Məhkəmə qərarları › İş №e-2(017)-1795/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-1795/2024

21.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-1795/2024 21.10.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, İddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 299,82 manat əsas borc, 2,50 manat faiz borcu, cəmi 302,32 manat borcun və 30,40 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyəti ilə X5 arasında bağlanmış 17 yanvar 2022-ci il tarixli, 14398sNFT/21 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən X4 17 yanvar 2022-ci il tarixdə illik 29 faiz dərəcəsi ilə 300 manat məbləğində kredit verilmişdir. X1 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 01 avqust 2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən, xx.xx.2023-cü il tarixdə vərəsəlik işi açılmış və X2 vərəsəsi Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 28 avqust 2024-cü il tarixli maliyyə arayışına əsasən, X3 Banka ödənilməmiş 299,82 manat əsas borc, 2,50 manat faiz borcu, cəmi 302,32 manat borcu qalmışdır. Cavabdeh mərhum X2 vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq "xxxx" Kommersiya Bankı ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Ona görə də X3 vərəsəsi-Cavabdeh 299,82 manat əsas borc, 2,50 manat faiz borcu, cəmi 302,32 manat borcun və 30,40 manat dövlət rüsumunun tutularaq "xxxx" X6 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 17 yanvar 2022-ci il tarixli, 14398sNFT/21 saylı kredit müqaviləsindən və ona 1 saylı əlavədən görünür ki, bu müqavilə əsasında iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh X4 17 yanvar 2022-ci il tarixdə illik 29 faiz dərəcəsi ilə 300 manat məbləğində kredit verilmişdir. İşdə olan 28 avqust 2024-cü il tarixli arayışdan görünür ki, 17 yanvar 2022-ci il tarixli, 14398sNFT/21 saylı kredit müqaviləsi üzrə X2 "xxxx" X6 Səhmdar Cəmiyyətinə 299,82 manat əsas borc, 2,50 manat faiz borcu, cəmi 302,32 manat borcu vardır. İşdə olan və məhkəmə iclasında elan olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 31 may 2023-cü il tarixdə ölmüşdür. İşdə olan 01 avqust 2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 31 may 2023-cü il tarixdə ölmüş X2 vərəsəsi Cavabdehdır və o, miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" ASC-nin Bakıxanov filialında 00222527 saylı bağlamada ümumi çəkisi 29,40 qram olan 11 adda qızıl zinət əşyasından ibarətdir. İşdə olan 23 avqust 2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 31 may 2023-cü il tarixdə ölmüş X2 vərəsəsi Cavabdehdır və o, miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" ASC-də 750 əyyar 12,90 qram və 585 əyyar 24 qram olan qızıl zinət əşyasından ibarətdir. İşdə olan 23 avqust 2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 31 may 2023-cü il tarixdə ölmüş X2 vərəsəsi Cavabdehdır və o, miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak “X9” QSC-də 1482,46 manat puldan ibarətdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1255-ci maddəsinə görə, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə müvafiq olaraq, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 -ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyəti ilə X5 arasında bağlanmış 17 yanvar 2022-ci il tarixli, 14398sNFT/21 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən X4 17 yanvar 2022-ci il tarixdə illik 29 faiz dərəcəsi ilə 300 manat məbləğində kredit verilmişdir. X1 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 01 avqust 2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən, xx.xx.2023-cü il tarixdə vərəsəlik işi açılmış və X2 vərəsəsi Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 28 avqust 2024-cü il tarixli maliyyə arayışına əsasən, X3 Banka ödənilməmiş 299,82 manat əsas borc, 2,50 manat faiz borcu, cəmi 302,32 manat borcu qalmışdır. Cavabdeh mərhum X2 vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq "xxxx" Kommersiya Bankı ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Ona görə də, iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyəti X3 vərəsəsi-Cavabdeh 299,82 manat əsas borc, 2,50 manat faiz borcu, cəmi 302,32 manat borcu cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 299,82 manat əsas borc, 2,50 manat faiz borcu, cəmi 302,32 manat borc alınıb iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir və iddia tələbi qalan hissədə təmin edilməməlidir. İşdə olan 28 avqust 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" X6 Səhmdar Cəmiyyəti tərəfindən 30,40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 299,82 manat əsas borc, 2,50 manat faiz borcu və 30,40 manat dövlət rüsumu, cəmi 332 (üç yüz otuz iki) manat 72 (yetmiş iki) qəpik pul alınıb iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar