Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-675/2024 22.05.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X1 İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrindən tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrindən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Şükürov Rəşid Muxtar oğlunun vərəsələri Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 3141,51 manat əsas borcu, 0,01 manat faiz borcu olmaqla, cəmi 3141,52 manat məbləğində kredit borcunun, ödənilmiş 51,41 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Ağsu filialı ilə Şükürov Rəşid Muxtar oğlu arasında bağlanmış BPM**********69 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Şükürov Rəşid Muxtar oğluna 48 ay müddətinə illik 20 faiz olmaqla 3800 manat məbləğində nağd kredit kredit verilmişdir. Borclu Şükürov Rəşid Muxtar oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Notariat ofisi məktubundan görünür ki, mərhum Şükürov Rəşid Muxtar oğlunun adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh1 və Cavabdeh2 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdehlər mərhum Şükürov Rəşid Muxtar oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, lakin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC ilə Şükürov Rəşid Muxtar oğlu arasında bağlanmış BPM**********69 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Şükürov Rəşid Muxtar oğluna illik 28 faiz olmaqla 48 ay müddətinə 3800 AZN məbləğində kredit verilmişdir. - Maliyyə arayışından görünür ki, Şükürov Rəşid Muxtar oğlunun "xxxx" ASC-yə ödənilməmiş cəmi 3141,52 AZN borcu vardır. - xx.xx.2022-ci il tarixli AZ-İİ №207518 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Şükürov Rəşid Muxtar oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 818 nömrə ilə qeyd edilmişdir. - İddiaçının sorğusuna Şamaxı Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin notariusu tərəfindən verilmiş məktubdan görünür ki, xx.xx.2021-ci ildə vəfat etmiş Şükürov Rəşid Muxtar oğlunın adına Şamaxı Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisində Cavabdeh1 və Cavabdeh2 müraciəti əsasında xx.xx.2022-ci ildə açılmış vərəsəlik işi açılmış və Cavabdeh1 və Cavabdeh2 müəyyən edilmişdir. - Qanun üzrə Vərəsəlik Hüququ haqqında xx.xx.2022-ci il tarixli V-379/2022 nömrəli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Şükürov Rəşid Muxtar oğlu vərəsələri Cavabdeh1 və Cavabdeh2 və onların hər biri miras əmlakdan 1/2 irs qalmalıdır. Şəhadətnamə verilən miras əmlak: DƏDRX-nin 14 saylı ərazi idarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə Şükürov Rəşid Muxtar oğluna verilmiş **********13- 12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 206,2 kv/m olan əmlak kompleksi kimi müəssisədən və ümumi sahəsi 2,9975 ha olan torpaq sahəsindən ibarətdir. - 04.10.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehlər borcu ödəmədiyi təqdirdə barəsində məhkəmə qaydasında iddia qaldırılacağı barədə xəbərdar olunmuşlar. - Mədaxil qəbzindən görünür ki, xidmət haqqı ilə birgə 51,81 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehlər, mərhum Şükürov Rəşid Muxtar oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri- əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Göstərilən normaların tələbinə əsasən məhkəmə hesab edir ki, mərhum Şükürov Rəşid Muxtar oğlu kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda müqavilə əsasında kredit məbləğini və ona hesablanmış faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, xx.xx.2021-ci il tarixdə öldüyündən kredit vəsaitini ödəməli olmasına dair öhdəliyini yerinə yetirə bilməmişdir. Şükürov Rəşid Muxtar oğlunın adına Şamaxı Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisində xx.xx.2022-ci ildə açılmış V-379/2022 saylı vərəsəlik işi üzrə mirası vərəsələri Cavabdeh1 və Cavabdeh2 qəbul etdiklərindən borclunun ölümündən sonra, mirası qəbul etmiş vərəsələri miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditoru qarşısında birgə məsuliyyət daşıdıqlarından iddiaçı cavabdehlərdən əsas borcun ödənilməsini borc üzrə qəbul etdikləri miras əmlakı həddində tələb etməkdə haqlıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamədən göründüyü kimi, xx.xx.2021-ci il tarixdə ölmüş Şükürov Rəşid Muxtar oğlunun vərəsələri Cavabdeh1 və Cavabdeh2dır. Miras qalan əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 206,2 kv/m olan əmlak kompleksi kimi müəssisədən və ümumi sahəsi 2,9975 ha olan torpaq sahəsindən ibarətdir və vərəsələrin miras əmlakında payları bərabər, yəni 1/2 pay təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********69 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 3141,52 manat məbləğində kredit borcu, xidmət haqqı ilə birgə ödənilmiş 51,81 manat dövlət rüsumu cavabdehlərin hər birinin paylarına mütənasib olaraq 1/2 hissədə, yəni Cavabdeh1 kredit borcunun 1570,76 manatı, xidmət haqqı ilə birgə ödənilmiş dövlət rüsumunun 25,905 manatı, Cavabdeh2 kredit borcunun 1570,76 manatı, xidmət haqqı ilə birgə ödənilmiş dövlət rüsumunun 25,905manatı, iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Şükürov Rəşid Muxtar oğlunun vərəsələri Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 3141,51 manat əsas borcu, 0,01 manat faiz borcu olmaqla, cəmi 3141,52 manat məbləğində kredit borcunun, ödənilmiş 51,41 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının cavabdehlərin hər birinin paylarına mütənasib olaraq 1/2 hissədə, yəni Cavabdeh1 kredit borcunun 1570,76 manatı, xidmət haqqı ilə birgə ödənilmiş dövlət rüsumunun 25,905 manatı, Cavabdeh2 kredit borcunun 1570,76 manatı, xidmət haqqı ilə birgə ödənilmiş dövlət rüsumunun 25,905 manatı tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Şükürov Rəşid Muxtar oğlunun vərəsələri Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 3141,51 manat əsas borcu, 0,01 manat faiz borcu olmaqla, cəmi 3141,52 manat məbləğində kredit borcunun, ödənilmiş 51,41 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının cavabdehlərin hər birinin paylarına mütənasib olaraq 1/2 hissədə, yəni Cavabdeh1 kredit borcunun 1570,76 manatı, xidmət haqqı ilə birgə ödənilmiş dövlət rüsumunun 25,905 manatı, Cavabdeh2 kredit borcunun 1570,76 manatı, xidmət haqqı ilə birgə ödənilmiş dövlət rüsumunun 25,905 manatı tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №e-2(016)-675/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-675/2024
22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver