Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-112/2024 09.01.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 və iddiaçı "xxxx" açıq səhmdar cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı "xxxx" açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh7, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “ölmüş şəxsin kredit borcunun miras qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" açıq səhmdar cəmiyyəti cavabdehlər Cavabdeh7, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “ölmüş şəxsin kredit borcunun miras qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankla mərhum Abdulov İsmayıl Əbilfət oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış 4026,63 manat əsas borcun, həmçinin ödənilmiş 60,26 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının cavabdehlərdən "xxxx" ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" açıq səhmdar cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, Abdulov İsmayıl Əbilfət oğlu ilə "xxxx" ASC arasında xx.xx.2020-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Abdulov İsmayıl Əbilfət oğluna illik 21 faizlə 48 ay müddətinə bankdan 5000 manat məbləğində kredit verilmişdir. Kreditin qaytarılması müddətində kreditin əsas məbləği və ona hesablanmış faizlər razılaşdırılmış qrafik üzrə banka ödənməli idi. Bank üzərinə götürdüyü öhdəliyi tam icra etmişdir. Lakin borcalan Abdulov İsmayıl Əbilfət oğluna kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Abdulov İsmayıl Əbilfət oğlunun kredit müqaviləsi üzrə əsas borcu 4026,63 manat təşkil edir. Abdulov İsmayıl Əbilfət oğlu xx.xx.2021-ci il tarixdə ölmüşdür. Cavabdehlər mərhum Abdulov İsmayıl Əbilfət oğlundan qalmış mirası qəbul etmələrinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Ona görə də Abdulov İsmayıl Əbilfət oğlunun vərəsələri Cavabdeh7, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddiaçı "xxxx" ASC-nin xeyrinə 4026,63 manat əsas borcun, həmçinin ödənilmiş 60,26 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Abdulov İsmayıl Əbilfət oğlu ilə "xxxx" ASC arasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Abdulov İsmayıl Əbilfət oğlu "xxxx" ASC-dən illik 21 faizlə 48 ay müddətinə 5000 manat kredit almışdır. İş materiallarında olan maliyyə arayışdan görünür ki, Abdulov İsmayıl Əbilfət oğlunun xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə Banka olan əsas borc qalığı 4026,63 manat təşkil edir. İş materiallarında olan AZ-İİ 159054 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, borc alan Abdulov İsmayıl Əbilfət oğlu xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Ağcabədi regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusunun xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2021ci il tarixdə ölmüş Abdulov İsmayıl Əbilfət oğlunun adına Ağcabədi regional “Asan Xidmət” Mərkəzində notariat ofisində vərəsəlik işi açılmışdır. Abdulov İsmayıl Əbilfət oğlunun vərəsələri – arvadı Cavabdeh7, qızı Cavabdeh5, qızı Cavabdeh6, oğlu Cavabdeh1, qızı Cavabdeh2, oğlu Cavabdeh3 və oğlu Cavabdeh4 vərəsəliyi qəbul etmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdırlar. İş materiallarında olan bildirişin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehlər Cavabdeh7, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə xəbərdar olunmuşlar. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinin əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1 və 1306.2-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə təsdiq olundu ki, Abdulov İsmayıl Əbilfət oğlu ilə "xxxx" ASC arasında kredit müqaviləsi bağlanmışdır. Bank üzərinə düşən öhdəliyi tam yerinə yetirmiş, Abdulov İsmayıl Əbilfət oğluna 48 ay müddətinə qaytarmaq şərti ilə, illik 21 faiz olmaqla 5000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsinin şərtlərinə uyğun olaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, müəyyən edilmiş qrafik üzrə kredit borcunu banka ödəməmişdir. Abdulov İsmayıl Əbilfət oğlunun xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə Banka olan əsas borc qalığı 4026,63 manat təşkil edir. Abdulov İsmayıl Əbilfət oğlu xx.xx.2021-ci il tarixdə ölmüş, onun vərəsələri - Cavabdeh7, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4dur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, "xxxx" ASC ilə Abdulov İsmayıl Əbilfət oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 4026,63 manat məbləğində əsas borcun, habelə ödənilmiş 60,26 manat dövlət rüsumu və 0,40 manat xidmət haqının mərhum Abdulov İsmayıl Əbilfət oğlunun vərəsələri - Cavabdeh7, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 onlara çatan miras payı həcmində tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. "xxxx" ASC ilə Abdulov İsmayıl Əbilfət oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 4026,63 manat əsas borc, habelə ödənilmiş 60,26 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı Abdulov İsmayıl Əbilfət oğlunun vərəsələri - Cavabdeh7, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 onlara çatan miras payı həcmində tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №e-2(017)-112/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-112/2024
09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver