Məhkəmə qərarları › İş №e-2(016)-764/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-764/2024

08.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-764/2024 08.07.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X1 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağabəyli Kamran Uğur oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 16180***- *******02L saylı xx.xx.2021-ci il tarixli əsas kredit limiti müqaviləsi əsasında xx.xx.2022-ci il tarixdə aldığı kredit üzrə 6174,13 AZN əsas kredit borcu, 71,01 AZN kreditdən istifadəyə görə faiz borcu və 0,09 AZN cərimə borcu olmaqla, cəmi 6245,23 AZN; 16180***- *******02L saylı xx.xx.2021-ci il tarixli əsas kredit limiti müqaviləsi əsasında xx.xx.2023-cü il tarixdə aldığı kredit üzrə 12636,78 AZN əsas kredit borcu, 63,14 AZN kreditdən istifadəyə görə faiz borcu və 2,79 AZN cərimə borcu olmaqla, cəmi 12702,71 AZN; ümumilikdə 18810,91 AZN əsas kredit borcu, 134,15 AZN kreditdən istifadəyə faiz borcu və 2,88 AZN cərimə borcu olmaqla, cəmi 18947,94 AZN və iddianın verilməsi üçün ödənilmiş 146,85 AZN dövlət tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 16180***-*******02L saylı xx.xx.2021-ci il tarixli əsas kredit limiti müqaviləsinə əsasən “Bank Respublika“ ASC tərəfindən Cavabdeh xx.xx.2031-ci il tarixədək 50000 AZN məbləğində kredit limiti ayrılmışdır. Cavabdeh 16180***-*******02L saylı xx.xx.2021-ci il tarixli əsas kredit limiti müqaviləsi çərçivəsində bankdan xx.xx.2025-ci il tarixədək qaytarmaq və illik 16 % ödəmək şərti ilə xx.xx.2022-ci il tarixdə aldığı 18900.00 AZN krediti və ondan istifadəyə görə faizləri hissə-hissə (hər ayın 12-dək ayda 666.29 AZN ödəməklə) Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. xx.xx.2022-ci il tarixli kredit üzrə xx.xx.2024-cü il tarixə olan borcun məbləği a) əsas borc üzrə 6174.13 AZN; b) faizlər üzrə 71.01 AZN; c) cərimə üzrə 0.09 AZN təşkil edir. Cavabdeh 16180***-*******02L saylı xx.xx.2021-ci il tarixli əsas kredit limiti müqaviləsi çərçivəsində bankdan xx.xx.2026-cı il tarixədək qaytarmaq və illik 16.00 % ödəmək şərti ilə xx.xx.2023-ci il tarixdə aldığı 15000.00 AZN krediti və ondan istifadəyə görə faizləri hissə-hissə (hər ayın 26-dək ayda 468.84 AZN ödəməklə) Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. xx.xx.2023cü il tarixli kredit üzrə xx.xx.2024-cü il tarixə olan borcun məbləği a) əsas borc üzrə 12636.78 AZN; b) faizlər üzrə 63.14 AZN; c) cərimə üzrə 2.79 AZN təşkil edir. Cavabdeh 16180***-*******02L saylı xx.xx.2021-ci il tarixli əsas kredit limiti müqaviləsi çərçivəsində bankdan aldığı kreditləri və onlardan istifadəyə görə faizləri hissə-hissə Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. Mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həlli üçün cavabdehə poçt vasitəsilə pretenziya göndərilib, lakin borc ödənilməyib. Odur ki, borc ondan məhkəmə qaydasında tutulmalıdır. İddiaçı tərəf məhkəməyə ərizə ünvanlayaraq mülki iş üzrə baxış iclasının iştirakı olmadan keçirilməsini və qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16180***-*******02L saylı, xx.xx.2021-ci il tarixli kredit limiti müqaviləsindən görünür ki, “Bank Respublika“ ASC tərəfindən Cavabdeh xx.xx.2031-ci il tarixədək 50000 AZN məbləğində kredit limiti ayrılmışdır. - Əsas kredit limiti müqaviləsi çərçivəsində bankdan xx.xx.2025-ci il tarixədək qaytarmaq və illik 16 % ödəmək şərti ilə xx.xx.2022-ci il tarixdə aldığı 18900 AZN krediti və ondan istifadəyə görə faizləri hissə-hissə (hər ayın 12-dək ayda 666,29 AZN ödəməklə) Banka ödəməli olduğu halda cavabdeh öhdəlik götürmüşdür. - Cavabdeh əsas kredit limiti müqaviləsi çərçivəsində bankdan xx.xx.2026-cı il tarixədək qaytarmaq və illik 16 % ödəmək şərti ilə xx.xx.2023-ci il tarixdə aldığı 15000 AZN krediti və ondan istifadəyə görə faizləri hissə-hissə (hər ayın 26-dək ayda 468,84 AZN ödəməklə) ödəmək barədə öhdəlik götürmüşdür. - xx.xx.2024-cü tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixli kredit üzrə 6174,13 AZN əsas borcu, 71,01 AZN faiz, 0,09 AZN cərimə, cəmi 6245,23 AZN borcu vardır. - xx.xx.2024-cü tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 12636,78 AZN əsas, 63,14 AZN faiz, 2,79 AZN cərimə, cəmi 12702,71 AZN borcu vardır. - xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə cavabdehin iddiaçıya 6487,03 AZN əsas, 69,19 AZN faiz olmaqla, cəmi 6556,22 manat borcu vardır. Cavabdeh gecikdirilmiş borcu ödəmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. - xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə cavabdehin iddiaçıya 12847,27 AZN əsas, 72,53 AZN faiz, 2,81 AZN cərimə olmaqla, cəmi 12922,61 manat borcu vardır. Cavabdeh gecikdirilmiş borcu ödəmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. - Mədaxil qəbzindən görünür ki, 146,85 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh kredit müqavilələri üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 421.2, 425.1, 427.3, 442, 443.1, 445.2.1, 447.1, 447.2, 448.1, 462.1 və 743-cü maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina edilməsi, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı). Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu zaman yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2024-cü il tarixdə cavabdehə xəbərdarlıq məktubu göndərərək kredit müqaviləsi üzrə hesablanmış bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubun cavabdeh tərəfindən qəbul edildiyi xx.xx.2024-cü il tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. Belə olan halda iddiaçı həmin tarixdən gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda isə iddiaçı xx.xx.2024-cü il tarixə olan əsas və faiz borcunu tələb edir. Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı ASC tərəfindən 146,85 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 16180***-*******02L saylı xx.xx.2021-ci il tarixli əsas kredit limiti müqaviləsi əsasında xx.xx.2022-ci il tarixdə aldığı kredit üzrə 6174,13 AZN əsas kredit borcu, 69,19 AZN kreditdən istifadəyə görə faiz borcu və 0,09 AZN cərimə borcu olmaqla, cəmi 6243,41 AZN; 16180***-*******02L saylı xx.xx.2021-ci il tarixli əsas kredit limiti müqaviləsi əsasında xx.xx.2023-cü il tarixdə aldığı kredit üzrə 12636,78 AZN əsas kredit borcu, 63,14 AZN kreditdən istifadəyə görə faiz borcu və 2,79 AZN cərimə borcu olmaqla, cəmi 12702,71 AZN; ümumilikdə 18810,91 AZN əsas kredit borcu, 132,33 AZN kreditdən istifadəyə görə faiz borcu və 2,88 AZN cərimə borcu olmaqla, cəmi 18946,12 AZN borc və ödənilmiş dövlət rüsumunun 146,85 manatı tutulmalı, ödənilmiş dövlət rüsumunun 0,01 manatı iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 16180***-*******02L saylı xx.xx.2021-ci il tarixli əsas kredit limiti müqaviləsi əsasında xx.xx.2022-ci il tarixdə aldığı kredit üzrə 6174,13 AZN əsas kredit borcu, 69,19 AZN kreditdən istifadəyə görə faiz borcu və 0,09 AZN cərimə borcu olmaqla, cəmi 6243,41 AZN; 16180***-*******02L saylı xx.xx.2021-ci il tarixli əsas kredit limiti müqaviləsi əsasında xx.xx.2023-cü il tarixdə aldığı kredit üzrə 12636,78 AZN əsas kredit borcu, 63,14 AZN kreditdən istifadəyə görə faiz borcu və 2,79 AZN cərimə borcu olmaqla, cəmi 12702,71 AZN; ümumilikdə 18810,91 AZN əsas kredit borcu, 132,33 AZN kreditdən istifadəyə görə faiz borcu və 2,88 AZN cərimə borcu olmaqla, cəmi 18946,12 AZN borc və ödənilmiş dövlət rüsumunun 146,85 manatı tutulsun. Ödənilmiş dövlət rüsumunun 0,01 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar