Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-1528/2024 12.08.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun qaytarılması tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Kapital Bank» Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 3441,64 manat əsas borc, 406,32 manat faiz borcu olmaqla, cəmi 3847,96 manat borcun və ödənilmiş 58,48 manat dövlət rüsumunun müştərək qaydada alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Kapital Bank» Açıq Səhmdar Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, 03 iyun 2021-ci il tarixli,RGTK3735948A153 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə illik 20%-lə ödəmək şərti ilə 5672,58 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə iddiaçı ilə Cavabdeh2 arasında 03 iyun 2021-ci il tarixli, RGTK3735948A153 saylı zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Lakin cavabdeh kredit və zaminlik müqavilələrinin şərtlərinə əməl etməyərək öhdəliklərini tam yerinə yetirməmişdir. Hal hazırda onların iddiaçıya 3441,64 manat əsas borc, 406,32 manat faiz borcu olmaqla, cəmi 3847,96 manat borcu yaranmışdır. Ona görə də, cavabdehlərdən 3441,64 manat əsas borc, 406,32 manat faiz borcu olmaqla, cəmi 3847,96 manat borcun, 58,48 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqları bildirilmişdir. Lakin cavabdehlərdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 03 iyun 2021-ci il tarixli, RGTK3735948A153 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı Kapital Bank» Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 60 ay müddətinə illik 20%-lə ödəmək şərti ilə 5672,58 manat məbləğində kredit verilmişdir. İşdə olan Kapital Bank» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 03 iyun 2021-ci il tarixli, RGTK3735948A153 saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə üzrə zamin Cavabdeh2, 03 iyun 2021-ci il tarixli,RGTK3735948A153 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün iddiaçı qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı Cavabdeh1nun bütün öhdəliklərini öhdəsinə götürmüşlər. İşdə olan 10 iyul 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçıya 03 iyun 2021-ci il tarixli, RGTK3735948A153 saylı kredit müqaviləsinə əsasən 3441,64 manat əsas borc, 406,32 manat faiz borcu olmaqla, cəmi 3847,96 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh1 ilə iddiaçı Kapital Bank» Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 03 iyun 2021-ci il tarixli,RGTK3735948A153 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə illik 20%-lə ödəmək şərti ilə 5672,58 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə iddiaçı ilə Cavabdeh2 arasında 03 iyun 2021-ci il tarixli, RGTK3735948A153 saylı zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Lakin cavabdeh kredit və zaminlik müqavilələrinin şərtlərinə əməl etməyərək öhdəliklərini tam yerinə yetirməmişdir. Hal hazırda onların iddiaçıya 3441,64 manat əsas borc, 406,32 manat faiz borcu olmaqla, cəmi 3847,96 manat borcu yaranmışdır. Ona görə də, cavabdehlərdən 3441,64 manat əsas borc, 406,32 manat faiz borcu olmaqla, cəmi 3847,96 manat borcun borcun alınmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək cavabdehlərdən 3441,64 manat əsas borc, 406,32 manat faiz borcu olmaqla, cəmi 3847,96 manat borc müştərək qaydada alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir İşdə olan 05 iyul 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Kapital Bank» Açıq Səhmdar Cəmiyyəti tərəfindən 58,48 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 58,48 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3441,64 manat əsas borc, 406,32 manat faiz borcu və ödənilmiş 58,48 manat dövlət rüsumu, cəmi 3906 (üç min doqquz yüz altı) manat 44 (qırx dörd) qəpik pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №e-2(017)-1528/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-1528/2024
12.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver