Məhkəmə qərarları › İş №e-2(017)-1517/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-1517/2024

09.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-1517/2024 09.08.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun qaytarılması tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 1481,86 manat əsas borc, 11,65 manat faiz borcu, 0,71 manat cərimə olmaqla, cəmi 1494,22 manat borcun və ödənilmiş 34,94 manat dövlət rüsumunun müştərək qaydada alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, 13 may 2015-ci il tarixli, 038L**********47 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 120000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviəyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razlaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsinə Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 08 iyul 2019-cu il tarixli, 025R********** saylı kredit razlaşmasına əsasən 60 ay müddətinə aylıq 0,0833%-lə ödəmək şərti ilə 3462,10 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış razılaşmaya 1 görə borcverən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə iddiaçı ilə Cavabdeh2 arasında 15 may 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Cavabdeh1 kredit borcunda 1980,24 manat ödəniş etmiş və onun ödənilməmiş 1481,86 manat borcu qalmışdır Lakin cavabdehlər kredit və zaminlik müqavilələrinin şərtlərinə əməl etməyərək öhdəliklərini tam yerinə yetirməmişdirlər. Hal hazırda onların iddiaçıya 1481,86 manat əsas borc, 11,65 manat faiz borcu, 0,71 manat cərimə olmaqla, cəmi 1494,22 manat borcu yaranmışdır. Ona görə də, cavabdehlərdən 1481,86 manat əsas borc, 11,65 manat faiz borcu, 0,71 manat cərimə olmaqla, cəmi 1494,22 manat borcun və 34,94 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqları bildirilmişdir. Lakin cavabdehlərdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 08 iyul 2019-cu il tarixli, 025R********** saylı kredit razlaşmasından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 60 ay müddətinə aylıq 0,0833%-lə ödəmək şərti ilə 3462,10 manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 15 may 2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə üzrə zamin Cavabdeh2, 08 iyul 2019-cu il tarixli, 025R********** saylı kredit razılaşmasından irəli gələn öhdəliklərin icrası üçün iddiaçı qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı Cavabdeh1 bütün öhdəliklərini öhdəsinə götürmüşlər. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh2 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 13 may 2015-ci il tarixli, 038L**********47 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 120000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviəyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razlaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsinə Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 08 iyul 2019-cu il tarixli, 025R********** saylı kredit razlaşmasına əsasən 60 ay müddətinə aylıq 0,0833%-lə ödəmək şərti ilə 3462,10 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış razılaşmaya 1 görə borcverən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə iddiaçı ilə Cavabdeh2 arasında 15 may 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Cavabdeh1 kredit borcunda 1980,24 manat ödəniş etmiş və onun ödənilməmiş 1481,86 manat borcu qalmışdır Lakin cavabdehlər kredit və zaminlik müqavilələrinin şərtlərinə əməl etməyərək öhdəliklərini tam yerinə yetirməmişdirlər. Hal hazırda onların iddiaçıya 1481,86 manat əsas borc, 11,65 manat faiz borcu, 0,71 manat cərimə olmaqla, cəmi 1494,22 manat borcu yaranmışdır. Ona görə də, cavabdehlərdən 1481,86 manat əsas borc, 11,65 manat faiz borcu, 0,71 manat cərimə olmaqla, cəmi 1494,22 manat borcun borcun alınmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1481,86 manat əsas borc, 11,65 manat faiz borcu, 0,71 manat cərimə olmaqla, cəmi 1494,22 manat borc müştərək qaydada alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İşdə olan 09 iyul 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 34,94 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 34,94 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1481,86 manat əsas borc, 11,65 manat faiz borcu, 0,71 manat cərimə və ödənilmiş 34,94 manat dövlət rüsumu, cəmi 1529 (bir min beş yüz iyirmi doqquz) manat 16 (on altı) qəpik pul alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətiyə ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar