Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-1695/2025 18.06.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2912,75 manat borcun, 49,13 manat ödənilmiş dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, X1 "xxxx" ASC ilə bağladığı 13 may 2022-ci il tarixli, 1585-KQ saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə 22 faiz dərəcəsiylə 5000 manat kredit verilmişdir. Lakin, əldə olunmuş məlumata görə X1 22 avqust 2023-cü il tarixində vəfat etmişdir. Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 08 oktyabr 2024-cü il tarixli, 1534 nömrəli məktubuna əsasən məlum olmuşdur ki, Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən X2 miras əmlakına dair ünvan 1i ünvanında qeydiyyatda olan - anası Cavabdehmiras payı əldə etməsi barədə 27 iyul 2024-cü il tarixli, 2V-851 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Beynəlxalq Bankı” ASC ilə X5 arasında bağlanmış 13 may 2022-ci il tarixli, 1585-KQ saylı kredit müqaviləsinin lazımınca icra edilməsi üçün "xxxx" ASC ilə Cavabdeh arasında 13 may 2022-ci il tarixli, 1585-İZG/1 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə borc alanın Bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür. Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləği və ona hesablanan faizlər ödənilməmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 11 aprel 2025-ci il tarixli maliyyə arayışına əsasən, X2 vəfat etdiyi tarixə Banka ödənilməmiş qalan 2912.75 manat borcu qalmışdır. Cavabdeh - Cavabdeh qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Eyni zamanda kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə zaminə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Cavabdeh mərhum X2 vərəsəsi və zamini kimi müəyyən olunmasına baxmayaraq "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Ona görə də X3 vərəsəsi və zamini -Cavabdeh 2912,75 manat borcun, 49,13 manat ödənilmiş dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 13 may 2022-ci il tarixli, 1585-KQ saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə əsasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X4 36 ay müddətinə 22 faiz dərəcəsiylə 5000 manat məbləğində kredit verilmişdir. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh arasında bağlanmış 13 may 2022-ci il tarixli, 1585-İZG/1 saylı z aminlik müqaviləsindən görünür ki, həmin müqavilə üzrə zamin Cavabdeh 13 may 2022-ci il tarixli, 1585-KQ saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün iddiaçı qarşısında cavabdeh X5 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı X2 bütün öhdəliklərini öhdəsinə götürmüşlər. İşdə olan 11 aprel 2025-ci il tarixli arayışdan görünür ki, 17 yanvar 2022-ci il tarixli, 14398sNFT/21 saylı kredit müqaviləsi üzrə X2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 2912,75 manat borcu vardır. İşdə olan və məhkəmə iclasında elan olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 22 avqust 2023-cü il tarixdə ölmüşdür. İşdə olan 27 iyul 2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 22 avqust 2023-cü il tarixdə ölmüş X2 vərəsəsi Cavabdehdır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak 10 sentyabr 2018-ci il tarixli, AD218459 nönrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi VDB1240231B515197, mühərrik nömrəsi **********5428 və buraxılış ili 1991ci il olan “Mersedes Benz E230” minik markalı **-DE-*** qeydiyyat nişanlı avtomobildən ibarətdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1255-ci maddəsinə görə, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə müvafiq olaraq, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 -ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, X1 "xxxx" ASC ilə bağladığı 13 may 2022-ci il tarixli, 1585-KQ saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə 22 faiz dərəcəsiylə 5000 manat kredit verilmişdir. X1 22 avqust 2023-cü il tarixində vəfat etmişdir. Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 08 oktyabr 2024cü il tarixli, 1534 nömrəli məktubuna əsasən məlum olmuşdur ki, Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən X2 miras əmlakına dair ünvan 1i ünvanında qeydiyyatda olan - anası Cavabdeh namiras payı əldə etməsi barədə 27 iyul 2024-cü il tarixli, 2V-851 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Beynəlxalq Bankı” ASC ilə X5 arasında bağlanmış 13 may 2022-ci il tarixli, 1585-KQ saylı kredit müqaviləsinin lazımınca icra edilməsi üçün "xxxx" ASC ilə Cavabdeh arasında 13 may 2022-ci il tarixli, 1585-İZG/1 saylı zaminlik müqaviləsi bağlanmışdır. 11 aprel 2025-ci il tarixli maliyyə arayışına əsasən, X2 vəfat etdiyi tarixə Banka ödənilməmiş qalan 2912.75 manat borcu qalmışdır. Cavabdeh qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Eyni zamanda kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə zaminə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Cavabdeh mərhum X2 vərəsəsi və zamini kimi müəyyən olunmasına baxmayaraq "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Ona görə də X3 vərəsəsi və zamini -Cavabdeh 2912,75 borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 2912,75 manat borc alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir və iddia tələbi qalan hissədə təmin edilməməlidir. İşdə olan 11 aprel 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 49,13 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 49,13 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 2912,75 manat borc, 49,13 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı, cəmi 2962 (iki min doqquz yüz altmış iki) manat 28 (iyirmi səkkiz) qəpik pul alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №e-2(017)-1695/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-1695/2025
18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver