Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Ağsu rayonu İş № e-2(016)-1307/2023 22.11.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlu, Kreditor MMC-nin Borclu qarşı “pul tələbi” barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Kreditor əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, borcludan 17 yanvar 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 200 manat məbləğində əsas borc, 27 mart 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 232 manat məbləğində əsas borc, 24 iyun 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 1.460 manat məbləğində əsas borc, 02 iyul 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 225 manat məbləğində əsas borc və 03 avqust 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 533 manat məbləğində əsas borc, dörd müqavilə üzrə hesablanmış 1.525 manat faiz borcundan 500 manat faiz borcu və 100 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3.250 manat məbləğində pul vəsaitinin onun hesabına ödənilməsini xahiş etmişdir. Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizədən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, borclu kredit müqaviləsinə əsasən, Kreditor MMC-dən dəyəri məişət avadanlıqları əldə edib. Borclunun müqavilələr üzrə ödənişlər etdikdən sonra kreditora 17 yanvar 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 200 manat məbləğində əsas borc, 27 mart 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 232 manat məbləğində əsas borc, 24 iyun 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 1.460 manat məbləğində əsas borc, 02 iyul 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 225 manat məbləğində əsas borc və 03 avqust 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 533 manat məbləğində əsas borc, dörd müqavilə üzrə hesablanmış 1.525 manat faiz borcundan 500 manat faiz borcu borc qalıb. Odur ki, borcludan borcludan 17 yanvar 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 200 manat məbləğində əsas borc, 27 mart 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 232 manat məbləğində əsas borc, 24 iyun 2022-ci il tarixli nisyə alqısatqı müqaviləsinə əsasən 1.460 manat məbləğində əsas borc, 02 iyul 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 225 manat məbləğində əsas borc və 03 avqust 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 533 manat məbləğində əsas borc, dörd müqavilə üzrə hesablanmış 1.525 manat faiz borcundan 500 manat faiz borcu və 100 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3.250 manat məbləğində pul vəsaitinin alınaraq kreditora ödənilməsi barədə məhkəmə əmrinin çıxarılması zəruridir. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, kreditorun pul məbləğinin ödənilməsi tələbi aşkardır. Həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə və rəsmi qaydada bağlanmış əqdə əsaslanır. Buna görə də, tələbkar borcludan pul məbləğinin ödənilməsi barəsində ərizə tələbi ilə əmr icraatı qaydasında məhkəməyə müraciət etməkdə haqlıdır. Belə olan halda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. MPM-in 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. MPM-in 276.2.2-ci maddələrinə əsasən, tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından görünür ki, borc müqavilələri üzrə kreditor üzərinə götürdüyü öhdəliyi yerinə yetirdiyi halda, borclu həmin müqavilələr əsasında müəyyən edilmiş öhdəliyini yerinə yetirməmişdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri və MPM-in 275, 276 və 280-284-cü maddələrini rəhbər tutaraq, ƏMR ETDİ: Ağsu rayonu, Ağalarbəyli kəndində qeydiyyatda olan Borclu 17 yanvar 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 200 manat məbləğində əsas borc, 27 mart 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 232 manat məbləğində əsas borc, 24 iyun 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 1.460 manat məbləğində əsas borc, 02 iyul 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 225 manat məbləğində əsas borc və 03 avqust 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 533 manat məbləğində əsas borc, 500 manat faiz borcu və 100 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3.250 manat məbləğində pul vəsaiti tutularaq Kreditor MMC-nin hesabına ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №e-2(016)-1307/2023
Ağsu Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(016)-1307/2023
22.11.2023 · Əmr icraatı - Əmlak tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver