Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № e-2(017)-1740/2025 17.06.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı «X2» ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizəsinə baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı «X2» ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı «X2» ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən və bu məcəllənin 254, 255, 261.0.1, 261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər. Məhkəmə müdafiəsindən istifadə etmək hüququ iddiaçıya məxsusdur, ona görə də məhkəmə hesab edir ki, «X2» ASC-nin iddia ərizəsinin geri qaytarılmasına dair ərizəsi təmin edilərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Qeyd edilənlər əsasında hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzə əsasən Ağcabədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 76,18 manat məbləğində dövlət rüsumu tam olaraq iddiaçı «X2» ASC-nə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 170.1 və 263-264, 267- 268-ci maddələrini rəhbər tutub q ə r a r a a l d ı m: Ərizə təmin edilsin. İddiaçı «X2» ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzə əsasən Ağcabədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 76,18 manat məbləğində dövlət rüsumu tam olaraq iddiaçı «X2» ASC-nə qaytarılsın. (Bank rekvizitləri: «X2» ASC kod: 505754 VÖEN: **********, M/H: AZ46NABZ********************, SWİFT: UBAZAZ22). Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxarmış məhkəməyə verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №e-2(017)-1740/2025
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(017)-1740/2025
17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver