Məhkəmə qərarları › İş №e-2(017)-126/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-126/2024

29.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-126/2024 29.01.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti iddia ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 28 oktyabr 2021-ci il tarixli, 3316 saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə 1006,48 manat əsas borc, 3381,91 manat kredit üzrə gecikmiş əsas borc məbləği, 641,30 manat faiz borcu, cəmi 5029,69 manat məbləğində borcun və ödənilmiş 71 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin nümayəndəsi məhkəmə hazırlıq iclası zamanı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 28 oktyabr 2021-ci il tarixli, 3316 saylı kredit müqaviləsi üzrə 3188,39 manat kredit üzrə gecikmiş əsas borc, 641,30 manat faiz borcu, cəmi 3829,69 manat borcun və ödənilmiş 71 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh1 arasında 28 oktyabr 2021-ci il tarixli, 3316 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 24 ay müddətinə illik 24%-lə 5000 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh2 arasında 28 oktyabr 2021-ci il tarixli, 3316 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit razılaşması üzrə öhdəliklərə və müqavilə şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə 3188,39 manat kredit üzrə gecikmiş borc, 641,30 manat faiz borcu, cəmi 3829,69 manat məbləğində borcu vardır. Ona görə də, göstərdiklərini nəzərə İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 28 oktyabr 2021-ci il tarixli, 3316 saylı kredit müqaviləsi üzrə 3188,39 manat kredit üzrə gecikmiş borc, 641,30 manat faiz borcu, cəmi 3829,69 manat borcun və ödənilmiş 71 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı “PSG Finans» Bank Olmayan Kredit X1 Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmirlər və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edimiş İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 28 oktyabr 2021-ci il tarixli, 3316 saylı kredit razılaşmasından görünür ki, bu müqavilə 24 ay müddətinə, illik 24 % olmaqla 5000 manat məbləğində kredit verilməsi ilə əlaqədar İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan edimiş İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 28 oktyabr 2021-ci il tarixli, 3316 saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə üzrə zamin – Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün iddiaçı qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı Cavabdeh1 bütün öhdəliklərini öhdəsinə götürür. İşdə olan və məhkəmə iclasında elan edimiş 26 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə 28 oktyabr 2021-ci il tarixli, 3316 saylı kredit müqaviləsi üzrə 3188,39 manat əsas borc, 641,30 manat faiz borcu, cəmi 3829,69 manat məbləğində borcu vardır. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 28 oktyabr 2021-ci il tarixli, 3316 saylı kredit müqaviləyə əsasən Cavabdeh1 24 ay müddətinə illik 24 %-lə 5000 manat kredit verilmişdir. İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh2 arasında 28 oktyabr 2021-ci il tarixli, 3316 saylı zaminlik müqaviləsi bağlanmış və həmin zaminlik müqaviləsinə əsasən Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında kreditin qaytarılması ilə bağlı Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilə şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Hazırda da Cavabdeh1 İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə 28 oktyabr 2021-ci il tarixli, 3316 saylı kredit razılaşması üzrə 3188,39 manat əsas borc, 641,30 manat faiz borcu, cəmi 3829,69 manat məbləğində borcu vardır. Qeyd olunanlardan görünür ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3188,39 manat əsas borc, 641,30 manat faiz borcu, cəmi 3829,69 manat məbləğində borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3188,39 manat əsas borc, 641,30 manat faiz borcu, cəmi 3829,69 manat məbləğində borc alınaraq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə ödənilməlidir İşdə olan 24 avqust 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən 71 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 71 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3188,39 manat əsas borc, 641,30 manat faiz borcu və 71 manat dövlət rüsumu, cəmi 3900 (üç min doqquz yüz) manat 69 (altmış doqquz) qəpik alınaraq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar