Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-1131/2024 31.07.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X4 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər X4 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 9616,35 manat əsas borc, 983,53 manat faiz borcu, 40,40 manat məbləğində cərimə borcu, cəmi 11596.57 manat borcun və 124,79 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2022-ci il tarixli 46110***-*******02L saylı əsas kredit limiti razılaşmasına əsasən Cavabdeh1 120 ay müddətinə 50.000 manat məbləğində kredit limiti ayrılmışdır. Əsas kredit limiti razılaşması üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli 46FİZAM188443105 saylı zaminlik müqaviləsi bağlanmış və zamin kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşdür. Əsas kredit limiti razılaşmasının şərtlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 17 % dərəcəsi ilə 12000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcədə öhdəlik üzrə zamini Cavabdeh2 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Əsas kredit limiti razılaşması üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 9616.35 manat məbləğində əsas kredit borcu, 983.53 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu 40.40 manat kredit üzrə cərimə borcu olmaqla, cəmi 11596.57 manat məbləğində borcu qalmaqdadır. Ona görə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızından müştərək qaydada 9616.35 manat məbləğində əsas kredit borcunun, 983.53 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 40.40 manat məbləğində cərimə borcunun, cəmi 11596.57 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılarkən ödənilmiş 124.79 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı “Bank Respublika» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər X4 və Cavabdeh2 məhkəməyə gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 11 avqust 2022-ci il tarixli, 46110***- *******02L saylı əsas kredit limiti razılaşmasından görünürki, bu müqavilə 120 ay müddətinə, 50.000 manat məbləğində kredit limiti ayrılması ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 04 noyabr 2022-ci il tarixli SMS razılaşmasından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 17 % dərəcəsi ilə 12000 manat məbləğində kredit verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 06 oktyabr 2023-cü il tarixli, 46FİZAM188443105 saylı zaminlik müqaviləsindən görünür ki, cavabdeh (kredit alan) X2 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən götürdüyü kredit limiti müqaviləsi ilə əlaqədar olaraq zamin (cavabdeh) Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə kredit alan-cavabdeh X4 ilə birlikdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş 26 fevral 2024-cü il tarixli pretenziyadan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən X3 və Cavabdeh2 ödənilməmiş 10572,64 manat əsas borc, 618,93 manat faiz borcu, 12,36 manat cərimə, cəmi 11203,93 manat məbləğində pul vəsaitinin ödənilməsi təklif edilmişdir. Əks təqdirdə, öhdəlik pozulduğu üçün kredit müqaviləsinin birtərəfli qaydada ləçv ediləcəyi diqqətə çatdırılmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 02 may 2024-cü il tarixli maliyyə arayışdan görünür ki, X2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 9616,35 manat əsas borc, 983,53 manat faiz borcu, 40,40 manat cərimə borcu olmaqla, cəmi 11596,57 manat borcu vardır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2022-ci il tarixli 46110***-*******02L saylı əsas kredit limiti razılaşmasına əsasən Cavabdeh1 120 ay müddətinə 50.000 manat məbləğində kredit limiti ayrılmışdır. Əsas kredit limiti razılaşması üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli 46FİZAM188443105 saylı zaminlik müqaviləsi bağlanmış və zamin kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşdür. Əsas kredit limiti razılaşmasının şərtlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 17 % dərəcəsi ilə 12000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcədə öhdəlik üzrə zamini Cavabdeh2 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Ona görə də İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər X4 və Cavabdeh2 qarşı 9616,35 manat əsas borc, 983,53 manat faiz borcu, 40,40 manat məbləğində cərimə borcu, cəmi 11596.57 manat borc və 124,79 manat ödənilmiş dövlət rüsumu tələbinə dair məhkəmədə iddia qaldırılmışdır. Cavabdehlər X4 və Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tələb olunan 9616,35 manat əsas borc, 983,53 manat faiz borcu, 40,40 manat cərimə borcunun cəmi 10640,28 manat olmasına baxmayaraq, iddia ərizəsində və 02 may 2024-cü il tarixli maliyyə arayışında səhvən cəmi 11596,57 manat qeyd olunmuşdur. Ona görə də, bu hal nəzərə alınmalıdır. Bundan başqa, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X4 və Cavabdeh2 qarşı 9616,35 manat əsas borc, 40,40 manat cərimə borcu ilə bağlı tələbi əsaslı olsa da, iddianın 983,53 manat faiz borcu hissəsi əsassızdır. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarında göstərimişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər X3 və Cavabdeh2 26 fevral 2024-cü il tarixli pretenziya göndərilmiş və həmin tarixə cavabdehlərin ödənilməmiş 10572,64 manat əsas borc, 618,93 manat faiz borcu, 12,36 manat cərimə, cəmi 11203,93 manat məbləğində pul vəsaitinin ödənilməsi təklif edilmişdir. Ona görə də, cavabdehlər X4 və Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə faiz borcunun hesablanması məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi tarixədək deyil, tərəflər arasındakı müqaviləyə xitam verildiyi tarixədək, yəni 26 fevral 2024-cü il tarixədək hesablanmalıdır. Digər tərəfdən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X4 və Cavabdeh2 qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı müqavilənin ləğv edildiyi tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsi tələbi mövcud deyildir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X4 və Cavabdeh2 qarşı ödənilməmiş 9616,35 manat əsas borc, 40,40 manat cərimə borcu ilə bağlı tələbi əsaslı olsa da, iddianın 983,53 manat faiz borcu hissəsi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək cavabdehlər X4 və Cavabdeh2 müştərək qaydada 9616,35 manat əsas borc, 26 fevral 2024-cü il tarixə hesablanmış və ödənilməmiş 618,93 manat faiz borcu, 40,40 manat cərimə borcu, cəmi 10275,68 manat borc alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 124,79 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 124,79 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər X4 və Cavabdeh2 müştərək qaydada 9616,35 manat əsas borc, 618,93 manat faiz borcu, 40,40 manat cərimə borcu və ödənilmiş 124,79 manat dövlət rüsumu, cəmi 10400 (on min dörd yüz) manat 47 (qırx yeddi) qəpik alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №e-2(017)-1131/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-1131/2024
31.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver