edirlər ki, Cavabdeh-Borclunun Kredit müqaviləsi üzre xx.xx.2025-ci il tarixine BƏS-də 2.785, 10 (iki min yeddi yüz səksən beș AB$ dolları, 10 sent) AB$ dolları asas, 627,30 (alt yüz iyirmi yeddi AB$ dollari, 30 sent) AB$ dolları faiz, 2.081,43 (iki min səksen bir ABS dollar, 43 sent) ABŞ dolları köçürülmüş faizlər və 312,52 (üç yüz on iki AB$ dolları, 52 sent) AB$ dollan cerime borc öhdəliyi mövcuddur. 2.2. Tərəflər tasdiq edirlər ki, Kredit müqaviləsi üzre əsas borcdan 80 (saksen) manat va faiz porcundan 1.420 (bir min dörd yüz iyirmi) manat olmaqla, ümumilikda 1.500 (bir min beş yūz) manat 1 ABŞ dolları=1,40 manat məzənnəsi) məbləğində ödənişin 30 (otuz) iş günü müddətinde ödənilməsinin ilkin ödəniş kimi qabul edilməsini ve bundan sonra qalıq 3.820 (üç min səkkiz yüz iyirmi) manat (1 ABŞ dolları=1,40 manat məzənnəsi) məblağində borcun 18 (on sekkiz) ay müddətina bərabər hissələrə bölünməklə, yəni 2025ci ilin noyabr ayından başlayaraq, har ay 212,23 (iki yüz on iki manat, 23 qəpik) manatın ödənilməsi öhdəliyini Cavabdeh-Borclu öz üzərinə götürür. 2.3. İddiaçı bu Sazișin 2.2-ci bəndində göstərilən 3.820 (üç min səkkiz yüz iyirmi) manat borc məbləğinin Cavabdeh-Borclu tərəfindən ödənilməsinə 18 (on səkkiz) ay müddətinə möhlət verilməs öhdəliyini öz üzərinə götürür. 2.4. Tərəflər təsdiq edirlər ki, Cavabdeh-Borclu bu Sazișin 2.2-ci bəndindəki öhdəliyini ardıcıl olaraq 2 (iki) ay ərzində və ya hər hansı ardıcıllıqla 3 dəfə vaxtında və lazımi qaydada icra etmədikdə bu Sazişin 2.2-ci bəndinin șərtlərinin pozulması kimi qiymətləndiriləcək və bela olan halda verilmis güzeştlər ləğv edilərək bu Sazişin 1-ci bəndində göstərilan borc məbləği tam şəkildə Cavabdeh- Borclu ve Cavabdeh-Zamindan tutulacaqdir. İddiaçı Cavabdeh-Borcluya və Cavabdeh-Zaminə bildiriş vermədən dərhal bu Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafiq Məhkəmə və ya lcra orqanlarına müraciət edəcəkdir. 2.5. Tərəflər tesdiq edirlər ki, bu Sazişin 2.2-ci bəndi Cavabdeh-Borclu terəfindən laziminca və vaxtında icra edildikdən sonra X1iq borc məbləğinin güzəșt tətbig edilərək silinməsi öhdəliyini lddiaçı öz üzərinə götürür. 2(016)-1200/2025 №-li mülki iş üzrə icrааtа хitаm vеrilsin. İddiaçı ASC-yə (ləğv prosesindədir) tərəfindən ASAN ödəniş sistemi vasitəsi ilə **********70 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 121,69 (bir yüz iyirmi bir manat altmış doqquz qəpik) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar