Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-1339/2025 25.07.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı «X1 Azerbaycan» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli, 301127 nömrəli kredit müqaviləsinə əsasən əsas məbləğ üzrə borc 4228 manat 07 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu 232 manat 29 qəpik, cərimə borcu 27 manat cəmi 4487 manat 36 qəpik məbləğində kredit borcunu, eyni zamanda xx.xx.2024-cü il tarixli, 304761 nömrəli kredit müqaviləsinə əsasən əsas məbləğ üzrə borc 2058 manat 45 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu 135 manat 69 qəpik, cərimə borcu 11 manat 35 qəpik cəmi 2205 manat 49 qəpik məbləğində borcun və dövlət büdcəsinə köçürülmüş 86 manat 92 qəpik dövlət rüsumunun, «X1 Azərbaycan» QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «X1 Azərbaycan» QSC tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024 -cü il ildə «X1 Azərbaycan» QSC və Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bankı tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 5100 manat məbləğində pul ayrılmışdır və o, 36 ay müddətində kreditin əsas məbləği və ona illik 12% dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. Eyni zamanda xx.xx.2024-cü il tarixdə «X1 Azərbaycan» QSC və Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bankı tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 2100 manat məbləğində pul ayrılmışdır və o, 36 ay müddətində kreditin əsas məbləği və ona illik 14% dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. X1 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Odur ki, Cavabdeh əsas məbləğ üzrə borc 2058 manat 45 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu 135 manat 69 qəpik, cərimə borcu olaraq 11 manat 35 qəpik, cəmi 2205 manat 49 qəpik məbləğində kredit borcunun və dövlət büdcəsinə köçürülmüş 86 manat 92 qəpik dövlət rüsumunun, «X1 Azərbaycan» QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «X1 Azərbaycan» QSC-tərəfindən verilmiş ərizəsinə əsasən, məhkəmə iclasına iştirakları olmadan keçirilməsini, işə mahiyyəti üzrə baxılıb, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan 28 fevral 2024-cü il tarixli, 301127 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 36 ay müddətinə illik 12 faizlə 5100 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 12 avqust 2024-cü il tarixli, 304761 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 36 ay müddətinə illik 14 faizlə 2100 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 19 mart 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın 19 mart 2025-ci il tarixə Banka 28 fevral 2024-cü il tarixli, 301127 saylı kredit müqaviləsi üzrə 4228 manat 07 qəpik məbləğində əsas kredit borcu, 232 manat 29 qəpik məbləğində faiz borcu, 27 manat məbləğində cərimə borcu cəmi 4487 manat 36 qəpik məbləğində borcu vardır. İş materiallarında olan 19 mart 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın 19 mart 2025-ci il tarixə Banka 12 avqust 2024-cü il tarixli, 304761 saylı kredit müqaviləsi üzrə 2058 manat 45 qəpik məbləğində əsas kredit borcu, 135 manat 69 qəpik məbləğində faiz borcu, 11 manat 35 qəpik məbləğində cərimə borcu cəmi 2205 manat 49 qəpik məbləğində borcu vardır. İş materiallarında olan bidirişlərdən görünür ki, cavabdeh borcun qaytarılması barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 343.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 436.1 və 436.2-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə araşdırması zamanı «X1 Azerbaycan» Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 28 fevral 2024-cü il tarixdə bağlanmış 301127 nömrəli kredit müqaviləsi üzrə sonuncunun 36 ay müddətinədək illik 12 faizlə ödənilmək şərti ilə 5100 manat məbləğində kredit alması, həmçinin 12 avqust 2024-cü il tarixdə bağlanmış 304761 nömrəli kredit müqaviləsi üzrə sonuncunun 36 ay müddətinədək illik 14 faizlə ödənilmək şərti ilə 2100 manat məbləğində kredit alması, kreditdən istifadəyə görə faiz ödəməyi öhdəsinə götürməsi, müqavilə öhdəliklərini yerinə yetirməməsi və hazırda «X1 Azerbaycan» Qapalı Səhmdar Cəmiyyətinə hesablanmış 28 fevral 2024-cü il tarixli, 301127 saylı kredit müqaviləsi üzrə 4228 manat 07 qəpik məbləğində əsas kredit borcu, 232 manat 29 qəpik məbləğində faiz borcu, 27 manat məbləğində cərimə borcu cəmi 4487 manat 36 qəpik məbləğində, eyni zamanda 12 avqust 2024-cü il tarixli, 304761 nömrəli kredit müqaviləsi üzrə 2058 manat 45 qəpik məbləğində əsas kredit borcu, 135 manat 69 qəpik məbləğində faiz borcu, 11 manat 35 qəpik məbləğində cərimə borcu cəmi 2205 manat 49 qəpik məbləğində borcunun, qalması müəyyən edildi. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilərək Cavabdeh iddiaçı «X1 Azerbaycan» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 28 fevral 2024-cü il tarixli, 301127 saylı kredit müqaviləsi üzrə 4228 manat 07 qəpik məbləğində əsas kredit borcu, 232 manat 29 qəpik məbləğində faiz borcu, 27 manat məbləğində cərimə borcu cəmi 4487 manat 36 qəpik, eyni zamanda 12 avqust 2024-cü il tarixli, 304761 nömrəli kredit müqaviləsi üzrə 2058 manat 45 qəpik məbləğində əsas kredit borcu, 135 manat 69 qəpik məbləğində faiz borcu, 11 manat 35 qəpik məbləğində cərimə borcu cəmi 2205 manat 49 qəpik və ödənilmiş 86 manat 92 qəpik dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh iddiaçı «X1 Azerbaycan» Qapalı Səhmdar Cəmiyyəti ilə arasında bağlanmış 28 fevral 2024cü il tarixli, 301127 nömrəli kredit müqaviləsi üzrə 4228 manat 07 qəpik məbləğində əsas kredit borcu, 232 manat 29 qəpik məbləğində faiz borcu, 27 manat məbləğində cərimə borcu cəmi 4487 manat 36 qəpik məbləğində kredit borcu, eyni zamanda 12 avqust 2024-cü il tarixli, 304761 nömrəli kredit müqaviləsi üzrə 2058 manat 45 qəpik məbləğində əsas kredit borcu, 135 manat 69 qəpik məbləğində faiz borcu, 11 manat 35 qəpik məbləğində cərimə borcu cəmi 2205 manat 49 qəpik kredit borcu və ödənilmiş 86 manat 92 qəpik dövlət rüsumu tutularaq «X1 Azerbaycan» Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №e-2(017)-1339/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-1339/2025
25.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver