Məhkəmə qərarları › İş №e-2(016)-995/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-995/2024

18.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-995/2024 18.11.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X8 Natiq oğlunun sədrliyi Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında audio və video aparılmaqla baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh xx.xx.2023-cü il tarixində 8 saylı notariat ofisində bağlanmış “Borc müqavilə”si üzrə 30000 (otuz min) manat borcun, hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə ödənilmiş 326 manat pul vəsaitinin və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 181 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında xx.xx.2023cü il tarixdə 8 saylı notariat ofisində borc müqaviləsi bağlanmış, həmin müqavilənin 1-ci bəndinə əsasən o cavabdehə 30000 manat məbləğində borc pul vermişdir. Müqavilənin 2ci bəndinə əsasən Cavabdeh ayda 2500 manat olmaqla xx.xx.2024-cü il tarixinədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin 8-ci bəndinə əsasən, “Borc alan” müqavilə üzrə müəyyən edilmiş krediti qaytarmadıqda qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Həmçinin müqavilənin 9-cu bəndində qeyd olunmuşdur ki, tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Hazırda işin mübahisəli halı ondan ibarətdir ki, müqavilənin bağlanmasından və borcun verilməsindən 7 ay keçməsinə baxmayaraq Cavabdeh müqavilə üzrə üzərinə gtürdüyü öhdəliyi icra etməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Cavabdeh bu günə kimi heç bir ödəniş etməmişdir, etiraz ərizəsində adı qeyd edilən Rəsulun hal-hazırda Əbülfəzə borcu var. M10-la ***-***-**-** telefon nömrəsinə edilmiş ödənişlər isə Əbülfəzə edilmiş ödənişlərdir, çünki həmin nömrə Əbülfəzindir. Onun hazırki mübahisəyə heç bir aidiyyatı yoxdur. Onunla cavabdeh arasında borc müqaviləsi bağlanmışdır və cavabdeh həmin müqavilənin şərtlərini pozaraq borcu hazıradək ödəməmişdir. O, cavabdehə borc verən zaman aralarında müqavilə bağlanmış, yanlarında kənar şəxs olmamışdır. Cavabdehin etiraz ərizəsində qeyd etdiyi və məhkəməyə şahid kimi ərizə göndərmiş şəxslər də onların yanında olmamışlar, bu səbəbdən həmin ərizədə qeyd edilənlərdə həqiqəti əks etdirmir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh məhkəmə iclasının əsassız uzanmasına səbəb olur. Hazıra qədər cavabdeh borcundan heç bir ödəniş etməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaya etiraz edir, Rəsul sahibkardır, Ramalla işləmişdir, o, da yanına gedərək mal verməsini xahiş etmişdir. Mal ona Fərrux adı ilə gəlmişdir. Həmin müqavilədən sonra Ramalın kartına pul vurmuşdur. O, Ramaldan pul almadığını qeyd edərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 30000 (otuz min) manat borc götürmüş, ayda 2500 (iki min beş yüz) manat olmaqla, xx.xx.2024-cü il tarixədək qaytaracağını qeyd etmişdir. - Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə İddiaçı ilə bağlanmış borc müqaviləsinə əsasən, o İddiaçı otuz min manat məbləğində nəğd pul vəsaiti almamışdır. Həmin borc müqaviləsi tikinti malları verilməsi məqsədi ilə ortada inam olsun deyə bağlanmışdır. İddiaçı Bakı şəhərində fəaliyyət göstərən Komiforest Şirkətinin işçisidir. Onun rəhbərliyi ortada inam olsun deyə otuz min manatı Ramala vermiş, onlar notariusa getmişlər, orada rəsmi hissəni icra etdikdən sonra otuz min manatı yenə İddiaçı kassaya qaytarmışdır. Bu proseslə bağlı məlumatı olan və iştirakçısı olan şəxslərin adlarını qeyd etmişdir. O, X2 qohumudur. Həmin yuxarıda adlarını çəkdiyi şəxsləri o Rəsul vasitəsi ilə tanımışdır. Onlar əvvəllər birgə fəaliyyət göstəriblər və aralarında pul söhbəti olub. Eyni zamanda onunla borc müqaviləsi bağlananda otuz min manata görə göstərildi ki, o zaman X2 Əbülfətə, ona dediklərinə görə 21000 (iyirmi bir min) manat borcu olmuş və bu barədə onların əllərində rəsmi üzləşmə aktı da var. Əlavə olaraq 10000 (on min) manatlıqda nisiyə mal vermək istədiyinə görə onunla otuz min manatlıq borc müqaviləsi bağladılar və xx.xx.2023-cü il tarixdə 9936 manat 5x15x6 metrəlik 736 ədəd yaş taxta verdilər. 33,12 m3 x 300 manat = 9936 manat nisyə mal verildi, qaiməni maddi subut olaraq təqdim edir. Sonradan xx.xx.2023-cü il tarixdə 4 x 225 taxta göndərmişdir. Ümumiyyətlə Ramal onunla müqavilə bağlayandan sonra xx.xx.2023-cü il tarixdə 6m 5x15 taxta 33m2x 300 manat = 9936 manat, xx.xx.2023cü il tarixdə polluq taxta 4.6 metrəlik 10023 manatlıq, xx.xx.2023-cü il tarixdə 4 və 2,5 lik taxta 8529 manat, ümumi cəmdə 28.488 manatlıq satış məqsədi ilə taxta göndərmişdir. Aşağıdakı formada həmin malların pulunu hissə-hissə almışdır. xx.xx.2023 - 8000 manat, xx.xx.2023 - 1500 manat, xx.xx.2023-436 manat, xx.xx.2023 - 300 manat, xx.xx.2024- 2000 manat, xx.xx.2024 - 2000 manat, xx.xx.2024 - 1000 manat, xx.xx.2024 - 2000 manat, xx.xx.2024 - 1000 manat, xx.xx.2024 - 2000 manat, xx.xx.2024-2000 manat, xx.xx.2024 - 2000 manat, cəmi 24236, fərq 4252. Müqavilə imzalandıqdan sonra 28488 manatlıq Ramalın vasitəsi ilə Əbülfət müəllimin razılığı ilə Komiforest Şirkətinin rəhbəri yerləşən Lokbatanda Fərrux adlı satıcıları həmin yuxarıda adı çəkilən Atif kamaz sürücüsü vasitəsi ilə Kürdəmirə gətirilib və 24236 - manatı ödənilib. Əsil həqiqətdə dövriyyəyə nəzər çatdırsaq 4252 manat borcluluq yaranır. Lakin həmin məbləğdə öz əksini fakta baxsaq Komiforest Şirkətinin nümayəndəsi hüquqşünası Rusif obyektə gələndən sonra belə razılığına gəlinib ki, X4 həmin şirkətə olan borcundan 5000 (beş min manat) versən Rəsulu məhkəməyə göndərməzlər, işi bərpa edib yenə işləyərlər. Həmin 5000 (beş min) manatı o ödəmişdir, onda onun onlara 30000 (otuz min) manat borcu yox, onların ona 748 manat borclarının olması öz əksini tapır. Verilən malın dəyəri - 28.488 manat, Ödənilən pullar - 24236 manat, Guya qalan borc - 4252 manat, Qabaqcadan verilən 5000 manat nəzərə alınsa, alınmalıdır. Çünki onun da hansı tarixdə kimə və necə verilməsi barədə əlində əsas var və təqdim edir. xx.xx.2023-cü il - 1000 manat Rusifə verilmişdir. xx.xx.2023 - 2000 kart, xx.xx.2023-cü il – 2000 Emo - 010 213-90-04, cəmi: 5000 manat. Qəti surətdə etiraz edərək bildirmişdir ki, onun İddiaçı 30000 (otuz min) manat borcu yoxdur. İddiaçı həmin Şirkətdə artıq işləmir və o ona pul sayıb vermədiyinə görə ondan pul tələb etmək hüququ yoxdur, sadəcə olaraq vətəndaş borc müqaviləsindən istifadə edərək haqqsız olaraq ondan pul tələb edir. Şəxsən özü telefon vasitəsi ilə ona zəng edərək bildirmişdir ki, o həmin Şirkətdən çıxmış, ona bildirmişdir ki, heç kimə pul ödəmə bir az ona pul ver gedib müqavilənaməni ləğv etsin. Ona görə də məhkəmədən xahiş etmişdir ki, İddiaçı tərəfindən borc tələbinə dair iddia ərizəsi tam əsassız hesab edilsin və baxılmadan geri qaytarılması təmin edilsin. - Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə ünvanladığı etiraz məktubunda bildirmişdir ki, on yeddi noyabr 2023-cü il tarixdə İddiaçı ilə bağlanmış borc müqaviləsinə əsasən o ondan otuz min manat borca pul almamışdır. Həmin pul Bakıda yerləşən Komiforest Şirkətinin rəhbəri Əbülfət Mehdiyevin puludur. Ona görə də məhkəmədən xahiş etmişdir ki, həmin müqavilənaməni qanun tələbinə uyğun olaraq etibarsız hesab edib ləğv edilsin və İddiaçı məhkəməyə dəvət edib, gətirilməsini təmin edib, bir başa onunla zalda üzləşməsi təmin edilsin. Həmin müqavilənamə imzalandıqdan dərhal sonra onun notarusda əyləşdiyi stolun üzərində həmin pulu Ramal götürüb Mehdiyev Əbülfətə qaytarıb. Ondan sonra Mehdiyev Əbülfət ona 01 dekabr 2023cü ildə 5x15x6 metrəlik 736 ədəd 33.12 m3 dəyəri 300 manatdan məbləği 9936 manat mal göndərib. 15.Xİİ.2023-cü il tarixdə quru taxta obşikka 10023 manat məbləğində mal göndərib 17.Xİİ.2023-cü il tarixdə 2.5x12x6=314 ədəd, 2.5x15x6=330 ədəd, 5x15x4=196 ədəd, 5x20x4=237 ədəd ümumi cəmdə 28.437 m, 3x295 manatdan 8528 manatlıq mal göndərmişdir. Ümumi cəmdə 9936+10023+8528=28.487 manatlıq. Bu cədvəl müqavilədən sonra ona göndərilən materialların dəyəri İddiaçı göndərdiyidir. İndi isə onun İddiaçı özünün dediyi formada ona qaytarılan pulların dövriyyəsini təqdim etmişdir. 13.Xİİ.2023-cü ildə Bakıda Komforest şirkətində şəxsən Ramala sürücü Atifin yanında 8000 manat, 15.Xİİ.2023-cü ildə Ramala Emo nömrəyə ********** nömrəyə 1500 manat, 17.Xİİ.2023-cü ildə Ramala Emo 436 manat, 25.Xİİ.2023-cü ildə Ramala Emo telefona 300 manat, xx.xx.2024-cü il tarixdə Ramal zəng edib deyib onun dediyi karta 2000 manat, xx.xx.2024cü il tarixdə karta 2000 manat, xx.xx.2024-cü il tarixdə Ramala karta 1000 manat, xx.xx.2024-cü il tarixdə Ramala karta 2000 manat, xx.xx.2024-cü il tarixdə Ramala obyektdə Kürdəmirdə Əbülfət müəllimlə ikisi gələndə 1000 manat, xx.xx.2024-cü il tarixdə Ramala karta 2000 manat, xx.xx.2024-cü il tarixdə Ramala karta 2000 manat, xx.xx.2024cü il tarixdə Ramala karta 2000 manat, 8000+1500+436+300+2000+2000+1000+ 2000+1000+2000+2000+2000=24236 manat, verilən malın dəyəri – 28487 manat. Ödənilən pullar – 24236 manat. Beləliklə subuta yetirilir ki, 4251 manat onun iştirakıyla gələn maldan Ramalın göndərdiyi Əbülfət müəllimlə razılaşıb göndərdiyi maldan onun pulundan qalan borc 4251 manat təşkil edir. Qalan borc Kürdəmir rayon sakini X2 oğlu Bəhruzla işlədiyi dövrdə Əbülfət müəllimə olan borcudur, onun ona aidiyyatı yoxdur. Yuxarıda göstərilənlərə əsaslanaraq qanuna müvafiq olaraq adları qeyd olunan şəxsləri məhkəmə proseslərinə üzləşmə üçün dəvət edilməsini xahiş etmişdir. - Cavabdeh məhkəməyə ünvanladığı etiraz məktubunda adı şahid kimi qeyd edilmiş X2 xx.xx.2024-cü il tarixdə məhkəməyə ünvanladığı ərizəsində qeyd edilmişdir ki, İddiaçı Bakı şəhərində yerləşən Komuforest Şirkətinin işçisi olmuşdur. İddiaçı ilə Cavabdeh arasında bağlanmış borc müqaviləsinə əsasən ikinci tərəf nağd olaraq pul vəsaiti alınmamışdır. Həmin təklif Şirkətin rəhbəri Əbülfət Mehdiyevə aiddir. Həmin pul da Əbülfət Mehdiyevin pulu olaraq İddiaçı verilmiş, rəsmiyyət xatirinə gələcəkdə göndərəcəyi tikinti materiallarına görə olmuşdur. Eşitdiyi və bildiyinə görə həmin pulu notarusdan çıxandan sonra dərhal Cavabdeh almış və Əbülfətə geri qaytarmışdır. X3 göstərişinə əsasən Ramal Cavabdeh 28482 manatlıq tikinti materialları göndərmiş, 24432 manat pulunu geri almışdır. Cavabdeh cəmi 4251 manat borcu vardır. Həmin borc da Əbülfət Mehdiyevə aiddir. Eşitdiyinə görə Cavabdeh dediyinə görə guya Sübhan Ramaldan armatur və digər material üçün pul istəmiş, o da guya 30000 manatı Sübhana ona görə vermişdir. İddiaçı işlətdiyi ifadəsi yanlışdır, Sübhana böhtan atır, subutu olmayan şayələr gəzdirir. Yuxarıda göstərdiyi sübutlara əsaslanaraq rəsmi olaraq bildirmişdir ki, bağlanmış müqavilə əsasında verilən (guya) pul Komuforest Şirkətinin rəhbəri Əbülfət Mehdiyevin puludur, həmin pulu onun göstərişi ilə Ramal yanında bir nəfər yoldaşla Əbülfətin kassasından götürmüş, Əbülfətin zənginə əsasən Sübhanı götürüb Notarusa getmiş, orada borc müqaviləsi bağlanmış, Notarusdan çıxan kimi həmin pulu aparıb qaytarıb Əbülfətə vermişdir. Sübhan ondan heç vaxt bir manat da olsun istər rəsmi, istərsə də qeyri rəsmi borca pul istəməmiş və almamışdır. Bütün bu hərəkətlər Şirkətin rəhbəri Əbülfətin göstərişi ilə olmuş, göndərilən mal-materiallarda Əbülfət Mehdiyevin materialıdır, həmin pullar da Ramalın vasitəsi ilə Əbülfət Mehdiyevə göndərilmişdir. 4169 -7385-1348-9280 nömrəli kart vasitəsi ilə, ********** telefon nömrəsi ilə EMO karta göndərilmiş və əlavə olaraq Ramalın dediyi X1 adına olan karta göndərilmişdir. Ona görə də məhkmədən xahiş etmişdir ki, etiraz ərizəsinii Cavabdeh verdiyi etiraz ərizəsinə əlavə edilsin. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh xx.xx.2023cü il tarixdə 30000 manat borc pul vermiş və cavabdeh həmin pulu ayda 2500 manat olmaqla, xx.xx.2024-cü il tarixədək geri qaytaracağına dair öhdəlik götürmüşdür. Hətta bununla bağlı aralarında 8 saylı notariat ofisində borc müqaviləsi bağlanmışdır. Uzun müddət keçməsinə baxmayaraq cavabdeh özərinə düşən öhdəliyi icra etməmiş və hazırda iddiaçı pul tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Cavabdeh iddianı qəbul etmədiyini, iddiaçı tərəfdən pul yox, mal aldığını və onun da pulunu kartına atdığını bildirmişdir. Lakin buna dair sübutu məhkəməyə təqdim etməmişdir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı cavabdehin iddiaçıdan 30000 manat borc pul alması təsdiq olunmuş, lakin cavabdehin həmin borc puldan dəniş etməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi sübutları isə iddiaçı təkzib etmiş, cavabdehin heç bir ödəniş etmədiyini, etiraz ərizəsində adı qeyd edilən Rəsulun hal-hazırda Əbülfəzə borcu olduğunu, ***-***-**-** telefon nömrəsinin Əbülfəzin olduğunu, M10-la həmin nömrəyə edilmiş ödənişlərin isə Əbülfəzə edilmiş ödənişlər olduğunu, cavabdehə borc verən zaman aralarında müqavilə bağlandığını, yanlarında kənar şəxs olmadığını, bu səbəbdən də X2 məhkəməyə təqdim etdiyi ərizədə qeyd edilənlərin həqiqəti əks etdirmədiyini bildirmiş və bunu təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddiasını təqdim etdiyi sübutlarla təsdiq etdiyindən və cavabdeh tərəf bunun əksini təsdiq edən sübutlar təqdim etmədiyindən iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan aldığı 30000 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Göründüyü kimi, cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29.1 və 29.3-cü maddələrinə əsasən “Hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər.” Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1 -ci maddəsinə əsasən “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3 -ci maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh iddiaçı qarşısında öhdəlik götürdüyündən və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh 30000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi məqsədəmüvafiq hesab edilməlidir. MPM-in: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixində 8 saylı notariat ofisində bağlanmış “Borc müqavilə”si üzrə 30000 (otuz min) manat borc, hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə ödənilmiş 326 (üç yüz iyirmi altı) manat pul vəsaiti və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 181 (bir yüz səksən bir) manat məbləğində dövlət rüsumu, ümumilikdə 30507 manat pul tutularaq iddiaçı İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixində 8 saylı notariat ofisində bağlanmış “Borc müqavilə”si üzrə 30000 (otuz min) manat borc, hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə ödənilmiş 326 (üç yüz iyirmi altı) manat pul vəsaiti və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 181 (bir yüz səksən bir) manat məbləğində dövlət rüsumu, ümumilikdə 30507 manat pul tutularaq iddiaçı İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar