Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-1006/2024 26.07.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nın nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, borclu X3 "xxxx" Açıq Səhmdar Cəmiyyətinın Gəncə filialı ilə bağladığı BPM**********18 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 3250 manat nağd, BPM**********11 saylı, xx.xx.2020-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən 700 manat məbləğində kart krediti limiti verilmişdir. Lakin, əldə olunmuş məlumata görə borclu X3 xx.xx.2023-cü il tarixində vəfat etmişdir. 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən X1 miras əmlakına dair Ağcabədi şəhəri, H.Əliyev prospekti, 403 ünvanında qeydiyyatda olan qızı Cavabdeh miras payı ələ etməsi barədə xx.xx.2023-cü il tarixli, 2V-732 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borclanan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. xx.xx.2023-cü il tarixli nağd kredit üzrə maliyyə arayışına əsasən, X1 Banka ödənilməmiş qalan 2095.79 manat əsas, 27.68 manat faiz borcu qalmışdır. xx.xx.2024-cü il tarixli kart kredit limiti üzrə maliyyə arayışına əsasən, X1 Banka ödənilməmiş qalan 699.15 manat əsas, 43.02 manat faiz borcu qalmışdır. Cavabdeh qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC-nin qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Odur ki, X1 vərəsəsi Cavabdeh İddiaçı "xxxx" ASC-nin xeyrinə nağd kredit üzrə 2095.79 manat əsas, 27.68 manat faiz borcu olmaqla cəmi 2123.47 (iki min yüz iyirmi üç manat qırx yeddi qəpik) manat kredit borcunun, kart kredit limiti üzrə 699.15 manat əsas, 43.02 manat faiz borcu olmaqla cəmi 742.17 (yeddi yüz qırx iki manat on yeddi qəpik) manat kredit borcunun, ödənilmiş 48.66 (qırx səkkiz manat altmış altı qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının tutulması barədə məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, məhkəmədən iddianın tam təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 16 yanvar 2023-cü il tarixdə digər və dəqiqləşdirilməmiş qaraciyər sirrozu səbəbindən ölmüşdür. İş materiallarında olan 17 iyul 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 16 yanvar 2023-cü il tarixdə vəfat etmiş X1 vərəsəsi Cavabdeh tam mirasçısıdır və miras qoyan X1 adına qalmış xx.xx.2022-ci il tarixdə götürdüyü lombard krediti üzrə 54.8 qram , xx.xx.2022-ci il tarixdə götürdüyü lombard krediti üzrə 16.3 qram girov qismində qızıl-zinət əşyalarından ibarətdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx xxxx 19750-ci il tarixdə ünvan 2 ünvanda yaşayır. İş materiallarında olan "xxxx" ASC-ti ilə X4 arasında bağlanmış 23 fevral 2022-ci il tarixli, BPM**********18 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı bank cavabdeh X2 illik 21 faiz olmaqla 29 ay müddətinə qaytarılmaq şərti ilə 3250 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, mərhum Qəndab Həmid qızının 23 fevral 2022-ci il tarixli, BPM**********18 saylı kredit müqaviləsi üzrə 2095.79 manat əsas, 27.68 manat faiz cəmi 2123.47 manat , kart kredit limiti üzrə 699.15 manat əsas, 43.02 manat faiz borcu, ödənilmiş 48.66 (qırx səkkiz manat altmış altı qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat borcu olmaqla, ümumilikdə cəmi 2914.70 (iki min doqquz yüz on dörd manat yetmiş qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan "xxxx" ASC-nin bildirişlərindən görünür ki, iddiaçı "xxxx" ASC-ti tərəfindən Cavabdeh borcun qaytarılması üçün lazımi qaydada xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən tərəflərin öhdəliklərinə xitam verilməli və cavabdehlər aldığı krediti qaytarmalı, kreditdən istifadəyə görə faizləri, həmçinin vurduğu zərəri ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1 və 1306.2-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə təsdiq olundu ki, X3 ilə "xxxx" ASC arasında kredit müqaviləsi bağlanmışdır. Bank üzərinə düşən öhdəliyi tam yerinə yetirmiş, X2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinın Gəncə filialı ilə bağladığı BPM**********18 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 3250 manat nağd, BPM**********11 saylı, xx.xx.2020-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən 700 manat məbləğində kart krediti limiti verilmişdir. Lakin cavabdeh kredit müqaviləsinin şərtlərinə uyğun olaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, müəyyən edilmiş qrafik üzrə kredit borcunu banka ödəməmişdir. X1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinın Gəncə filialı ilə bağladığı BPM**********18 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 2095 manat 79 qəpik, BPM**********11 saylı, xx.xx.2020-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən 699 manat 15 qəpik əsas, 43 manat 02 qəpik təşkil edir. X3 xx.xx.2023-cü il tarixdə ölmüş, onun vərəsəsi – Cavabdehdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, "xxxx" ASC ilə X3 arasında bağlanmış BPM**********18 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 2095 manat 79 qəpik, BPM**********11 saylı, xx.xx.2020-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən 699 manat 15 qəpik əsas, 43 manat 02 qəpik habelə ödənilmiş 48 manat 66 qəpik dövlət rüsumu və 0,40 manat xidmət haqının mərhum X1 vərəsəsi – Cavabdeh ona çatan miras payı həcmində tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinın Gəncə filialı ilə X3 arasında bağlanmış BPM**********18 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 2095 manat 79 qəpik əsas, 27 manat 68 qəpik faiz borcu, həmçinin BPM**********11 saylı, xx.xx.2020ci il tarixli Tam kart çərçivə müqaviləsi üzrə yaranmış 699 manat 15 qəpik əsas, 43 manat 02 qəpik faiz borc, habelə ödənilmiş 48 manat 66 qəpik dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı olmaqla, ümumilikdə cəmi 2914 (iki min doqquz yüz on dörd manat) 70 (yetmiş) qəpik X1 vərəsəsi – Cavabdeh ona çatan miras payı həcmində tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada veridiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №e-2(017)-1006/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-1006/2024
26.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver