Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-1498/2024 17.12.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X2 İddiaçı “X6 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “X6 Azərbaycan” QSC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əsas məbləği üzrə borc 4109,8 manat, faiz borcu 256,63 manat, cərimə borcu 51,13 manat, cəmi borc 4417,56 manat məbləğində kredit borcunun və dövlət büdcəsinə köçürülmüş 64,17 manat dövlət rüsumunun “X6 Azərbaycan” QSC-nin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş xx.xx.2024-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “X6 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 295466 saylı Kredit Müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 15% ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. - “X6 Azərbaycan” QSC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh “X6 Azərbaycan” QSC-yə cəmi 4417,56 manat borcu vardır. - “X6 Azərbaycan” QSC-nin xx.xx.2024-cü il tarixli bildiriş xəbərdarlığından görünür ki, cavabdeh X1 5 iş günü ərzində borcunu ödəmədiyi təqdirdə barəsində məhkəmə qaydasında iddia qaldıracalığı barədə xəbərdar olunmuşdur. -- Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 64,17 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 421.2, 425.1, 427.3, 442, 443.1, 445.2.1, 447.1, 447.2, 448.1, 462.1 və 743-cü maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əsas məbləğ üzrə borc 4109,80 AZN, faiz borcu 256,63 AZN, cərimə borcu 51,13 AZN, cəmi 4417,56 AZN məbləğində kredit borcu, həmçinin dövlət büdcəsinə köçürülmüş 64,17 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsas məbləğ üzrə borc 4109,80 AZN, faiz borcu 256,63 AZN, cərimə borcu 51,13 AZN, cəmi 4417,56 AZN məbləğində kredit borcu, həmçinin dövlət büdcəsinə köçürülmüş 64,17 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №e-2(016)-1498/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-1498/2024
17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver