Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-1110/2025 21.06.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə borcun tutulmasına dair iddia ərizəsi üzrə işə Ağcabədi şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdirdi ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 02 sentyabr 2022-ci il tarixli, 006A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.6667% olmaqla, 48 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə Cavabdeh 14000 manat məbləğində kredit verilmişdir. Bundan başqa Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə 02 sentyabr 2022-ci il tarixdə bağladığı 006A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833 faiz olmaqla, 48 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi olan bir saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 14000 manat məbləğində kredit götürmüşdür. Dəfələrlə kreditin ödənilməsi üçün Cavabdeh xəbərdarlıqlar olunsa da, kredit borcları ödənilməmiş qalmışdır. Kredit öhdəliyi üzrə cavabdehin 02 sentyabr 2022-ci il tarixli, 006A********** saylı kredit müqaviləsi üzrə 8265 manat 54 qəpik məbləğində kredit borcu, 420 manat 42 qəpik məbləğində faiz borcu, 112 manat 25 qəpik məbləğində cərimə borcu, cəmi 8798 manat 21 qəpik məbləğində borcun və iddia qaldırılması üçün ödənilmiş 107 manat 99 qəpik məbləğində dövlət rüsumunun alınıb bankın hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 məhkəmyə ərizə göndərərək iddia tələbinin təmin olunmasını və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 02 sentyabr 2022-ci il tarixli, 006A********** saylı kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh aylıq faiz dərəcəsi 1.6667% olmaqla 48 ay müddətinə 14000 manatməbləğində kredit verilmişdir. İş materiallarında olan 07 yanvar 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 02 sentyabr 2022-ci il tarixli, 006A********** saylı kredit müqaviləsi üzrə 8265 manat 54 qəpik məbləğində əsas, 420 manat 42 qəpik məbləğində faiz borcu, 112 manat 25 qəpik məbləğində cərimə borcu, ümumilikdə cəmi 8798 manat 21 qəpik məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xəbərdarlıq məktubundan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehə borcun qaytarılması üçün lazımi qaydada xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdiriliş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə (cərimə, penya) pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə borclunun deyil, məhz kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq tənəsübü müəyyənləşdirərək tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh 025A********** saylı kredit müqaviləsi üzrə 112 manat 25 qəpik məbləğində cərimə pulu tələb edir. Məhkəmə qanunvericilik aktının göstərilən normaları baxımından 02 sentyabr 2022-ci il tarixdə bağlanmış 006A********** saylı kredit müqaviləsi üzrə cərimə pulunun azaldılmasını və iddianın həmin hissədə 10 manat həcmində təmin etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılmasına görə iddiaçının ödədiyi 107 manat 99 qəpik dövlət rüsumu iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. İddianın təmin olunmuş hissəsinə uyğun olaraq cavabdehdən 106 manat 96 qəpik dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 02 sentyabr 2022-ci il tarixdə bağlanmış 006A********** saylı kredit müqaviləsi üzrə 8265 manat 54 qəpik məbləğində əsas borc, 420 manat 42 qəpik məbləğində faiz borcu, 10 manat məbləğində cərimə borcu olmaqla, cəmi 8695 manat 96 qəpik məbləğində borc və ödənilmiş 106 manat 96 qəpik məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh tərəfindən kredit müqavilələrinin tələbləri pozulmuş, o, müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-214, 216-222-ci maddələrini rəhbər tuturaq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 02 sentyabr 2022-ci il tarixdə bağlanmış 006A********** saylı kredit müqaviləsi üzrə 8265 manat 54 qəpik məbləğində əsas borc, 420 manat 42 qəpik məbləğində faiz borcu, 10 manat məbləğində cərimə borcu olmaqla, cəmi 8695 manat 96 qəpik məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 106 manat 96 qəpik məbləğində pul tutulsun. Qətnamədən rəsmi qaydada veridiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №e-2(017)-1110/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-1110/2025
21.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver