Məhkəmə qərarları › İş №e-2(017)-106/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-106/2025

22.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-106/2025 22.07.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı "yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, “Changan Uni-K” markalı ** OV *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. xx.xx.2024-cü il tarixdə saat 20:30 radələrində Cavabdeh Bakı şəhəri, Hövsan qəsəbəsi ərazisində “VAZ 21705” minik markalı ** UH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən araməsafəsi qaydalarını pozmuş, nəticədə “Changan Uni-K” markalı ** OV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa hissəsindən vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh təqsirindən hadisə nəticəsində iddiaçıya məxsus olan “Changan Uni-K” markalı ** OV *** dövlət qeydiyyat nişanlı avtomobilə 12731,35 manat maddi zərər dəymişdir. Yol nəqliyyat hadisəsi baş verməsində cavabdeh təqsirli bilinərək barəsində xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh verməyə dair qərar qəbul edilmişdir. Həmin qərarla İXM-nin 327.1-ci maddəsinə (ara məsafəsi qaydalarının pozulmasına görə) əsasən 40 manat cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. “Changan Uni-K” markalı ** OV *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən mülki məsuliyyətin icbari sığortası üzrə sığortalanmışdır. "xxxx" ASC tərəfindən təqdim edilmiş "xxxx" MMC tərəfindən icra olunmuş zərər dəymiş avtomobilin qiymətləndirilməsinə dair xx.xx.2024-cü il tarixli hesabata əsasən “Changan Uni-K” markalı ** OV *** dövlət qeydiyyat nişanlı avtomobilə 12731,35 manat məbləğində zərər dəymişdir. "xxxx" ASC tərəfindən sığorta ödənişi olaraq bir yol nəqliyyat hadisəsi üzrə maksimum məbləğ olan 5000 manat ödənilmişdir. Zərərin 5000 manat hissəsi sığorta şirkəti tərəfindən qarşılansa da, qalan 7731,35 manat hissəsi ödənilməmiş qalmışdır. Yol nəqliyyat hadisəsi cavabdehin təqsirli hərəkəti nəticəsində baş verdiyindən avtomobilə dəymiş zərərin qalan hissəsi, yəni 7731,35 manat cavabdeh tərəfindən ödənilməlidir. Ona görə də cavabdehdən avtomobilə vurulmuş maddi zərərə görə 7731,35 manat və dövlət rüsumuna görə ödənilmiş 98 manat pulun alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək onların iştirakı olmadan işə baxıb iddianın tam təmin edilərək 7731,35 manat məbləğində pulun, dövlət rüsumuna görə ödənilmiş 98 manat pulun və ekspertizanın keçirilməsi üçün çəkilmiş 200 manat məbləğində xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarın surətindən görünür ki, Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsirli bilinib 40 manat miqdarda inzibati cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş BB277857 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2022-ci il buraxılışlı, “Changan Uni-K” markalı ** OV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. İş materiallarına əlavə edilmiş zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli hesabatdan görünür ki, “Changan Uni-K” markalı ** OV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərin yekun qiyməti 14359,00 manat, güzəştli qiymət 12731,35 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, LP-094/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, “Changan Uni-K” markalı ** OV *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş zərərin məbləği 12674 manat təşkil edir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xidmət haqqını təşkil edən 200 manat İddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumuna görə 98,00 manat məbləğində pul ödənilmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli hesabatı ilə "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, LP-094/2025 nömrəli mütəxəssis rəyini müqayisəli şəkildə tədqiq edib məhkəmə hesab edir ki, mütəxəssis rəyi xüsusi biliyə və iş stajına malik mütəxəssis tərəfindən verildiyindən, daha mötəbər və əsaslı faktlara əsaslandığından həmin mütəxəssis rəyi mötəbər sübut kimi qiymətləndirilərək qəbul edilməlidir. Beləliklə, məhkəmə iclasında İddiaçı mülkiyyətində olan 2022-ci il buraxılışlı, “Changan Uni-K” markalı ** OV *** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh tərəfindən ziyan vurulması müəyyən edildi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüququ pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə hesab edir ki, iş materialları ilə İddiaçı mülkiyyətində olan 2022-ci il buraxılışlı, “Changan Uni-K” markalı ** OV *** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh tərəfindən 12674 manat dəyərində zərər vurulması, həmin zərərin 5000 manat hissəsinin sığorta şirkəti tərəfindən ödənilməsi sübut edildiyinə görə iddia qismən təmin edilməli, Cavabdeh avtomobilə vurulmuş maddi zərərə görə 7674 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə sübuta yetirilmədiyinə görə təmin edilməməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Cavabdeh 200 manat məbləğində xidmət haqqı (ekspertiza xərci) alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh avtomobilə vurulmuş maddi zərərə görə 7674 manat (yeddi min altı yüz yetmiş dörd manat) məbləğində pul, dövlət rüsumuna görə ödənilmiş 98,00 manat (doxsan səkkiz manat) və mütəxəssis rəyinə görə ödənilmiş 200,00 manat (iki yüz manat) məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar