Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-117/2025 13.02.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, X1 iştirakı ilə İddiaçı MM QBKT-nın Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı MM QBKT Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 4471 manat əsas borc, 1205 manat 34 qəpik faiz borcu, 315 manat 77 qəpik cərimə olmaqla, cəmi 5992 manat 11 qəpik borcun və 79 manat 93 qəpik ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MM QBKT-nın nümayəndəsi Nümayəndə2 iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MM QBKT ilə Cavabdeh arasında bağlanmış 13 fevral 2024-cü il tarixli, **********0087 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə, 27 % dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Cavabdeh öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında cavabdehlik daşımağı öhdələrinə götürmüşdürlər. Borcun ödənilməsi barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsindən yayınmışdır. Ona görə də 13 fevral 2024-cü il tarixli, **********0087 saylı kredit müqaviləsi üzrə Cavabdeh 4471 manat əsas borc, 1205 manat 34 qəpik faiz borcu, 315 manat 77 qəpik cərimə olmaqla, cəmi 5992 manat 11 qəpik borcun və 79 manat 93 qəpik ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi “Elektron Məhkəmə” sistemi vasitəsilə məhkəməyə ünvanladığı ərizədə mülki iş üzrə təyin olunmuş məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan 13 fevral 2024-cü il tarixli, **********0087 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə 24 ay müddətinə, 27 % dərəcəsi ilə 5000 manat məbləğində kredit manat məbləğində kreditin verilməsi ilə əlaqədar “Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 17 sentyabr 2024-cü il tarixli maliyyə arayışdan görünür ki, 13 fevral 2024-cü il tarixli, **********0087 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı MM QBKT-na 4471 manat əsas borc, 1205 manat 34 qəpik faiz borcu, 315 manat 77 qəpik cərimə olmaqla, cəmi 5992 manat 11 qəpik borcu vardır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, 13 fevral 2024-cü il tarixli, **********0087 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə, 27 % dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə İddiaçı MM QBKT ilə digər Cavabdeh arasında 13 fevral 2024cü il tarixli, **********0***-******* saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında kredit cavabdehlik daşımağı öhdələsinə götürmüşdür. Borcun ödənilməsi barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsindən yayınmışlar. Ona görə də 13 fevral 2024-cü il tarixli, **********0087 saylı kredit müqaviləsi üzrə Cavabdeh 4471 manat əsas borc, 1205 manat 34 qəpik faiz borcu, 315 manat 77 qəpik cərimə olmaqla, cəmi 5992 manat 11 qəpik borcun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı MM QBKT Cavabdeh 4471 manat əsas borc, 1205 manat 34 qəpik faiz borcu, 315 manat 77 qəpik cərimə olmaqla, cəmi 5992 manat 11 qəpik borcun alınmasını tələb etməkdə haqlıdır. Lakin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan 315 manat 77 qəpik məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 5 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 4471 manat əsas borc, 1205 manat 34 qəpik faiz borcu, 5 manat cərimə olmaqla, cəmi 5681 manat 34 qəpik borc alınıb İddiaçı MM QBKT-nın xeyrinə ödənilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş 04 oktyabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 79 manat 93 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq cavabdehdən 77 manat dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 4471 manat əsas borc, 1205 manat 34 qəpik faiz borcu, 5 manat cərimə və ödənilmiş 77 manat dövlət rüsumu, cəmi 5758 (beş min yeddi yüz əlli səkkiz) manat 34 (otuz dörd) qəpik alınıb İddiaçı MM QBKT-nın xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №e-2(017)-117/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-117/2025
13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver