Məhkəmə qərarları › İş №e-2(017)-1467/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-1467/2025

26.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-1467/2025 26.05.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, İddiaçı MMM QBKT-nin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı MMM QBKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 06 avqust 2024-cü il tarixli, **********02590 nömrəli kredit müqaviləsinə əsasən 1652 manat əsas borc, 506,80 manat faiz borcu, 98,77 manat cərimə olmaqla, cəmi 2257,57 manat və ödənilmiş 42,58 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia qaldırmışdır. İddiaçı MMM QBKT tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə bağlanmış 06 avqust 2024-cü il tarixli, **********02590 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 28 % olmaqla 1700 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh ödəməli olduğu krediti və ona hesablanmış faizləri banka ödəməkdən yayınaraq üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə və bildirişlər göndərilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayınmışdır. xx.xx.2025-ci il tarixə cavabdehin 06 avqust 2024-cü il tarixli, **********02590 nömrəli kredit müqaviləsinə əsasən 1652 manat əsas borc, 506,80 manat faiz borcu, 98,77 manat cərimə olmaqla, cəmi 2257,57 manat borcu vardır. Ona görə də, cavabdehdən 06 avqust 2024-cü il tarixli, **********02590 nömrəli kredit müqaviləsinə əsasən 1652 manat əsas borc, 506,80 manat faiz borcu, 98,77 manat cərimə olmaqla, cəmi 2257,57 manat borcun və ödənilmiş 42,58 manat dövlət rüsumunun tutularaq iddiaçı Finca Azerbaijan MMM QBKT-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin, cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 06 avqust 2024-cü il tarixli, **********02590 nömrəli kredit müqaviləsindən görünür ki, bu müqavilə 24 ay müddətinə illik 28 % olmaqla 1700 manat məbləğində kreditin verilməsi ilə əlaqədar İddiaçı MMM QBKT ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 18 mart 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın İddiaçı MMM QBKT-ya 06 avqust 2024-cü il tarixli, **********02590 nömrəli kredit müqaviləsinə əsasən 1652 manat əsas borc, 506,80 manat faiz borcu, 98,77 manat cərimə olmaqla, cəmi 2257,57 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı MMM QBKT arasında bağlanmış 06 avqust 2024-cü il tarixli, **********02590 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 28 % olmaqla 1700 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh ödəməli olduğu krediti və ona hesablanmış faizləri banka ödəməkdən yayınaraq üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə və bildirişlər göndərilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayınmışdır. xx.xx.2025-ci il tarixə cavabdehin 06 avqust 2024-cü il tarixli, **********02590 nömrəli kredit müqaviləsinə əsasən 1652 manat əsas borc, 506,80 manat faiz borcu, 98,77 manat cərimə olmaqla, cəmi 2257,57 manat borcu vardır. Ona görə də, cavabdehdən 06 avqust 2024-cü il tarixli, **********02590 nömrəli kredit müqaviləsinə əsasən 1652 manat əsas borc, 506,80 manat faiz borcu, 98,77 manat cərimə olmaqla, cəmi 2257,57 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Lakin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 5 manatadək azaldılmalıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 06 avqust 2024-cü il tarixli, **********02590 nömrəli kredit müqaviləsinə əsasən 1652 manat əsas borc, 506,80 manat faiz borcu, 5 manat cərimə olmaqla, cəmi 2163,80 manat borc alınaraq İddiaçı MMM QBKT-ya ödənilməlidir və iddia qalan hissədə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş 08 aprel 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMM QBKT tərəfindən 42,58 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 42,58 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 1652 manat əsas borc, 506,80 manat faiz borcu, 5 manat cərimə və ödənilmiş 42,58 manat dövlət rüsumu, cəmi 2206 (iki min iki yüz altı) manat 38 (otuz səkkiz) qəpik alınaraq İddiaçı MMM QBKT-a ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. . Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar