Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-1468/2024 12.12.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X1 İddiaçı ASC-nin cavabdeh Mütəllimova (Rəhimli) Aynurə Əzəl qızına qarşı “kredit borcunun qaytarılması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdeh Mütəllimova (Rəhimli) Aynurə Əzəl qızına qarşı “kredit borcunun qaytarılması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Mütəllimova (Rəhimli) Aynurə Əzəl qızından İddiaçı ASC-nin xeyrinə 1350 AZN əsas, 318,49 AZN faiz, cəmi 1668,49 AZN məbləğində borcun və ödənilmiş 36,68 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə Mütəllimova (Rəhimli) Aynurə Əzəl qızı arasında elektron qaydad bağlanmış xx.xx.2022-ci il tarixli BRCB6082020A154 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə debet kart verilmişdir. - İddiaçı ASC ilə Mütəllimova (Rəhimli) Aynurə Əzəl qızı arasında elektron qaydad bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB6082020A154 saylı əlavə razılaşmaya əsasən, onun kartına 1350 AZN olan kredit vəsaiti mədaxil edilmişdir. Cavabdeh kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Mütəllimova (Rəhimli) Aynurə Əzəl qızının xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 1350 AZN əsas, 318,49 AZN faiz, cəmi 1668,49 AZN borcu vardır. - İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, Mütəllimova (Rəhimli) Aynurə Əzəl qızının 1350 AZN əsas, 318,49 AZN faiz, cəmi 1668,49 AZN borcu vardır. O, Bank qarşısında olan gecikdirilmiş borcu ödənilməsi təklif olunmuşdur, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. - Mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün 36,68 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 421.2, 425.1, 427.3, 442, 443.1, 445.2.1, 447.1, 447.2, 448.1, 462.1 və 743-cü maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Mütəllimova (Rəhimli) Aynurə Əzəl qızından "xxxx" ASC-nin xeyrinə 1350 manat əsas, 318,49 manat faiz, cəmi 1668,49 manat pul vəsaiti və 36,68 manat dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Mütəllimova (Rəhimli) Aynurə Əzəl qızından "xxxx" ASC-nin xeyrinə 1350 manat əsas, 318,49 manat faiz, cəmi 1668,49 manat pul vəsaiti və 36,68 manat dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №e-2(016)-1468/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-1468/2024
12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver