Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-97/2025 21.01.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, Cavabdeh XXX Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh XXX Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən xx.xx.2021-ci il tarixli, AXNPU-04692 saylı kredit müqaviləsi əsasında xx.xx.2023-cü il tarixli AXNPU- 04692/5 saylı kredit müqaviləsi üzrə 15.000 manat limitdən onun müraciəti ilə ayrılmış 13.000 manat borcunun məbləği əsas borcuna görə 8.572,41 manat, faiz borcuna görə 369,38 manat, dəbbə borcuna görə 706,18 manat olmaqla, cəmi 9.647,97 manat məbləğində pulun və 117 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AXNPU-04692 saylı kredit müqaviləsi əsasında xx.xx.2023-cü il tarixli AXNPU- 04692/5 saylı kredit müqaviləsi üzrə 15.000 manat limitdən onun müraciəti ilə ona illik 14 % faiz dərəcəsi olmaqla 36 ay müddətinə 13.000 manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2021-ci il tarixli, AXNPU-04692 saylı kredit müqaviləsi əsasında xx.xx.2023-cü il tarixli, AXNPU-04692/5 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Xxx CavabdehCavid oğlu kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AXNPU-04692 saylı kredit müqaviləsi əsasında xx.xx.2023-cü il tarixli, AXNPU- 04692/5 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 7-dən gec olmayaraq hər ay 444,31 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən cavabdehin xx.xx.2021-ci il tarixli AXNPU-04692 saylı kredit müqaviləsi əsasında xx.xx.2023-cü il tarixli, AXNPU-04692/5 saylı kredit müqaviləsi üzrə 15.000 manat limitdən onun müraciəti ilə ayrılmış 13.000 manat borcunun məbləği əsas borcuna görə 8.572,41 manat, faiz borcuna görə 369,38 manat, dəbbə borcuna görə 706,18 manat, borcun cəmi məbləği 9.647,97 manat təşkil edir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında çıxış edərək bildirdi ki, bankdan kredit götürmüş, daha sonra ödəmələrində gecikmə olmuş, bank cərimə məbləğini yüksək tələb etmişdir. Əsas və faiz borcla razıdır. Cərimə hissədə iddianın rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə cavabdehin izahatılnı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - xx.xx.2021-ci il tarixli, AXNPU-04692 saylı kredit müqaviləsindən görünür ki, kreditor ən çoxu 60 ay müddətinə, fillik aiz dərəcəsi 29 faizdən qaytarılması gecikdirildiyi halda ödəniləcək faiz dərəcəsi 58 faizdən çox olmamaq şərtilə, maksimum 15.000 manat məbləğədək krediti/kreditləri, Kreditin verildiyi tarixə Kreditorun qüvvədə olan daxili tariflərinə əsasən komisyon haqqı tutmaqla Borcalana verə bilər. Bu müqavilə üzrə Kreditin faktiki illik faiz dərəcəsi minimum 17,8 faiz, maksimum 31,34 faiz təşkil edir. xx.xx.2023-cü il tarixli, AXNPU-04692/5 saylı kredit müqaviləsi üzrə 15.000 manat limitdən onun müraciəti ilə 13.000 manat kredit ayrılmışdır. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 8.572,41 manat, faiz borcuna görə 369,38 manat, dəbbə borcuna görə 706,18 manat olmaqla, cəmi 9.647,97 manat məbləğində kredit borcu vardır. - xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi məqsədilə xx.xx.2023-cü il tarixli bildiriş göndərmişdir. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı 117 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcun ödənilməsi hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən normaların tələbinə əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, kredit vəsaitini ödəməli olmasına dair öhdəliyini yerinə yetirməmişdir. Bu səbəbdən, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə cərimənin 706,18 manat məbləğində deyil, 10 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 117 manat dövlət rüsumunun 7,50 manatı iddiaçıya, 109,50 manatı cavabdehə aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 8.572,41 manat əsas, 369,38 manat faiz, 10 manat məbləğində cərimə borcu olmaqla, cəmi 8.951,79 manat məbləğində borc və ödənilmiş 109,50 manat dövlət rüsumu cavabdeh XXX Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 7,50 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №e-2(016)-97/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-97/2025
21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver