Məhkəmə qərarları › İş №e-2(017)-1455/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-1455/2024

02.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-1455/2024 02.08.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 18 may 2023-cü il tarixli, GTKR1476162B153 saylı elektron kredit müqaviləsinə əsasən 3506,45 manat əsas borc, 117,99 manat faiz borcu, cəmi 3624,44 manat borc və ödənilmiş 56,24 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında elektron qaydada bağlanmış 18 may 2023-cü il tarixli, GTKR1476162B153 saylı elektron kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdein kartına 35 ay müddətinə, illik 20 % olmaqla, 4040 manat məbləğində pul mədaxil edilmişdir. Elektron kredit müqaviləsinə əsasən Cavabdeh ödəməli olduğu krediti və ona hesablanmış faizləri banka ödəməkdən yayınaraq üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə və bildirişlər göndərilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayınmışdır. 20 iyun 2024-cü il tarixə cavabdehin iddiaçıya 18 may 2023-cü il tarixli, GTKR1476162B153 saylı elektron kredit müqaviləsinə əsasən 3506,45 manat əsas borc, 117,99 manat faiz borcu, cəmi 3624,44 manat borcu vardır. Ona görə də, cavabdeh 18 may 2023-cü il tarixli, GTKR1476162B153 saylı elektron kredit müqaviləsinə əsasən 3506,45 manat əsas borc, 117,99 manat faiz borcu, cəmi 3624,44 manat borc və ödənilmiş 56,24 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin, cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 18 may 2023-cü il tarixli, GTKR1476162B153 saylı elektron kredit müqaviləsindən görünür ki, bu müqavilə 35 ay müddətinə, illik 20 % olmaqla, 4040 manat məbləğində kreditin verilməsi ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 25 iyun 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın 18 yanvar 2024-cü il tarixə cavabdehin iddiaçıya 18 may 2023-cü il tarixli, GTKR1476162B153 saylı elektron kredit müqaviləsinə əsasən 3506,45 manat əsas borc, 117,99 manat faiz borcu, cəmi 3624,44 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 18 may 2023-cü il tarixli, GTKR1476162B153 saylı elektron kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdein kartına 35 ay müddətinə, illik 20 % olmaqla, 4040 manat məbləğində pul mədaxil edilmişdir. Elektron kredit müqaviləsinə əsasən Cavabdeh ödəməli olduğu krediti və ona hesablanmış faizləri banka ödəməkdən yayınaraq üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə və bildirişlər göndərilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayınmışdır. 20 iyun 2024-cü il tarixə cavabdehin iddiaçıya 18 may 2023-cü il tarixli, GTKR1476162B153 saylı elektron kredit müqaviləsinə əsasən 3506,45 manat əsas borc, 117,99 manat faiz borcu, cəmi 3624,44 manat borcu vardır. Ona görə də, cavabdeh 18 may 2023-cü il tarixli, GTKR1476162B153 saylı elektron kredit müqaviləsinə əsasən 3506,45 manat əsas borc, 117,99 manat faiz borcu, cəmi 3624,44 manat borcu yaranmışdır. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 18 may 2023-cü il tarixli, GTKR1476162B153 saylı elektron kredit müqaviləsinə əsasən 3506,45 manat əsas borc, 117,99 manat faiz borcu, cəmi 3624,44 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 18 may 2023-cü il tarixli, GTKR1476162B153 saylı elektron kredit müqaviləsinə əsasən 3506,45 manat əsas borc, 117,99 manat faiz borcu, cəmi 3624,44 manat borcu vardır. Ona görə də, cavabdeh 18 may 2023-cü il tarixli, GTKR1476162B153 saylı elektron kredit müqaviləsinə əsasən 3506,45 manat əsas borc, 117,99 manat faiz borcu, cəmi 3624,44 manat borc alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş 21 iyun 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 56,24 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 56,24 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 3506,45 manat əsas borc, 117,99 manat faiz borcu və ödənilmiş 56,24 manat dövlət rüsumu, cəmi 3680 (üç min altı yüz səksən) manat 68 (altmış səkkiz) qəpik alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar