Məhkəmə qərarları › İş №e-2(017)-1257/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-1257/2025

23.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-1257/2025 23.06.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı cinayət nəticəsində vurulmuş 3769,06 manat maddi ziyan və 58 manat ödənilmiş dövlət rüsumu tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 24 iyul 2024-cü il tarixdə Ağcabədi şəhəri, Sultanbəy küçəsində İddiaçı Aran regional filialının Ağcabədi şöbəsinə məxsus 27 metr uzunluğunda TPP 50x2 markalı rabitə kabelini və 37 metr uzunluğunda TPP 10x2 rabitə kabellərini, daha sonra isə Ağcabədi şəhəri, Qarabağ küçəsində 26 metr uzunluğunda TPP 50x2 və 340 metr uzunluğunda TPP 100x2 markalı rabitə kabellərini kəsərək oğurlamışdır. Hadisə nəticəsində İddiaçı Aran regional filialının Ağcabədi şöbəsinə ümumilikdə 4769,06 manat məbləğində ziyan dəymişdir. Vurulmuş zərərin 1000 manatı zərər vurmuş şəxs tərəfindən ödənilmişdir. Hadisə ilə bağlı Ağcabədi Rayon Məhkəməsində 1(017)-157/2024 saylı cinayət işinə baxılmışdır. Həmin cinayət işi üzrə 19 noyabr 2024-cü il tarixli məhkəmə hökmü çıxarılmış, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsilə təqsirli bilinərək bir il iki ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Lakin, cavabdeh törətdiyi cinayət əməlinə görə məhkum edilsə də, dəymiş ziyandan 3769,06 manat ödənilməmiş qalmışdır. Ona görə də, göstərilənləri nəzərə alaraq iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İşdə olan Ağcabədi Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 1(017)- 157/2024 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsilə təqsirli bilinərək bir il iki ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir, ondan ötrü ki, o, Ağcabədi şəhəri, Sultanbəy küçəsində 24 iyul 2024-cü il tarixdə İddiaçı Aran regional filialının Ağcabədi şöbəsinə məxsus 27 metr uzunluğunda TPP 50x2 markalı rabitə kabelini və 37 metr uzunluğunda TPP 10x2 rabitə kabellərini, daha sonra isə Ağcabədi şəhəri, Qarabağ küçəsində 26 metr uzunluğunda TPP 50x2 və 340 metr uzunluğunda TPP 100x2 markalı rabitə kabellərini kəsərək oğurlamışdır və İddiaçınə 4769,06 manat maddi ziyan vurmuşdur. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 1(017)-157/2024 saylı hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsilə təqsirli bilinərək bir il iki ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir, ondan ötrü ki, o, Ağcabədi şəhəri, Sultanbəy küçəsində 24 iyul 2024-cü il tarixdə İddiaçı Aran regional filialının Ağcabədi şöbəsinə məxsus 27 metr uzunluğunda TPP 50x2 markalı rabitə kabelini və 37 metr uzunluğunda TPP 10x2 rabitə kabellərini, daha sonra isə Ağcabədi şəhəri, Qarabağ küçəsində 26 metr uzunluğunda TPP 50x2 və 340 metr uzunluğunda TPP 100x2 markalı rabitə kabellərini kəsərək oğurlamışdır və İddiaçınə 4769,06 manat maddi ziyan vurmuşdur. Həmin hökmlə həmçinin müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən İddiaçınə vurulmuş 4769,06 manat maddi ziyandan 1000 manat ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olub-olmaması hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Həmin Məcəllənin 181.2.3-cü maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə, itirilmiş gəlirin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsiri, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1097-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki işin məhkəmə tədqiqi zamanı müəyyən edilmiş hallarından görünür ki, cavabdeh Xəlilov X2 şəhəri, Sultanbəy küçəsində 24 iyul 2024-cü il tarixdə İddiaçı Aran regional filialının Ağcabədi şöbəsinə məxsus 27 metr uzunluğunda TPP 50x2 markalı rabitə kabelini və 37 metr uzunluğunda TPP 10x2 rabitə kabellərini, daha sonra isə Ağcabədi şəhəri, Qarabağ küçəsində 26 metr uzunluğunda TPP 50x2 və 340 metr uzunluğunda TPP 100x2 markalı rabitə kabellərini kəsərək oğurlamaqla İddiaçınə 4769,06 manat ziyan vurmuş, həmin ziyandan 1000 manat ödəmiş, qalan 3769,06 manat ziyan isə ödənilməmiş qalmışdır. Bu hal Ağcabədi Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 1(017)-157/2024 saylı hökmü ilə öz təsdiqini tapdığına görə iddiaçı iddia tələbini sübut etmək vəzifəsindən azaddır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 3769,06 manat maddi ziyan alınaraq İddiaçınə ödənilməlidir. İşdə olan 14 yanvar 2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 58 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 58 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir, Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdeh 3769,06 manat maddi ziyan və 58 manat ödənilmiş dövlət rüsumu, cəmi 3827 (üç min səkkiz yüz iyirmi yeddi) manat 06 (altı) qəpik alınaraq İddiaçınə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar