Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-1716/2025 19.08.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, X1 iştirakı ilə İddiaçı MM QBKT-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı MM QBKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada **********0024 saylı kredit müqaviləsi üzrə 564 manat 81 qəpik əsas borc, faiz borcuna görə 0,00 manat, cərimə borcuna görə 0,00 manat borcu olmaqla cəmi 561 manat 81 qəpik məbləğində borcun, həmçinin **********0037 saylı kredit müqaviləsi üzrə 259 manat 53 qəpik əsas borc, faiz borcuna görə 0,00 manat, cərimə borcuna görə 0,00 manat borcu olmaqla cəmi 259 manat 53 qəpik məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MM QBKT-nın nümayəndəsi Teymur Mirzəyev iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 15 iyul 2019-cu il tarixli, **********0024 saylı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq güzəştli kredit (Restruktruzasiya) müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 673,87 manat, həmçinin eyni tarixli **********0037 saylı güzəştli kredit (Restruktruzasiya) müqavilə ilə bu müqavilə imzalanan tarixə 368 manat 08 qəpik, qalıq məbləi illik 1% dərəcəsi olmaqla və 1 il müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəlmişdir. **********0024 saylı kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borcun bir il güzəşt müddətində hər ay 0,58 manat, dörd il müddətində isə hər ay 14 manat 33 qəpik olmaqla və **********0037 saylı kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 0,32 manat dörd il müddətində isə hər ay 7 manat 83 qəpik bərabər hissələrdə ödəniş edilməsi razılaşdırılmışdır. Həmçinin kredit müqavilələrinə əsasən yaranmış öhdəlikləroin icrasına təminat olaraq eyni tarixli, **********0024-950177 saylı və **********0037-950177 saylı zaminlik müqavilələri ilə Cavabdeh2 zamin qismində sözügedən kredit müqavilələrinin tərəfi olmuşdur. Borcun ödənilməsi barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər borcun ödənilməsindən yayınmışdır. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 **********0024 saylı kredit müqaviləsi üzrə 564 manat 81 qəpik əsas borc, faiz borcuna görə 0,00 manat, cərimə borcuna görə 0,00 manat borcu olmaqla cəmi 564 manat 81 qəpik məbləğində borcun, həmçinin **********0037 saylı kredit müqaviləsi üzrə 259 manat 53 qəpik əsas borc, faiz borcuna görə 0,00 manat, cərimə borcuna görə 0,00 manat borcu olmaqla cəmi 259 manat 53 qəpik məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada alınıb İddiaçı MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi “Elektron Məhkəmə” sistemi vasitəsilə məhkəməyə ünvanladığı ərizədə mülki iş üzrə təyin olunmuş məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan 15 iyul 2019-cu il tarixli, **********0024 saylı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq güzəştli kredit (Restruktruzasiya) müqaviləsindən görünür ki, bu müqaviləyə kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 673,87 manat məbləğində kreditin verilməsi ilə əlaqədar “Finca Azerbaijan» MM QBKT ilə cavabdehlər Cavabdeh1 arasında bağlanmışdır. İşdə olan 15 iyul 2019-cu il tarixli, **********0024-950177 saylı və **********0037- 950177 saylı zaminlik müqavilələrindən görünür ki, zamin Cavabdeh2 borcalan Cavabdeh1 ilə "xxxx" MMM QBKT arasında bağlanmış eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasına zaminliyi öz öhdəsinə götürmüşdür. İşdə olan 07 aprel 2025-ci il tarixli maliyyə arayışdan görünür ki, **********0037 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı MM QBKT-na 105 manat 55 qəpik əsas borc, 11 manat 45 qəpik faiz borcu və 0,00 manat cərimə borcu olmaqla cəmi 259 manat 53 qəpik borcu vardır. İşdə olan 11 aprel 2025-ci il tarixli maliyyə arayışdan görünür ki, **********0024 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı MM QBKT-na 109 manat 06 qəpik əsas borc, 20 manat 94 qəpik faiz borcu və 0,00 manat cərimə borcu olmaqla cəmi 564 manat 81 qəpik borcu vardır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materialları araşdırılarkən müəyyən olundu ki, 15 iyul 2019-cu il tarixli, **********0024 saylı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq güzəştli kredit (Restruktruzasiya) müqaviləsinin 1.1-ci bəndinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 673,87 manat, həmçinin eyni tarixli **********0037 saylı güzəştli kredit (Restruktruzasiya) müqavilə ilə bu müqavilə imzalanan tarixə 368 manat 08 qəpik, qalıq məbləği illik 1% dərəcəsi olmaqla və 1 il müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəlmişdir. **********0024 saylı kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borcun bir il güzəşt müddətində hər ay 0,58 manat, dörd il müddətində isə hər ay 14 manat 33 qəpik olmaqla və **********0037 saylı kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 0,32 manat dörd il müddətində isə hər ay 7 manat 83 qəpik bərabər hissələrdə ödəniş edilməsi razılaşdırılmışdır. Həmçinin kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0024-950177 saylı və **********0037-950177 saylı zaminlik müqavilələri ilə Cavabdeh2 zamin qismində sözügedən kredit müqavilələrinin tərəfi olmuşdur. Həmin müqavilələrə əsasən cavabdehlər öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında kredit cavabdehlik daşımağı öhdələsinə götürmüşlər. Borcun ödənilməsi barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər borcun ödənilməsindən yayınmışlar. Ona görə də həmin kredit müqavilələri üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 **********0024 saylı kredit müqaviləsi üzrə 564 manat 81 qəpik əsas borc, 0,00 manat faiz borcu və 0,00 manat cərimə borcu olmaqla cəmi 564 manat 81 qəpik borc, eyni zamanda **********0037 saylı kredit müqaviləsi üzrə 259 manat 53 qəpik əsas borc, 0,00 manat faiz borcu və 0,00 manat cərimə borcu olmaqla cəmi 259 manat 53 qəpik borcun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı MM QBKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 **********0024 saylı kredit müqaviləsi üzrə 564 manat 81 qəpik əsas borc, 0,00 manat faiz borcu və 0,00 manat cərimə borcu olmaqla cəmi 564 manat 81 qəpik borc, eyni zamanda **********0037 saylı kredit müqaviləsi üzrə 259 manat 53 qəpik əsas borc, 0,00 manat faiz borcu və 0,00 manat cərimə borcu olmaqla cəmi 259 manat 53 qəpik borc məbləğində borcun müştərək qaydada alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 564 manat 81 qəpik əsas borc, 0,00 manat faiz borcu və 0,00 manat cərimə borcu olmaqla cəmi 564 manat 81 qəpik borc müştərək qaydada alınıb İddiaçı MM QBKT-nın xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş 21 aprel 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada **********0024 saylı kredit müqaviləsi üzrə 564 manat 81 qəpik əsas borc, 0,00 manat faiz borcu və 0,00 manat cərimə borcu olmaqla cəmi 564 manat 81 qəpik borc, eyni zamanda **********0037 saylı kredit müqaviləsi üzrə 259 manat 53 qəpik əsas borc, 0,00 manat faiz borcu və 0,00 manat cərimə borcu olmaqla cəmi 259 manat 53 qəpik borc və ödənilmiş 30 manat dövlət rüsumu alınıb İddiaçı MM QBKT-nın xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №e-2(017)-1716/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-1716/2025
19.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver