Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-1005/2024 13.08.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 iştirakı ilə İddiaçı "xxxx" ASC-nın Cavabdeh qarşı sığorta ödənişinin tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı sığorta ödənişinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2629,2 manat məbləğində sığorta ödənişinin və 46,30 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-yə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddiasını onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə PAA********** nömrəli sığorta müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “Mersedes Benz C230” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə “Mersedes Benz C230” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, H.B.Zərdabi küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və “Kia Rio” markalı, ** NS *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 2629,2 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhər BPİ BDYPİ-dən onlara inzibati xəta haqqında qərar daxil olmuş, həmin qərara əsasən Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327,1 və 327.6-cı maddələri ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri görülmüşdür. Qərarda Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. Bakı şəhər BPİ DYPİ-nin "xxxx" ASC-yə təqdim etdiyi arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. “İcbari sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Qeyd olunanlara əsasən iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 2629,2 manat sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Ona görə də Cavabdeh 2629,2 manat məbləğində sığorta ödənişinin və dövlət rüsumuna görə ödənilmiş 46,30 manat pulun əvəzinin alınıb iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək iddia ərizəsini müdafiə etdiyini və məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçını nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Bu halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Cavabdeh yol hərəkəti qaydalarını pozmaqla yol nəqliyyat hadisəsi yerindən yayınmış, bununla da inzibati xəta törətmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhər DYPİ-nin xx.xx.2020-ci il tarixli qərarına əsasən Cavabdeh İXM-nin 327.1 və 327.6-cı maddəsi ilə təqsirli bilinib barəsində 100 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. İş materiallarında olan icbari sığorta müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə PAA********** nömrəli sığorta müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “Mersedes Benz C230” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, 01 il müddətə sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 20-05584/11/AA-4389/20 nömrəli sığorta aktının surətindən görünür ki, sığortaçı-iddiaçı "xxxx" ASC, sığortalı - Cavabdeh, sığorta predmeti “Mersedes Benz C230” markalı ** BR *** dövlət nömrə nişanlı avtomobil, İİİ-cü və faydalanan şəxs X3, zərər dəymiş əmlak “Kia Rio” markalı, ** NS *** dövlət qeydiyyat nişanlı avtomobil, dəymiş zərər 2629,2 manat, sığorta ödənişinin məbləği 2629,2 manat olmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 010454 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, iddiaçı "xxxx" ASC sığorta aktına əsasən PAA********** nömrəli sığorta şəhadətnaməsi üzrə 2629,2 manat sığorta ödənişi köçürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, AS-23/527 nömrəli geriyə tələb məktubunun surətindən görünür ki, iddiaçı "xxxx" ASC sığorta aktına əsasən PAA********** nömrəli sığorta şəhadətnaməsi üzrə ödənilmiş 2629,2 manat sığorta ödənişinin 10 gün müddətində qaytarılmasını, əks halda məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqress qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə (subroqasiya hüququ) əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Bu normaya uyğun olaraq, sığorta ödənişi verildiyi andan sığortaçı hadisənin baş verməsində təqsirli olan şəxsə qarşı zərərçəkənin - sığorta müqaviləsi üzrə faydalanan şəxsin tələb hüququnu əldə edir. Bu tələb hüququ isə "İcbari sığorta haqqında" Azərbaycan Respublikası Qanununun xüsusi normasına müvafiq olaraq əmələ gəlir. Belə ki, həmin qanunun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında yaranır. Zərərçəkənin ona vurulmuş zərərin əvəzini zərəri vurandan tələb etmək hüququ, zərərvuranın isə başqasının əmlakına vurulmuş zərərin əvəzini tam ödəmək öhdəliyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələri ilə müəyyən olunmuşdur. Bu normaların mənasına görə hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər (mad. 21). Mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (mad. 1096). Delikt nəticəsində fiziki və ya hüquqi şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir (mad. 1097). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə PAA********** nömrəli sığorta müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “Mersedes Benz C230” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh yol hərəkəti qaydalarını pozmaqla yol nəqliyyat hadisəsi yerindən yayınmaqla inzibati xəta törətmiş, Bakı şəhər DYPİ-nin xx.xx.2020-ci il tarixli qərarına əsasən Cavabdeh İXM-nin 327.1 və 327.6-cı maddəsi ilə təqsirli bilinib barəsində 100 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. Sığortaçı-iddiaçı "xxxx" ASC, zərər dəymiş əmlak “Kia Rio” markalı, ** NS *** dövlət qeydiyyat nişanlı avtomobil, dəymiş zərər 2629,2 manat, sığorta ödənişinin məbləği 2629,2 manat olmuşdur. İddiaçı "xxxx" ASC sığorta aktına əsasən PAA********** nömrəli sığorta şəhadətnaməsi üzrə 2629,2 manat sığorta ödənişi köçürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə və “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.8-ci maddəsinə uyğun olaraq "xxxx" ASC-nin dəymiş zərərə görə sığorta ödənişinin məbləği, yəni 2629,2 manat məbləğində subroqasiya hüququ yaranmışdır. Məhkəmə iş materiallarında olan sənədləri və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, avtomobilə vurulmuş zərərə görə ödənilmiş 2629,2 manat məbləğində sığorta ödənişi Cavabdeh alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, iddiaçı dövlət rüsumuna görə 46,30 manat ödəmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin məbləği tam təmin edildiyi üçün ödənilmiş iddia tələbinin məbləğinə uyğun olaraq ödənilmiş 46,30 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2629,2 manat və 46,30 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №e-2(017)-1005/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-1005/2024
13.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver