Məhkəmə qərarları › İş №e-2(017)-150/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-150/2024

22.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-150/2024 22.02.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8 və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən 8500 manat məbləğində verilmiş sığorta ödənişinin və 105 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq iddiaçı "xxxx"nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X9 arasında xx.xx.2018-ci il tarixdə PAA********** nömrəli sığorta müqaviləsi bağlanmış və “VAZ 21723” markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq avtonəqliyyat vasitəsi sahiblərinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə idarə etdiyi “VAZ 21723” markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağcabədi rayon ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və “VAZ 21063” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuş, hadisə nəticəsində X1 az ağır xəsarət vurmuş, X3 ölümünə səbəb olmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən cəmi 8500 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Tərtər Hərbi Məhkəməsinin hökmünə əsasən Cavabdeh yolnəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan hökmdə Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “VAZ 21723” markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. “İcbari sığortalar haqqında” Azərbaycan Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsində qeyd olunur ki, bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. “İcbari sığortalar haqqında” Azərbaycan Qanununun 56.1.1-ci maddəsinə əsasən şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsi sağlamlığına dəyən zərər üzrə 5000 manat müəyyən edilmişdir. Həmçinin həmin Qanunun 14.2.2-ci maddəsində sığorta hadisəsi üzrə zərərçəkənin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş elan edilməsi sığorta ödənişi 100 faiz nisbətində müəyyən edilmişdir. Ona görə də Cavabdeh 8500 manat məbləğində verilmiş sığorta ödənişinin və 105 manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, xx.xx.2019-cu il tarixdə idarə etdiyi “VAZ 21723” markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağcabədi rayon ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və “VAZ 21063” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuş, hadisə nəticəsində X1 az ağır xəsarət vurmuş, X3 ölümünə səbəb olmuşdur. Tərtər Rayon Məhkəməsinin hökmü ilə CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırda heç bir yerdə işləmir, maddi vəziyyəti yaxşı deyil. Tələb olunan məbləğin azaldılmasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş PAA********** nömrəli şəhadətnamənin surətindən görünür ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ** EB *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də sığortalanmışdır. Müqavilənin qüvvəyə mindiyi tarix-xx.xx.2018-ci il, müqavilənin qüvvədən düşdüyü tarixxx.xx.2019-cu ildir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixdə tərtib edilmiş sığorta aktının surətindən görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində X3 öldüyünə görə sığorta ödənişinin məbləği 5000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixdə tərtib edilmiş sığorta aktının surətindən görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərə görə sığorta ödənişinin məbləği 2000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixdə tərtib edilmiş sığorta aktının surətindən görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxs X2 vurulan zərərə görə sığorta ödənişinin məbləği 1500 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 002111 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X6 bank hesabına 1500 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 001543 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X7 bank hesabına 2000 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 001641 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X4 bank hesabına 5000 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Tərtər Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmün surətindən görünür ki, Cavabdeh yol nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli hökmün surətindən görünür ki, məhkəmə-tibbi ekspertizasının xx.xx.2029-cu il tarixli 148 nömrəli rəyinə əsasən X6 tibbi müayinəsi zamanı onda müəyyən edilmiş xəsarətlər yol-nəqliyyat hadisəsi nəticəsində bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmiş, ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağı zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə ölmüşdür. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqress qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə (subroqasiya hüququ) əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Bu normaya uyğun olaraq, sığorta ödənişi verildiyi andan sığortaçı hadisənin baş verməsində təqsirli olan şəxsə qarşı zərərçəkənin - sığorta müqaviləsi üzrə faydalanan şəxsin tələb hüququnu əldə edir. Bu tələb hüququ isə "İcbari sığorta haqqında" Azərbaycan Respublikası Qanununun xüsusi normasına müvafiq olaraq əmələ gəlir. Belə ki, həmin qanunun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında yaranır. Zərərçəkənin ona vurulmuş zərərin əvəzini zərəri vurandan tələb etmək hüququ, zərərvuranın isə başqasının şəxsiyyətinə vurulmuş zərərin əvəzini tam ödəmək öhdəliyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələri ilə müəyyən olunmuşdur. Bu normaların mənasına görə hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər (21-ci maddə). Mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096-cı maddə). Delikt nəticəsində fiziki və ya hüquqi şəxsin şəxsiyyətinə vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir (1097-ci maddə). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC ilə X9 arasında xx.xx.2018-ci il tarixdə PAA********** nömrəli sığorta müqaviləsi bağlanmış və “VAZ 21723” markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq avtonəqliyyat vasitəsi sahiblərinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə idarə etdiyi “VAZ 21723” markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağcabədi rayon ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və “VAZ 21063” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuş, hadisə nəticəsində X1 az ağır xəsarət vurmuş, X3 ölümünə səbəb olmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən cəmi 8500 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Tərtər Hərbi Məhkəməsinin hökmünə əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan hökmdə Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “VAZ 21723” markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə və "İcbari sığorta" haqqında Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə uyğun olaraq "xxxx" ASC-nin dəymiş zərərə görə sığorta ödənişinin məbləği, yəni 8500 manat məbləğində subroqasiya hüququ yaranmışdır. Məhkəmə iş materiallarında olan sənədləri və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, əmlaka və sağlamlığa vurulmuş zərərə görə ödənilmiş, ümumilikdə cəmi 8500 manat məbləğində sığorta ödənişi Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 8500 manat (səkkiz min beş yüz manat) və dövlət rüsumuna görə ödənilmiş 105 manat məbləğində pul alınaraq "xxxx" ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar