Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-240/2025 03.03.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X1 Natiq oğlunun sədrliyi Cəbrayılova Könül Alov qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2024-cü il tarixli, AXLMB-09788 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 315,9 manat, faiz borcuna görə 32,31 manat, cəmi 348,21 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş aşağıdakı qızıl–zinət əşyalarına yönəldilməsi, sırğa 01 qaşı düşüb – 01 ədəd, çəkisi – 4,4, əyarı – 583; sep – 01 ədəd, çəkisi – 2,75, əyarı – 583; aralıq – 01 ədəd, çəkisi – 1,31, əyarı – 583; cəmi: 8,46 qr, bu qızıl-zinət əşyalarının hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2024-cü il tarixli, AXLMB-09788 saylı kredit müqaviləsi üzrə cəmi 348,21 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2024cü il tarixli, AXLMB-09788 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh tutulması barədə qətnamə qəbul xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, AXLMB- 09788 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 12 ay müddətinə illik 31 % ödəmək şərtilə 530 AZN məbləğində kredit verilmişdir. Cavabdeh Müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AXLMB-09788 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan girova ödəniş yönəldə bilər”. İddiaçı ASC məhkəməyə elektron ərizə ilə müraciət edərək baxış iclaslarını iştirakları olmadan keçirərək iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AXLMB- 09788 saylı Kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 12 ay müddətinə, illik 31 % ödəmək şərtilə 530 manat məbləğdə kredit verilmişdir. Cavabdeh kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AXLMB- 09788 saylı Saxlanc girovu haqqında müqavilədən görünür ki, Cavabdeh kreditin təminatı kimi sırğa 01 qaşı düşüb – 01 ədəd, çəkisi – 4,4, əyarı – 583; sep – 01 ədəd, çəkisi – 2,75, əyarı – 583; aralıq – 01 ədəd, çəkisi – 1,31, əyarı – 583; cəmi: 8,46 qr qızıl-zinət əşyalarını girov qoymuşdur. - Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair xx.xx.2024-cü il tarixli aktdan görünür ki, sırğa 01 qaşı düşüb – 01 ədəd, çəkisi – 4,4, əyarı – 583 – dəyəri 292,6 manat, bazar dəyəri 433,53 manat; sep – 01 ədəd, çəkisi – 2,75, əyarı – 583 – dəyəri 182,875 manat, bazar dəyəri 270,96 manat; aralıq – 01 ədəd, çəkisi – 1,31, əyarı – 583 – dəyəri 87,115 manat, bazar dəyəri 129,07 manat, cəmi dəyəri 562,59, cəmi bazar dəyəri 833,56 manatdır. - İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə cəmi 348,21 AZN borcu vardır. - İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, Cavabdeh Bank qarşısında olan gecikdirilmiş xx.xx.2024-cü il tarixinə 348,21 manat məbləğində borcu 3 iş günü müddətində ödənilməsi təklif olunmuşdur, əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar Bank tərəfindən məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. - Mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AXLMB-09788 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 12 ay müddətinə illik 31% ödəmək şərtilə 530 manat məbləğdə kredit verilmiş və təminat kimi qızıl-zinət əşyalarını girov qoyulmuşdur. Cavabdeh müqavilədə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Məhkəmə Mülki Məcəllənin 279, 280, 295, 385.1, 386.1, 421.2, 425.1, 427.3, 442, 443.1, 445.2.1, 447.1, 447.2, 448.1, 462.1 və 743-cü maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli, AXLMB- 09788 saylı kredit müqaviləsi üzrə əsas borca görə 315,9 manat, faiz borcuna görə 32,31 manat, cəmi 348,21 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulmalı, tutma Cavabdeh təqdim etdiyi və girov predmeti olan – sırğa 01 qaşı düşüb – 01 ədəd, çəkisi – 4,4, əyarı – 583; sep – 01 ədəd, çəkisi – 2,75, əyarı – 583; aralıq – 01 ədəd, çəkisi – 1,31, əyarı – 583; cəmi: 8,46 qr çəkidə qızıl–zinət əşyalarına yönəldilməli, həmin qızıl–zinət əşyaları açıq hərracda satılmalı, satışdan əldə olunan vəsait hesabına 348,21 manat məbləğində kredit borcu və 30 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-yə ödənilməli, kredit borcu ödənildikdən sonra satışdan qalan məbləğ Cavabdeh qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, AXLMB-09788 saylı kredit müqaviləsi üzrə əsas borca görə 315,9 manat, faiz borcuna görə 32,31 manat, cəmi 348,21 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh təqdim etdiyi və girov predmeti olan – sırğa 01 qaşı düşüb – 01 ədəd, çəkisi – 4,4, əyarı – 583; sep – 01 ədəd, çəkisi – 2,75, əyarı – 583; aralıq – 01 ədəd, çəkisi – 1,31, əyarı – 583; cəmi: 8,46 qr çəkidə qızıl–zinət əşyalarına yönəldilsin. Həmin qızıl–zinət əşyaları açıq hərracda satılsın, satışdan əldə olunan vəsait hesabına 348,21 manat məbləğində kredit borcu və 30 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-yə ödənilsin. Kredit borcu ödənildikdən sonra satışdan qalan məbləğ Cavabdeh qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №e-2(016)-240/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-240/2025
03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver