Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № e-2(016)-1608/2025 10.12.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X1 Natiq oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəbrayılova Könül Alov qızının katibliyi, Cavabdeh Ayşən Fərhadzadənin iştirakı ilə İddiaçı ASC-nin cavabdeh Ayşən Fərhadzadəyə qarşı “kredit müqaviləsi üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin cavabdeh Ayşən Fərhadzadəyə qarşı “kredit müqaviləsi üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ayşən Fərhadzadədən xx.xx.2023-cü il tarixli, 101804-383099/2 nömrəli kredit müqaviləsi üzrə 7900 manat məbləğində əsas borc, 90,85 manat faiz borc olmaqla, ümumilikdə 7990,85 manat borcun və 99,91 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh Ayşən Fərhadzadə Bakı şəhəri, Binəqədi rayonunda qeydiyyatdadır. Sədrlik edən mülki işin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi barədə tərəfin fikrini soruşur. Etiraz daxil olmadı. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının qanununa əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.1-ci maddəsinə əsasən məhkəməyə aidiyyət ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Məhkəmə hesab edir ki, hazırki mülki işdə cavabdehin qeydiyyat ünvanı Bakı şəhəri, Binəqədi rayonuna aid olduğundan həmin mülki işə ərazi aidiyyəti üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsində baxılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 35.1, 44.2.2, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdeh Ayşən Fərhadzadəyə qarşı “kredit müqaviləsi üzrə mübahisələr” tələbinə dair 2(016)-1608/2025 saylı mülki iş ərazi aidiyyəti üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №e-2(016)-1608/2025
Ağsu Rayon Məhkəməsi Qərardad — İş №e-2(016)-1608/2025
10.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver