Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-481/2024 29.05.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə BPM**********09 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 5.071,10 manat əsas borc, 0.01 manat faiz borcu olmaqla, cəmi 5,071,11 manat borcu, ödənilmiş 70,72 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqının tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Mütəllimov Əlyunis Əlyusif oğlu arasında bağlanmış BPM**********09 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 60 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla, 10.000 manat məbləğində kredit verilmişdir. X1 Əlyusif oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Ağsu rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 821 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum Mütəllimov Əlyunis Əlyusif oğlunun adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli, 17 reyestr nömrəli vərəsəlik işi üzrə mirası qəbul etmişdir. Bankın “Ağsu” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, Mütəllimov Əlyunis Əlyusif oğlunun BPM**********09 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 5.071,10 manat əsas borc, 0.01 manat faiz borcu olmaqla, cəmi 5,071,11 manat məbləğində borcu qalmışdır. Cavabdeh, mərhum Mütəllimov Əlyunis Əlyusif oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın iddiaçı qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədənkənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - BPM**********09 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Mütəllimov Əlyunis Əlyusif oğluna 60 ay müddətinə, illik 20 faiz olmaqla 10.000 manat məbləğində kredit verilmişdir. - Maliyyə arayışından görünür ki, Mütəllimov Əlyunis Əlyusif oğlunun xx.xx.2023-cü il tarixə kredit müqaviləsinə əsasən 5.071,1 manat əsas borc, 0.01 manat faiz borcu olmaqla, cəmi 5,071,11 manat borcu vardır. - AZ-İİ seriyalı 247736 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Mütəllimov Əlyunis Əlyusif oğlu xx.xx.2022-ci il tarixdə Ağsu rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2022-ci ilin avqust ayının 10-da, 281 nömrə ilə qeyd edilmişdir. - xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun 5 işi günü ərzində ödənilməsi məqsədilə cavabdehlərə xəbərdarlıq edilmişdir. - xx.xx.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş Mütəllimov Əlyunis Əlyusif oğlunun vərəsələri arvadı - Cavabdeh2 və qızı - Cavabdeh1dır və onların hər biri miras əmlakdan 1/2 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK yanında DƏDRX-in Şamaxı ərazi idarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə Mütəllimov Əlyunis Əlyusif oğluna verilmiş **********67 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,1 ha. torpaq sahəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrində əldə edilmiş xx.xx.2023-cü il tarixli, qeydiyyat nömrəsi **********WM80101 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 1i ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. ƏMDK yanında DƏDRX-in Şamaxı ərazi idarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə Mütəllimov Əlyunis Əlyusif oğluna verilmiş **********41 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0,5977 ha. torpaq sahəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrində əldə edilmiş xx.xx.2023-cü il tarixli, qeydiyyat nömrəsi **********TJ80101 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 2i ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. ƏMDK yanında DƏDRX-in Şamaxı ərazi idarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə Mütəllimov Əlyunis Əlyusif oğluna verilmiş **********37 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0,239 ha. torpaq sahəsindən Mütəllimov Əlyunis Əlyusif oğluna məxsus olan hissədən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrində əldə edilmiş xx.xx.2023-cü il tarixli, qeydiyyat nömrəsi **********XR80101 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 2i ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. - xx.xx.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş Mütəllimov Əlyunis Əlyusif oğlunun vərəsələri arvadı - Cavabdeh2 və qızı - Cavabdeh1dır və onların hər biri miras əmlakdan 1/2 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Ağsu RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AD494725 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi 5NPEC4AB0CH413127 və buraxılış ili 2011-ci il olan Hyundai Sonata minik markalı, **-TK-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı 70,12 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcun ödənilməsi hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri- əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Göstərilən normaların tələbinə əsasən məhkəmə hesab edir ki, mərhum Mütəllimov Əlyunis Əlyusif oğlunun kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda müqavilə əsasında kredit məbləğini və ona hesablanmış faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, xx.xx.2022-ci il tarixdə öldüyündən, kredit vəsaitini ödəməli olmasına dair öhdəliyini yerinə yetirə bilməmişdir. xx.xx.1961-ci il təvəllüdlü Mütəllimov Əlyunis Əlyusif oğlunun adına Ağsu rayon notariat ofisində 2V - 26 reyestr nömrəli xx.xx.2023-cü il tarixli açılmış vərəsəlik işi üzrə mirası vərəsələri arvadı - Cavabdeh2 və qızı - Cavabdeh1 qəbul etdiyindən, borclunun ölümündən sonra, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıdığından, iddiaçı cavabdehlərdən əsas və faiz borcun ödənilməsini tələb etməkdə haqlıdır. MM-in 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayılır. MM-in 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. MM-in 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə, iddia tələbinin 70,72 manat məbləğində dövlət rüsumunun və 0,40 manat xidmət haqqının cavabdehlərdən alınmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 5.071,10 manat əsas borc, 0,01 manat faiz borcu olmaqla, cəmi 5.071,11 manat borcu, ödənilmiş 70,72 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №e-2(016)-481/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-481/2024
29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver