Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-566/2024 08.05.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X2 Natiq oğlunun sədrliyi ilə İddiaçı “X3 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X3 Azərbaycan” QSC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 162,80 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "X3 Azərbaycan" QSC arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2020-ci il tarixli, 2(016)-498/2020 saylı Məhkəmə qətnaməsi çıxmışdır. İddiaçı "X3 Azərbaycan" QSC" “X1" MMC ilə bağlanmış xx.xx.2016-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini "X1"xxxx"X1 MMC" öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək Məhkəmə qətnaməsi üzrə ödənilməmiş pul borcu, o cümlədən xx.xx.2021-ci il tarixindəki 100 manat, xx.xx.2021-ci il tarixindəki 200 manat, xx.xx.2021-ci il tarixindəki 100 manat, xx.xx.2022-ci il tarixindəki 100 manat, xx.xx.2022-ci il tarixindəki 252 manatın geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh tərəfindən ödənilən vəsait "X1" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də «X3 Azərbaycan» QSC tərəfindən "X1" MMC-yə 62.80 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən xx.xx.2016-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "X1" MMC-yə cavabdeh(lər) tərəfindən "X3 Azərbaycan" QSC-yə ödənilmiş hər məbləğin 15% və 25% həcmində, yəni ümumilikdə 162.80 manat məbləğində xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “X3 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, xx.xx.2015 saylı Kredit Müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 25% ödəmək şərtilə 875 manat məbləğində kredit verilmişdir. - Borcalan üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün bankın müraciəti əsasında Ağsu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(016)-498/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək, məhkəmə qətnaməsi qanunvericiliyin tələbinə uyğun olaraq icraya yönəldilmişdir. - “X3 Azərbaycan” QSC “X1" MMC ilə bağlanmış xx.xx.2016-cı il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən “X3 Azərbaycan” QSC məhkəmə qərarı üzrə borcun tələb edilməsini “X1" MMC-yə sifariş etmişdir. - xx.xx.2016-cı il tarixli "Hüquqi xidmət haqqında" müqaviləyə xx.xx.2022-ci il tarixli əlavə razılaşmanın 5.1.1-ci bəndinə əsasən, “Bank”, müqaviləyə əsasən istifadə edilən kreditlərdən (kredit kart kreditlərindən) yaranan borclarla əlaqədar: Büro tərəfindən icra nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra pul (borcların) yığılması (qaytarılması) halında Büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s) yığılmasından (geri ödənişlərdən) cəmi 15% (on beş faiz) nisbətində hüquqi xidmət (vəkillik) haqqı (xərci) ödəyəcəkdir (müvafiq ödəniş sənədləri əsasında). (Büro tərəfindən istehlak kreditləri dosyelərlə bağlı icra nəzarəti başladıqdan (iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra olan dosyelər üzrə isə pul (borcların) yığılması (qaytarılması) halında Büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənişlərdən) cəmi 15 % xidmət haqqı ödəyəcəkdir)). Xidmət haqqına məhkəmə işləri ilə bağlı dövlət rüsumları daxil deyil. Həmin Müqavilənin 5.1.2-ci bəndinə əsasən Büro qarşı tərəfdən (kredit/ borc alanlardan) borclar ilə əlaqədar məhkəmə/ icra işləri üzrə hüquqi xidmət (vəkalət) haqqı (xərci) və digər bank borclarına əlavə olaraq Bankın bütün xərclərini, (məsrəfləri) almalı və alınan məbləğlər (borclar) banka ödənilməlidir (QTS/YTS quraşdırıldıqdan sonra onun üzərindən avtomatik olaraq həyata keçiriləcək). - Maliyyə arayışından görünür ki, “X3 Azərbaycan” QSC ilə "X1" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli Hüquqi Xidmət Haqqında müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən ödənilən son tarix xx.xx.2022-ci il tarixinə 752 manat "X1" MMC tərəfindən təmin edilmiş və bu ödənişlərə görə də “X3 Azərbaycan” QSC tərəfindən “X1" MMC-yə 162,80 manat məbləğində xidmət haqqı ödənilmişdir. - "xxxx" QSC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə 5 iş günü müddətində borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, borcverən “X3 Azərbaycan" QSC ilə borcalan Cavabdeh arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmış, borcalan üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyindən borcverən borcun tutulması ilə bağlı Ağsu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(016)-498/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Eyni zamanda "X3 Azərbaycan" QSC "X1" MMC ilə öz aralarında bağladıqları xx.xx.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” Müqaviləyə müvafiq olaraq məhkəmə qərarı üzrə borcun tələb edilməsini "X1" MMC-yə sifariş etmişdir. Buna görə də “X3 Azərbaycan” QSC borcalanın ödədiyi borcun 15 %-i məbləğində, yəni 162,80 manat məbləğində "X1" MMC-yə xidmət haqqı ödəmişdir ki, nəticədə həmin məbləği Cavabdeh tələb edir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, cavabdehdən tələb edilən pul məbləği tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehin öhdəliyinə görə yaranan borc deyil, iddiaçı tərəfindən əlavə hüquqi xidmətə görə “Büro”ya ödədiyi xərcin cavabdehdən tələb edilməsidir. İlk olaraq məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 8.1 və 8.2-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir və icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərarda sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Həmin Qanunun 78.1.-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Göründüyü kimi cavabdehin müqavilə üzrə iddiaçıya ödəyəcəyi pul məbləğini müəyyən edən Ağsu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(016)-498/2020 saylı qətnaməsi qanuni qüvvəyə mindiyindən qanuna müvafiq olaraq da icraya yönəldildikdən sonra “X3 Azərbaycan” QSC ilə "X1" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli Hüquqi Xidmət Haqqında Müqaviləyə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "X1" MMC-yə sifariş etmişdir. İddiaçı ərizəsində Cavabdeh xx.xx.2021-ci il tarixində ödənilən 100 manat, xx.xx.2021-ci il tarixində ödənilən 200 manat, xx.xx.2021-ci il tarixində ödənilən 100 manat, xx.xx.2022-ci il tarixində ödənilən 100 manat, xx.xx.2022ci il tarixində ödənilən 252 manat məbləğindəki vəsaitin "X1" MMC-nin vasitəsi ilə təmin edilməsini göstərsə də, həmin pulun məhz "X1" MMC-nin vasitəsi ilə ödənilməsinə dair ("X1" MMC tərəfindən borcluya bildiriş (pretenziya) məktubun göndərilməsi) və ya icra ilə bağlı hərəkətlərin edilməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. “X3 Azərbaycan” QSC ilə "X1" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli Hüquqi Xidmət Haqqında Müqaviləyə ilə əlaqədar məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5 və 6.2-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin müqavilələr azadlığı vardır və fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsi ilə iddiaçının borcun ödənilməsi barədə iddiası təmin edilmiş, həmin qətnamə qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə tərəfindən icraya yönəldilmiş və məcburi icrası icra məmuru tərəfindən həyata keçirilmişdir. Qanunvericilikdə məhkəmə aktının məcburi icrasının icra məmurundan qeyri hər hansı şəxs tərəfindən həyata keçirilməsi nəzərdə tutulmamışdır. Bu mənada hər hansı hüquqi şəxs və ya konkret olaraq "X1" MMC tərəfindən hər hansı məcburi icra hərəkətlərinin (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinin tələblərinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və s.) həyata keçirilməsi də qeyri-mümkündür. Həmçinin nəzərə alınmalıdır ki, icra məmuru tərəfindən həyata keçirilən icra hərəkətləri ilə bağlı qanunvericilikdə tələbkardan hər hansı ödənişin alınması da nəzərdə tutulmamışdır. Əksinə, həmin ödəniş borclu tərəfindən həyata keçirilir. Bundan başqa “X3 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsində də hər hansı belə bir müddəa nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1 -ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatadək olduqda 30,0 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia tələbi rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməli və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “X3 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №e-2(016)-566/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-566/2024
08.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver