Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-292/2025 03.03.2025 AĞSU RAYON MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, 009A********** saylı kredit müqaviləsi üzrə 4076,2 manat məbləğində kredit borcu, 318,65 manat məbləğində faiz borcu, 85,36 manat məbləğində cərimə olmaqla, cəmi 4480,21 AZN borc, xx.xx.2023-cü il tarixli, 009KK**********01 saylı kredit müqaviləsi üzrə 300 manat məbləğində kredit borcu, 69,46 manat məbləğində faiz borcu, cəmi 369,46 AZN borc, ümumilikdə 4849,67 AZN borcun və 68,5 AZN məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.2-ci maddəsinə əsasən cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2023-cü tarixli, 009A********** saylı kredit müqaviləsi və ona əlavə edilmiş sənədlərədn görünür ki, iddiaçı tərəfindən cavabdeh üçün istehlak məqsədləri üçün illik 1,5417 faiz olmaqla 35 ay müddətinə 5000 AZN kredit götürmüşdür. - İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli 009K**********01 saylı kart kredit müqaviləsi əsasında cavabdehə “VisaOK Credit Cards” növlü kart hesabı və 36 ay müddətinə 300 AZN kredit götürmüşdür. - xx.xx.2024-cü tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü tarixli, 009A********** saylı kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya 4076,2 AZN əsas, 318,65 AZN faiz, 85,36 AZN cərimə, cəmi 4480,21 AZN borcu vardır. - xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixli, 009K**********01 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə cavabdehin iddiaçıya 300 AZN əsas, 69,46 AZN faiz, cəmi 369,46 AZN borcu vardır. Cavabdeh gecikdirilmiş borcu ödəmədiyi təqdirdə barəsində məhkəmə qaydasında iddia qaldırılacağı barədə xəbərdar olunmuşdur. - Mədaxil qəbzindən görünür ki, 68,5 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehlər kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 421.2, 425.1, 427.3, 442, 443.1, 445.2.1, 447.1, 447.2, 448.1, 462.1, 470 və 743-cu maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir. Beləliklə, məhkəmə işin hallarını araşdıraraq və MPM-in 284-5.3 maddəsinə əsaslanaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, 009A********** saylı kredit müqaviləsi üzrə 4076,2 manat məbləğində kredit borcu, 318,65 manat məbləğində faiz borcu, 85,36 manat məbləğində cərimə olmaqla, cəmi 4480,21 AZN borc, xx.xx.2023-cü il tarixli, 009KK**********01 saylı kredit müqaviləsi üzrə 300 manat məbləğində kredit borcu, 69,46 manat məbləğində faiz borcu, cəmi 369,46 AZN borc, ümumilikdə 4849,67 AZN borc və 68,5 AZN məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, 009A********** saylı kredit müqaviləsi üzrə 4076,2 manat məbləğində kredit borcu, 318,65 manat məbləğində faiz borcu, 85,36 manat məbləğində cərimə olmaqla, cəmi 4480,21 AZN borc, xx.xx.2023-cü il tarixli, 009KK**********01 saylı kredit müqaviləsi üzrə 300 manat məbləğində kredit borcu, 69,46 manat məbləğində faiz borcu, cəmi 369,46 AZN borc, ümumilikdə 4849,67 AZN borc və 68,5 AZN məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №e-2(016)-292/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-292/2025
03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver