Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-142/2024 30.01.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı 1080 manat məbləğində sığorta ödənişi və 30,80 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 1110,80 manat subroqasiya qaydasında pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 14 may 2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21063” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta təminatı almışdır. Cavabdeh sığorta müddətində, yəni 30 aprel 2020-ci il tarixdə nəqliyyat vasitəsini sürücülük hüququ olmadan “VAZ 21063” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili Ağcabədi rayonu ərazisində idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və “VAZ 21061” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuşdur. Həmin zərərin aradan qaldırılması üçün "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 1080 manat sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunan yolnəqliyyat hadisəsinə görə Ağcabədi rayon X2 X4 30 aprel 2020-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoluna və 07 may 2020-ci il tarixli, 46/129-8918 saylı arayışına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 211-ci maddələri ilə təqsirli bilindiyi üçün cavabdehin iddiaçı qarşısında zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Ona görə də Cavabdeh 1080 manat məbləğində sığorta ödənişinin və 30,80 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1110,80 manat pulun alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ünvanladığı ərizəsində iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh pul tələbinə dair iddiasını müdafiə etdiyini və işə onun iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş şəhadətnamənin təfsilatından görünür ki, sığortalı Cavabdeh “VAZ 21063” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili sığortaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətində 14 may 2019-cu il tarixdən 14 may 2020-ci il tarixədək PAA********** saylı sığorta şəhadətnaməsi əsasında sığortalamışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Cavabdeh 30 aprel 2020-ci il tarixdə sürücülük hüququ olmadan “VAZ 21063” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili Ağcabədi şəhəri ərazisində idarə edərkən “VAZ 21061” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 18 may 2020-ci il tarixli, 20-02959/05 AA-2266/20 saylı sığorta aktından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 14 may 2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21063” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 14 may 2019-cu il tarixdən 14 may 2020-ci il tarixədək sığorta şəhadətnaməsi əsasında sığortalamışdır. 30 aprel 2020-ci il tarixdə Ağcabədi rayonu ərazisində sığorta hadisəsi baş vermişdir. Dəymiş zərərin məbləği 1080 manat, yekun sığorta ödənişinin məbləği 1080 manat təşkil etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi rayon X2 X4 30 aprel 2020-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, 12 iyun 2017-ci il tarixdə 30 aprel 2020-ci il tarixdə Ağcabədi rayonu ərazisində Cavabdeh idarə etdiyi “VAZ 21063” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobillə “VAZ 21061” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsinə görə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 211-ci maddələri ilə təqsirli bilinmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 19 may 2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 18 may 2020-ci il tarixli, 20-02959/05 AA-2266/20 saylı sığorta aktına əsasən PAA********** saylı sığorta şəhadətnaməsi üzrə 1080 manat sığorta ödənişi köçürülmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ““VAZ 21063” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdur. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə isə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətinin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında yaranır. “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinə (reqres tələbi hüququ) əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 8.1-ci və 9.1-ci maddələrində isə qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İş materialları araşdırılarkən müəyyən olundu ki, avtonəliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi ilə “VAZ 21063” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyəti iddiaçı tərəfindən sığortalanmış, sığorta müqaviləsinin müddəti 14 may 2019-cu il tarixdən 14 may 2020-ci il tarixədək müəyyən edilmişdir. Sığorta müddətində (30 aprel 2020-ci il tarixdə Ağcabədi rayon ərazisi) Cavabdeh həmin avtomobili nəqliyyat vasitələrini sürücülük hüququ olmadan idarə edərkən “VAZ 21061” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan dəymişdir. Yol nəqliyyat hadisəsinin Cavabdeh təqsiri üzündən baş verməsi Ağcabədi rayon X2 X4 30 aprel 2020-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokolu ilə təsdiq olunmuşdur. Dəymiş maddi ziyana görə 1080 manat sığorta məbləği "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyəta keçirilmişdir. “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən iddiaçının (sığortaçının) mülki məsuliyyətin icbari sığortası üzrə subroqasiya hüququ yarandığından Cavabdeh 1080 manat məbləğində verilmiş sığorta ödənişini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə olan 09 avqust 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30,80 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30,80 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək subroqasiya qaydasında Cavabdeh 1080 manat sığorta ödənişi, 30,80 manat ödənilmiş dövlət rüsumu, cəmi 1110,80 manat pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Yuxarəda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1080 manat sığorta ödənişi, 30,80 manat ödənilmiş dövlət rüsumu, cəmi 1110 (bir min bir yüz on) manat, 80 (səksən) qəpik pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №e-2(017)-142/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-142/2024
30.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver