Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-801/2025 11.08.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X1 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəbrayılova Könül Alov qızının katibliyi ilə, İddiaçı MM QBKT-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MM QBKT cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı MMM QBKT-nin xeyrinə 5239 AZN əsas, 921,05 AZN faiz borcu olmaqla, cəmi 6160,05 AZN məbləğində borc və 81,61 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “Fınca Azerbaijan” MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********0250 saylı Kredit müqaviləsinə əsasən, borcluya istehlak məqsədləri üçün ona 24 ay müddətinə, illik 28 faiz dərəcəsi ilə 6500 AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 361 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh1 və **********0***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh3 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin öödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdehlər üzərlərinə düşən öhdəliyi yerinə yetirməmişdirlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının iştirakları olmadan keçirilərək tələblərinin təmin edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında Cavabdeh2 iddia ərizəsini qəbul etdiyini, kredit götürdüyünü, daha sonra ödənişlərlə bağlı problem yaşandığını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, borcunu ödəməkdən qaçınmır. Qəza keçirdiyi üçün fiziki əməklə məşğul ola bilmədiyini, bu səbəbdən də ödənişlərində problem yarandığını qeyd etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etdiyini, Cavabdeh2 dedikləri ilə razı olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, işləri ilə bağlı növbəti məhkəmə proseslərində iştirak edə bilməyəcəyini, məhkəmə proseslərini onun iştirakı olmadan keçirilməsini xahiş etmiş və buna dair ərizəni məhkəməyə təqdim etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında Cavabdeh3 iddia ərizəsini qəbul etdiyini, Cavabdeh2 dedikləri ilə razı olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, işləri ilə bağlı növbəti məhkəmə proseslərində iştirak edə bilməyəcəyini, məhkəmə proseslərini onun iştirakı olmadan keçirilməsini xahiş etmiş və buna dair ərizəni məhkəməyə təqdim etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmişİər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - İddiaçı MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********0250 nömrəli Kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə müddəti 24 ay, illik 28 faiz dərəcəsi ilə 6500 AZN məbləğində pul kredit verilmişdir. Cavabdeh2 kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********0***-******* saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Cavabdeh2 ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. - FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********0***-******* saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Cavabdeh2 ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya cəmi 6160,05 AZN borcu vardır. - Mədaxil qəbzindən görünür ki, 81,61 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehlərkredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 421.2, 425.1, 427.3, 442, 443.1, 445.2.1, 447.1, 447.2, 448.1, 462.1, 470, 472 və 743-cu maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdehlər müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə borcun cavabdehlərdən müştərək qaydada tutulması hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə də iddia təmin edilməlidir. Belə ki, MM-nin: 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 kredit müqaviləsi üzrə zamin olduqlarından, borcun ödənilməsi üçün məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı MM QBKT-nin xeyrinə əsas borc üzrə 5239 AZN əsas, 921,05 AZN faiz borcu olmaqla, cəmi 6160,05 AZN məbləğində borc və 81,61 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı MM QBKT-nin xeyrinə əsas borc üzrə 5239 AZN əsas, 921,05 AZN faiz borcu olmaqla, cəmi 6160,05 AZN məbləğində borc və 81,61 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №e-2(016)-801/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-801/2025
11.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver