Məhkəmə qərarları › İş №e-2(017)-114/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-114/2024

31.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-114/2024 31.01.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Agcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsində iş üzrə cavabdeh, Ağcabədi rayonunun Hacıbədəlli kənd sakini Cavabdeh adlı mebel ustasından 11 noyabr 2022-ci il tarixdə mebel dəstəkləri satılan mağaza soruşmuş, daha sonra 3-4 dekabr 2022-ci il tarixində “vatsap” vasitəsilə (foto və səsli arxiv mövcuddur) ona əvvəlcədən forması və materialı, texniki tələbləri təqdim etdiyi certyoj və fotogörüntü ilə bəlli olan mebel, (1 ədəd TV stend və 1 ədəd jurnal masası) hazırlaması üçün müraciət etmişdir. Cavabdeh hesablayaraq 900 manata 10 günə keyfiyyətli TV stend və jurnal masası hazırlayacağını söz vermiş, əvvəlcə 400 manat, bir neçə gün sonra guya pulu az olduğu üçün 200 manat istəyərək öncədən plastik kart hesabına ödəməsini tələb etmiş və o, həmin karta 600 manat pulu köçürmüşdür. Əlavə olaraq 50 manat mebeli ünvana gətirən fəhlələrə vermişdir. Gətirilən mebel tam yararsız olmuş, iddia etdiyi keyfiyyətdə və görünüşdə olmamışdır. X3 adında iş yoldaşı və bir neçə fəhlə gətirmiş, Samir özü isə gəlməmişdir. O, bir neçə gün sonra Samiri mənzilə çağırıb mebeli göstərmiş, mebellərlə bağlı iradlarını bildirmiş və öz aralarında razılığa gələrək mebeli sexə geri qaytarılmış və 1 həftəyə pulu qaytaracağına cabvabdeh söz vermişdir. Lakin sonradan cavadeh nə onun telefon zənglərini açmış nə də pulu qaytarmışdır. Sonuncu dəfə 23 mart 2023-cü il tarixdə pulu mart ayının sonuna qaytaracağını söz vermiş, lakin yenə ona yalan vəd verərək pulu qaytarmamışdır. O, cavabdehin bu əməlləri barədə X1 102 xidmət mərkəzinə məlumat vermiş, lakin Bakı şəhər Baş Polis İdarsəindən ona ünvanladığı müracət mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də o, məhkəmədə mülki qaydada iddia qaldırmaq qərarına gəlmiş və məhkəmədən iddia tələbinin təmin edilməklə Cavabdeh xeyrinə 650 manat maddi zərərin, əldən çımış faydaya görə 300 manat, cəmi 950 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə məlumat (məhkəmədə iştrak barədə) göndərərək, iddia tələbini müdafiə etdiyini, Qarabağ ərazisində əsaslı tikinti işlərində işlədiyi üçün məhkəmə iclasınada iştrak edə bilməyəcəyini, videogörüntü və ya digər metodlarla məhkəmədə iştrak edə və zəruri suallara cavab verə biləcəyini, cavabdehin həm qanuni tərəfdən həm də mənəvi tərəfdən yolverilməz hərəkətlərinin Azərbaycan Respublikasının qanunları ilə ciddi cəzalandırılmasını və onun iştrakı olmadan işə baxaraq iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edərək, izahatında iddia tələbini qismən qəbul etdiyini, Bakı şəhərində mebel sexlərinin birində usta işlədiyini, təxminən 2022-ci ilin axırlarında İddiaçı adlı şəxsin onun işlədiyi mebel sexinə gələrək mebel sifariş etdiyini, həmin mebelə görə İddiaçı onun adına olan plastik kart hesabına 600 (altı yüz) manat pul köçürdüyünü və o da, sifariş edilən mebeli hazırlayaraq İddiaçı ünvanına göndərmişdir. Lakin Veysəl mebeli bəynmədiyi üçün mebeldən imtina etmişdir. Həmin vaxt onlar öz aralarında razılığa gəlmişlər ki, mebel sexə qaytarılsın və satıldıqdan sonra Veysələ olan 600 manat borcunu qaytarsın. Təxminən bir il müddət olar ki, mebellər sexdə saxlanılır və hələ ki, satılmayıbdır. Mebeli satan kimi Veysələ olan 600 manat borcunu tam ödəyəcəkdir. O, əlavə olaraq göstərmişdir ki, Veysəl Əliyev ona 600 manatdan artıq pul verməmişdir. Odur ki, göstərilənləri nəzərə alınaraq iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş 31 iyul 2023cü il tarixli, 313144-5/2.2-45057,2023 saylı məktubdan görünür ki, İddiaçı mebel ustası Cavabdeh sifariş olunmuş mebelə görə verilmiş 600 manat pulu qaytarması və keyfiyyətsiz iş görməsi barədə müraciət etmiş və ona bununla bağlı mülki xarakterli tələb olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İşdə olan 05 dekabr 2022-ci il tarixli və 08 dekabr 2022-ci il tarixli qəbzlərin surətindən görünür ki, eManat terminal vasitəsilə Cavabdeh adına olan plastik kart hesabına xx.xx.2022-ci il tarixdə 09:57 dəqiqədə 400 manat, xx.xx.2022-ci il tarixdə 11:09 dəqiqədə isə 200 manat pul köçürülmüşdür. İşdə olan 04 oktyabr 2023-cü il tarixli AsanPay-ödəniş qəbzdən görünür ki, İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 1128.1-ci maddəsinə əsasən malın, işin və ya xidmətin kostruksiyası, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə)dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehlakçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub olmadığına baxmayaraq, ödəməlidirlər. Həmin Məcəllənin 1128.3-cü maddəsinə əsasən əgər məhsul bütün hallar nəzərə alınmaqla ondan gözlənilən etibarlığı təmin etmirsə, keyfiyyətsiz sayılır. Həmin Məcəllənin 1128.3-cü maddəsinə əsasən işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxss (icraçı) ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı tərəfindən Cavabdeh aralarında olan şifahi razılaşma əsasında 600 manata qiymətləşərək mebel sifariş edilmiş, cavabdehin plastik kart hesabına iddiaçı tərəfindən ayrı-ayrılıqda iki dəfənə 400 manat və 200 manat olmaqla ümumilikdə 600 manat pul köçürülmüş, iddiaçı tərəfindən mebel tələblərinə uyğun gələmədiyi üçün imtna olunmuş və mebel sexə geri qaytarılmışdır. Cavabdeh tərəfindən mebel sexə qaytarılaraq satılıb iddiaçıya olan 600 manat pulun qaytarılması öhdəliyi öz üzərinə götürülsə də, hazırkı vaxtadək cavabdeh tərəfindən heç bir məbləğdə ödəniş edilməmiş və cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə 30 manat dövlət rüsumu İddiaçı tərəfindən ödənildiyindən həmin məbləğ də cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Beləliklə, məhkəmə iş üzrə müəyyən olunmuş sübutlara hüquqi qiymət verərək belə bir nəticəyə gəlir ki, İddiaçı tərəfindən Cavabdeh hesab kartına sifariş olunmuş mebelin dəyəri olaraq ödənilmiş 600 (altı yüz) manat məbləğində cavabdehin borc öhdəliyi yaranması öz təsdiqini tapır, əldən çıxmış faydaya görə 300 manat pul tələbi isə öz təsdiqini tapmır. İddiaçı tərəfindən məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumu işdə olan qəbzdə öz təsdiqini tapır. Cavabdeh borclu olduğu pulun qaytarılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi pozmaqla onu icra etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə İddiaçı iddia tələbinin qismən təmin olunması qənaətinə gəldi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-222, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 600 (altı yüz) manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 30 manat, ümumilikdə 630 (altı yüz otuz) manat pul tutularaq iddiaçı X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar